“Real”ın büdcəsi açıqlandı: Klub deyil, dövlətdir
Icma.az, Publika.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
“Real Madrid”in son maliyyə ilində (2023-cü il iyulun 1-dən 2024-cü il iyulun 1-dək) xalis mənfəəti əvvəlki ilin mənfəətini 4 milyon üstələyərək 16 milyon avro təşkil edib.
Publika.az xəbər verir ki, bu barədə “Marca” məlumat yayıb.
Ümumilikdə Madrid klubu 1.073 milyard avro qazanıb ki, bu da 2022/23 mövsümündən 230 milyon çoxdur. Vergi və sosial ödənişlər 277,1 milyon avro təşkil edib. “Kral klubu” oyunçulara üç turnirdə qalib gəldikləri üçün bonus olaraq 40 milyon avro ödəyib.
“Real”ın cari mövsüm üçün büdcəsi 1,127 milyard avrodur. Komanda xərcləri ötən mövsümlə müqayisədə 504 milyondan 482 milyona qədər azalıb. Eyni zamanda, Madridin marketinq xərcləri əhəmiyyətli dərəcədə artıb – 340 milyondan 426 milyona.
Xatırladaq ki, 2023/24 mövsümündə “Real” İspaniya Superkubokunu, La Liqanı və Çempionlar Liqasını qazanmışdı.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:76
Bu xəbər 08 Noyabr 2024 14:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















