Icma.az
close
up
RU
Rodriqonun “Real”dan getməsinin vaxtıdı

Rodriqonun “Real”dan getməsinin vaxtıdı

Icma.az bildirir, Footbal-plus saytına əsaslanaraq.

Artıq illərdi formalaşan təsəvvür var: “Real”ı təmsil etmək istənilən futbolçunun karyerasının zirvəsi sayılır.

Bəli, İtaliyada, Almaniyada, İngiltərədə də nəhənglər var, ancaq nədənsə məhz “Santyaqo Bernabeu”ya və “Kamp Nou”ya “köçmək” naminə əksər ulduzlar çox şeydən keçməyə razıdı. Məsələn, Tibo Kurtua kimi hədəfinə çatmaq üçün klubu ilə açıq münaqişəyə gedənlər də var. Bu üzdən “Real”la “Barselona”dan ayrılmağı da çoxları karyerada geriyə addım kimi dəyərləndirir. Hətta sən Madrid klubunda əsas heyətə düşməsən də.
Rodriqo Qoes məhz belə, birmənalı qiymətləndirilməyən vəziyyətə düşüb. O, Madrid klubuna yeniyetmə yaşında qədəm qoyub, 18 yaşı olarkən doğma “Santos”u tərk edib. 5 mövsüm ərzində komandanın liderlərindən birinə çevrilməyi bacarmasa da, rotasiya üçün ən vacib oyunçulardan biri oldu. Bəzən start heyətində yer aldı, bəzən də ilk əvəzedici rolu ilə kifayətləndi. Ancaq indi braziliyalının mövqeyi sürüşkəndi. Komandanın sabiq baş məşqçisi Karlo Ançelotti hələ ötən mövsüm başqalarını (məsələn, Braimi və ya Güləri) Rodriqodan üstün tuturdu, yazdakı “klasiko”da isə ehtiyatda saxlayaraq, meydana debütant Viktor Munyosu buraxmışdı. İtaliyalı mütəxəssis həmin oyundan sonra belə demişdi:

“Rodriqo ilə bağlı heç bir problem yoxdu. O, 100 faiz hazır deyildi”.

Ancaq maraqlıdı ki, Ançelottu Braziliya yığmasının “sükanı arxasına” keçəndən sonra da Rodriqonu çağırmadı, Antonini seçdi. Bu məqamlar hücumçunun karyerasında heç də yaxşı dönəmin yaşanmadığını açıq işarədi.
Hərçənd bu elə ötən mövsüm də aydın idi. Rodriqo müxtəlif formasiyalarda oyun vaxtı qazanırdı: 4-4-2-də sağ yarımmüdafiəçi, 4-3-1-2-də hücumçu kimi. Ancaq heç bir mövqedə özünü göstərə bilmədi.
Nəticə yaxşı deyil – bütün turnirlərdə 3,5 min oyun dəqiqəsi ərzində 14 qol və 11 məhsuldar ötürmə. İflas olmasa da, gözləntilərin altında qalan nəticədi. Xüsusən də yaz dönəmi braziliyalı üçün uğursuz keçdi – Rodriqo La Liqada sonuncu məhsuldar hərəkəti yanvarın 25-də etdi, son 5 turda isə bir dəfədə meydana çıxmadı.
İspaniyada onun oyununda yaşanan enişin səbəbləri ilə bağlı müxtəlif ehtimallar var idi. Futbolçunun yaxın ətrafındakı qaynağa istinad edən ESPN yazırdı ki, Rodriqonun Ançelotti ilə problemi yoxdu, sadəcə, çox yaxın olduğu nənəsinin ölümü ona təsir edə bilər. Üstəlik sağlıq durumu ilə bağlı da problem var idi. Məsələn, futbolçu mayda qızdırma içində yanırdı.
Ancaq daha bir taktiki səbəb də var – sirr deyil ki, Rodriqo doğma mövqedə oynamır. Hücumun solunu Vinisius “zəbt edib”, mərkəz Mbappenin inhisarındadı. Rodriqonu artıq neçə ildi sağa çəkirlər, ancaq burda onun üçün çətindi. Braziliyalı karyerasında solda başlayıb, ordan mərkəzə meyillənərək sağ ayaqla özünəməxsus zərbə vurmağı xoşlayır. Sağ cinahda oynayanda isə potensialı açıq-aşkar aşağı düşür. Futbolçu hələ 2024-ün sentyabrında belə demişdi:

“Tez-tez boşluqları, sadəcə, mənim hesabıma doldururlar. Kimsə oynamağa hazır deyil? Rodriqonu qoyun. Sağda kimsə çatışmır? Rodriqo. “Yalançı” “9 nömrə” lazımdı? Rodriqo. Bax belə. Belə durum mənə müəyyən mənada mane olur, ancaq mən komanda oyunçusuyam”.

Ançelotti hadisələrin belə axarında heç bir problem görmürdü. Hərçənd bəlkə də diplomatcasına sərt suallardan qaçırdı:

“Mən heç vaxt futbolçunu xoşlamadığı mövqedə oynatmıram. Bəzən bəzilərini – Kamavinqanı, Çuamenini və ya Rodriqonu qurban vermək lazım gəlir. Ancaq düşünürəm ki, Rodriqo tam yararlı universal forvarddı”.

Aydın məsələdi ki, Xabi Alonso gələndən sonra vəziyyət ciddi şəkildə dəyişməyib. Bask mütəxəssis tədricən “Real”ı üç müdafiəçili sistemə öyrəşdirir, ancaq bu da Rodriqoya elə bir üstünlük qazandırmır. Lateral mövqeyi onluq deyil, bir halda ki, Aleksander-Arnold da ora alınıb. Alonso hücumda Vinisiusla yanaşı, gənc Qonsalo Qarsiyaya üstünlük verir, onu da Mbappe əvəz edəcək.
Prinsipcə Rodriqodan 3-4-3 sxemində hücumun mərkəzinə yaxın olan insayd kimi yararlanmaq mümkündü. Ancaq birincisi, yeni baş məşqçisi hələ bu modeli tətbiq etmir, ikincisi, yenə də Rodriqo üçün ən yaxşı mövqe deyil. Rodriqo solda oynamağa həvəslidi, bununla bağlı da heç bir perspektiv yoxdu. Vinisius var, o getsə belə, “Real” Holann kimi mərkəz hücumçusu gətirəcək, Mbappeni isə öyrəşdiyi sol cinaha çəkəcək.
Elə durum yaranıb ki, Rodriqonun “Real”da qalmasını əsaslandıran yeganə səbəb statusu qorumaq ola bilər. Ancaq buna dəyərmi? Bir halda ki, transfer bazarında sənin persona ciddi diqqət var. “Arsenal” məhz elə sol vinger axtarır. İdeal variantdı.
Sadəcə, sual doğuran məqam odu ki, “topçular” Subimendi və Dyökereş ilə bağlı sövdələşməni bitirəndən sonra braziliyalı üçün pul tapacaqmı? Üfüqdə PSJ-nin də silueti canlanır, ancaq bu klubla bağlı durum birmənalı deyil. Axı parislilərin Rodriqosuz da möhtəşəm heyəti var. Son vaxtlar geniş müzakirə olunan Səudiyyə Ərəbistanı variantına gəlincə, buna heç baxmağa dəyməz – Rodriqonun cəmi 24 yaşı var, hələ futbol dünyasına çox şey sübut etməlidi.
Ancaq bir gerçək gün işığı kimi aydındı – “Real”dan getmək hamı üçün ən yaxşı qərar olacaq. Futbolçu böyük istedadını ifadə etmək üçün məkan, klub isə ciddi pul (100 milyon avro civarında) qazanacaq. Belədə madridlilər də öz meyarlarına cavab verən başqa futbolçu ala bilər. Bundan sonra klubla futbolçunun bir-birini incitməsinin heç bir mənası yoxdu.
"Football-plus.az"
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:162
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 21 İyul 2025 02:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Mükafat üçün daha nə etməlidir?”

08 Oktyabr 2026 17:16see358

Hicab məsələsi Bakıya qarşı siyasi alətə çevirilir So­sial şə­bə­kə­də ya­zı­lan­lar

09 Oktyabr 2026 07:02see338

Ertem Şener Qarabağ dan Sabah a transfer olundu

09 Oktyabr 2026 00:10see318

Suverenlik təntənəsindən modern quruculuğa

09 Oktyabr 2026 01:11see318

“Sabah” Çempionlar Liqasında ev oyunlarını keçirəcəyi stadionda ilk məşqinə çıxdı FOTO

09 Oktyabr 2026 00:11see283

Daha bir ölkə Ukraynadan yeni qaçqın axınına HAZIRLAŞIR

09 Oktyabr 2026 00:49see279

Yeni pulların “qəhrəmanları” onlar oldu Fotolar

09 Oktyabr 2026 06:38see268

Prezident ona yüksək vəzifə verdi Dosye

08 Oktyabr 2026 15:30see262

Oktyabr ayı kimə pul və uğur gətirəcək? Beş şanslı BÜRC

09 Oktyabr 2026 00:14see224

Ünvanları qovuşduran rabitə körpüsü

09 Oktyabr 2026 01:24see210

Bu dəhşətli hadisə... XİN daha çox beynəlxalq diqqət aırmağa çağırdı

08 Oktyabr 2026 21:35see209

Gürcüstanda xristianlığın 1700 illiyi mövzusunda konfrans

09 Oktyabr 2026 01:31see205

Rummeniggedən Keyn və Olise ilə bağlı açıqlama

09 Oktyabr 2026 00:30see203

İş adamının göydələnin damındakı “Ağ Ev”i diqqət çəkdi

09 Oktyabr 2026 04:12see199

MLS rəhbəri Harri Keyni Messinin yolu ilə getməyə çağırdı

09 Oktyabr 2026 01:24see197

“Əzizim, bunu bu gün həll et” ABŞ səfirinin 100 minlik borc qalmaqalı Fotolar

09 Oktyabr 2026 03:42see196

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see194

Britaniyada hərbi bazaya qanunsuz daxil olanlar ələ keçirildilər

09 Oktyabr 2026 01:17see185

BMT yanında Daimi Nümayəndəlik: Mina təhlükəsi məcburi köçkünlərin geri qayıdışına mane olmaqda davam edir

09 Oktyabr 2026 03:28see185

“Şeytana daş atanlar” mənəvi saflığa çağırır

09 Oktyabr 2026 01:31see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri