Realın zədəlilərinin durumu bəlli oldu Rodriqonun dönüşü daha uzun çəkəcək
Icma.az bildirir, Fanat saytına əsaslanaraq.
"Osasuna" ilə matçda (4:0) xəsarət alan "Real Madrid"in oyunçuları Lukas Vaskes ilə Rodriqonun sağlıq durumuna aydınlıq gəlib.
Fanat.Az "Marca"-ya istinadən xəbər verir ki, beynəlxalq fasilə futbolçuların bərpa olunmasına kifayət etməyəcək.
İspanyalı müdafiəçinin sağalması üçün təxminən bir ay vaxt lazım olacaq. Braziliyalı Rodriqonun dönüşü isə daha uzun - 5-6 həftə çəkəçək.
Qeyd edək ki, "Real Madrid"də Vaskes və Rodriqodan başqa, Tibo Kurtua, Eder Militao, David Alaba, Dani Karvaxal və Orelyen Tchouameni də zədədən əziyyət çəkir.
Hazırda "Kral klubu" La Liqanın turnir cədvəlində lider "Barselona"dan 6 xal geri qalaraq ikinci yerdədir. Karlo Ançelottinin komandası beynəlxalq fasilədən sonra ilk matçını noyabrın 24-də səfərdə "Leqanes"ə qarşı keçirəcək, daha sonra isə "Liverpul"la ÇL oyununda qarşılaşmaq üçün "Enfild"ə yollanacaq. Bu görüş noyabrın 28-də baş tutacaq.
Mirağa
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:83
Bu xəbər 11 Noyabr 2024 22:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















