Icma.az
close
up
RU
“Real”la “Barsa” çətin qələbə qazandı, “Atletiko” dayandı

“Real”la “Barsa” çətin qələbə qazandı, “Atletiko” dayandı

Icma.az xəbər verir, Footbal-plus saytına əsaslanaraq.

Hesabat turunda “Barselona” ilə “Real” çətin qələbə qazandı. Hər biri həlledici qolu uzatma dəqiqələrində vurdu. Səfərdə “Las Palmas”dan alınan sürpriz məğlubiyyət “Atletiko”nu liderdən 10 xal geri saldı ki, bu da artıq “hindular”ın çempionluq yarışından çəkilməsi deməkdi.

“Barsa” son 5 gündə ikinci dəfə 3 qol buraxdı, özü də yenə bütün qolları eyni futbolçu vurdu. Amma kataloniyalılar bu dəfə qələbə qazana bildi. “Göy-qırmızılar”la “Selta” azarkeşlərə futbol tamaşası bəxş etdi, baxmayaraq ki, bu, təqvimin sıxlığından əziyyət çəkən meydan sahiblərinin planlarına qətiyyən daxil deyildi.
Kataloniyalılar qeyri-adi əzmkarlıq göstərməli oldu. Ona görə ki, liderim müdafiə xətti bərbad gündə idi. Torres artıq 12-ci dəqiqədə hesabı açsa da, qonaqlar tezliklə bu qolun cavabını verdi. Şensnı cinah asmasının qarşısını ala bilmədi, belədə İqlesias boş qapıya yol tapdı. Belə cəlbedici startdan sonra bir də yalnız hissənin sonunda oyun canlandı. “Selta” daha təhlükəli vəziyyətlər yaradırdı, epizodların birində Şensnı cərimə meydançası daxiliindən ardıcıl iki zərbəni dəf etdi.
2-ci hissənin əvvəlində də meydan sahibləri ayılmadı. 52-ci dəqiqədə İqlesias qalisiyalıları irəli çıxardı. 10 dəqiqə sonra isə vəziyyət “Barsa” üçün daha faciəvi aldı. İqlesiasın 3-cü qolu vurmasını nəzərdə tuturuq. “Selta”nın hər əks-hücumu meydan sahiblərinə gərgin anlar yaşadırdı. Flik çıxış yolunu Yamalla Olmonu oyuna qoşmaqda gördü. Və dərhal oyunun axarı dəyişdi. Elə həmin Olmo və Rafinya 5 dəqiqə aralığında iki qol vurmaqla “Barsa”nı “diriltdi”. Son dəqiqələrdə də maraqlı hadisələr baş verdi.
Əsas vaxt bitmək üzrə olarkən qonaqlardan Minqesa boş qapıya düşə bilmədi. Referi oyuna 8 dəqiqə artırdı və “Barsa” sonuncu dəqiqədə qələbə topunu vurdu. Olmonun qazandığı penaltini qola çevirən Rafinya komandasına superəzmkar qələbə bəxş etdi. Bu artıq çempion xarakteri idi. “Selta” ardıcıl 2-ci oyunda uduzsa da, azarkeşləri belə oyuna görə yalnız qürur duya bilər.
“Barsa”nın artıq qələbə qazandığını bilən “Real” “Atletik”lə oyuna yalnız və yalnız 3 xal üçün çıxmışdı. Avropa Liqasında “Reyncers”lə uğurlu oyundan sonra ciddi rotasiyaya əl atan Valverde heç-heçəyə razı olduğunu gizlətmirdi. Baskların eksperimental heyəti madridlilərlə başa-baş oynamaqda çətinlik çəksə də, hər halda, 1 xal qazana bilərdi. İlk yarı təhlükəli vəziyyətlərsiz keçdi – heç nəyə yaramayan künc zərbələrinin sayı çox idi. Meydan sahibləri bütün komponentlərə aşkar üstün təsir bağışladı, Kurtua nadir hallarda oyuna qoşuldu.
Gözlənildiyi kimi, “Real” 2-ci hissədə bir qədər də fəallaşdı. Rodriqo, Kamavinqa, Vinisius, Bellingem – hər biri qol imkanını boşa verdi. Sona 10 dəqiqə qalmış Vinisius hətta rəqib qapısına yol tapdı, ancaq Endik ofsaydda olduğuna görə qol qeydə alınmadı. Ançelotti sonda artıq risk etdi, oyunu gücləndirə biləcək hər kəsi meydana buraxdı. Belə yanaşma bəhrə verdi. Oyunboyu rəqib qapısını “bombardman edən” Valverde sonda axı ki, “9-luğ”u “nişan almağı” bacardı. “Real” çətin və vacib qələbə sayəsində “Barsa”nın uzaqlaşmasına imkan vermədi.
Bu oyuna qədər hələ də çempionluğa iddia edən “Atletiko” aşkar autsayderlərdən “Las Palmas”ın qonağı idi. Meydan sahibləri təhlükəli rəqibdən qətiyyən çəkinmədi, yaxşı hücumlar qurdu. Hissənin sonluğu qonaqların üstünlüyü şəraitində keçdi. Xorkaş həm Alvaresin, həm də Sörlotun təhlükəli zərbəsini dəf etdi. Fasilədən sonra da oyunun axarı dəyişmədi. “Atletiko” favorit olsa da, “Las Palmas” da cəsarətli oynayırdı. Sona qədər qarşılıqlı hücumlar, zərbələr bir-birini əvəz etdi. Uzatma dəqiqələrində “hindular”ın qorxduğu başına gəldi: Mata müdafiəçilərlə mübarizə apardı, belədə Munyos zərbə imkanı qazandı. Sensasiyalı qələbə qazanan “Las Palmas” təhlükəli zonadan bir pillə irəlidədi. “Atletiko” isə artıq çempionluq arzusu ilə vidalaşıb.
“Sevilya” Xoakin Kaparrosun rəhbərliyi altında keçirdiyi ilk oyunda “Alaves”in müqavimətini qıra bilmədi. “Rayo Valyekano” – “Valensiya” oyununda da 1:1 hesabı qeydə alındı. “Osasuna” elitadan gedəcəyi çoxdan dəqiqləşən “Valyadolid”i məğlub etdi, “Espanyol” “Xetafe”nin öhdəsindən bir qolla gəldi. “Malyorka” – “Leqanes” oyununda isə qapılara qol vurulmadı. ÇL-ə vəsiqə uğrunda mübarizə aparan “Vilyarreal” “Real Sosyedad”la heç-heçəyə razılaşdı. Son oyunda isə “Jirona” “Betis”ə uduzdu.
32-ci tur
Barselona – Selta 4:3

Torres, 12. Olmo, 64. Rafinya, 68; 90+8-p. – İqlesias, 15; 52; 62. (48569)
Barselona: Şensnı, Kunde, Kubarsi (E.Qarsiya, 87), Martines, Martin (Viktor, 88), Pedri, De Yonq, Lopes (Olmo, 59), Rafinya, Torres (Yamal, 59), Levandovski (Qavi, 78).
Real – Atletik 1:0
Valverde, 90+3. (72535)
Real: Kurtua, Valverde, Asensio (Vaskes, 84), Rüdiger, Kamavinqa, Modriç (Gülər, 78), Sebalyos (Endrik, 58), Çuameni, Bellingem, Vinisius, Rodriqo (Dias, 78).
Las Palmas – Atletiko 1:0
Munyos, 90+3. (27154)
Atletiko: Oblak, Qalan (Aspilikueta, 65), Le Norman, Ximenes, Lyorente, Qallaher (Rikelme, 59), Koke (De Paul, 59), Barrios, Simeone, Alvares (Qrizmann, 65), Sörlot (Korrea, 75).
Espanyol – Xetafe 1:0
Kumbula, 39. (25003)
Rayo Valyekano – Valensiya 1:1
Tarrera, 45-öz qapısına – Sadik, 75. (11308)
Malyorka – Leqanes 0:0
(17404)
Valyadolid – Osasuna 2:3
Moro, 49. Silla, 66-p. – Budimir, 9; 60-p. R.Qarsiya, 34. (12230)
Vilyarreal – Real Sosyedad 2:2
Pino, 7. Peres, 60 – Oyarsabal, 19-p.; 49. (17620)
Sevilya – Alaves 1:1
Fernandes, 12 – K.Qarsiya, 45+2. (36436)
Jirona – Betis 1:3
Stuani, 86 – Kardoso, 6. Antoni, 39. İsko, 42.
1. Barselona 32 23 4 5 88-32 73
2. Real 32 21 6 5 65-31 69
3. Atletiko 32 18 9 5 53-27 63
4. Atletik 32 15 12 5 49-26 57
5. Vilyarreal 31 14 10 7 55-42 52
6. Betis 32 14 9 9 45-40 51
7. Malyorka 32 12 8 12 31-37 44
8. Selta 32 12 7 13 47-49 43
9. Real Sosyedad 32 12 6 14 32-36 42
10. Rayo Valyekano 32 10 11 11 35-39 41
11. Osasuna 32 9 14 9 39-46 41
12. Xetafe 32 10 9 13 31-29 39
13. Espanyol 31 10 8 13 34-40 38
14. Valensiya 32 9 11 12 36-48 38
15. Sevilya 32 9 10 13 35-43 37
16. Jirona 32 9 7 16 39-51 34
17. Las Palmas 32 8 8 16 38-52 32
18. Alaves 32 7 10 15 34-46 31
19. Leqanes 32 6 11 15 29-48 29
20. Valyadolid 32 4 4 24 23-76 16
Bombardirlər: Levandovski (Barselona) – 25, Mbappe (Real) – 22, Budimir (Osasuna) - 18, Sanset (Atletik), Rafinya (Barselona) - 15.
Turun rəqəmi
250 – Frenki de Yonq “Barsa”nın heyətində oyun sayını bu həddə çatdırdı. Niderlandlı yarımmüdafiəçi bu komandaya 2019-da – 22 yaşı olanda qoşulub. De Yonq indiyə qədər 19 qol vurub, 21 məhsuldar ötürmə verib.
Turun ulduzu
Federiko Valverde – sağ cinah müdafiəçisi kimi oynayan uruqvaylı 7 zərbə vurdu, sonuncuda hədəfə düşdü. Fede “2-ci mərtəbə”də də yaxşı oynadı, oyundaşları üçün qol vəziyyətləri yaratdı.
Turun sitatı
Tibo Kurtua, “Real”ın qapıçısı:

“Fedenin çox qeyri-adi, ancaq möhtəşəm zərbəsi var. Məşqdə topa elə zərbə vurur ki, sanki yanından ötüb keçəcək, ancaq top qəfil fırlanır. Artıq illərdi ona deyirik ki, “vur”, “vur”. Nəhayət, vurdu və qol oldu”.


Fakt
21-ci əsrdə 4-cü dəfə “Barselona”nın meydanında hansısa futbolçu bu komandanın qapısına üç qol vurdu. Borxa İqlesiasa qədər 2005-ci ildə Forlan (“Vilyarreal”, La Liqa), 2021-ci ildə Mbappe (PSJ, Çempionlar Liqası) və 2022-ci ildə Benzema (“Real”, ölkə kuboku) kataloniyalıları belə cəzalandırmışdı.
Oyundan sonra
Hans-Diter Flik, “Barselona”nın baş məşqçisi:

“Əla komandaya qarşı oynadıq. Levandovskinin vəziyyətindən xəbər tutmaq üçün sabaha qədər gözləməliyik. 1:3-dən sonrakı oyunumuzdan çox razıyam. Komanda heç vaxt təslim olmur, mentallığımız belədi. Hələ də futbolçuların 1:3-ə reaksiyasının təsiri altındayam. Rafinya bizim üçün vacib oyunçudu. Həmişə yaxşı əhval-ruhiyyəyə malikdi, bunu komanda yoldaşlarına da ötürür”.

Dieqo Simeone, “Atletiko”nun baş məşqçisi:

“Buraxılan qol 2-ci hissədəki oyunumuzun məntiqi nəticəsi idi. Oyunla bağlı planımızı həyata keçirə bilmədik. Əvəzetmələr də işə yaramadı. Sadəcə, çox pis oynadıq. Mövsümün vacib mərhələsindəyik. Bizə nə etməli olduğunu anlayan oyunçular lazımdı”.

Karlo Ançelotti, “Real”ın baş məşqçisi:

“Yeni futbol belədi. Vinisiusun sayılmayan qolu ilə bağlı hansısa şübhənin olduğuna inanmıram. Ancaq VAR-ın Bellingemə qarşı kobudluğa görə mümkün penalti ilə bağlı referini çağırmamasını anlamadım. Komana yaxşı oynadı. İlk yarıda bir qədər ləng görünsək də, ikincidə sözün bütün mənalarında parlaq oynadıq. Qalib gəlmək, ÇL-dəki məğlubiyyəti unutdurmaq istəyirdik”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:289
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 26 Aprel 2025 11:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Mükafat üçün daha nə etməlidir?”

08 Oktyabr 2026 17:16see345

Hicab məsələsi Bakıya qarşı siyasi alətə çevirilir So­sial şə­bə­kə­də ya­zı­lan­lar

09 Oktyabr 2026 07:02see324

Suverenlik təntənəsindən modern quruculuğa

09 Oktyabr 2026 01:11see305

Ertem Şener Qarabağ dan Sabah a transfer olundu

09 Oktyabr 2026 00:10see300

“Sabah” Çempionlar Liqasında ev oyunlarını keçirəcəyi stadionda ilk məşqinə çıxdı FOTO

09 Oktyabr 2026 00:11see270

Daha bir ölkə Ukraynadan yeni qaçqın axınına HAZIRLAŞIR

09 Oktyabr 2026 00:49see266

Yeni pulların “qəhrəmanları” onlar oldu Fotolar

09 Oktyabr 2026 06:38see255

Prezident ona yüksək vəzifə verdi Dosye

08 Oktyabr 2026 15:30see248

Oktyabr ayı kimə pul və uğur gətirəcək? Beş şanslı BÜRC

09 Oktyabr 2026 00:14see222

Bu dəhşətli hadisə... XİN daha çox beynəlxalq diqqət aırmağa çağırdı

08 Oktyabr 2026 21:35see207

Ünvanları qovuşduran rabitə körpüsü

09 Oktyabr 2026 01:24see205

Gürcüstanda xristianlığın 1700 illiyi mövzusunda konfrans

09 Oktyabr 2026 01:31see203

Rummeniggedən Keyn və Olise ilə bağlı açıqlama

09 Oktyabr 2026 00:30see202

İş adamının göydələnin damındakı “Ağ Ev”i diqqət çəkdi

09 Oktyabr 2026 04:12see198

MLS rəhbəri Harri Keyni Messinin yolu ilə getməyə çağırdı

09 Oktyabr 2026 01:24see196

“Əzizim, bunu bu gün həll et” ABŞ səfirinin 100 minlik borc qalmaqalı Fotolar

09 Oktyabr 2026 03:42see195

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see192

Britaniyada hərbi bazaya qanunsuz daxil olanlar ələ keçirildilər

09 Oktyabr 2026 01:17see184

BMT yanında Daimi Nümayəndəlik: Mina təhlükəsi məcburi köçkünlərin geri qayıdışına mane olmaqda davam edir

09 Oktyabr 2026 03:28see184

“Şeytana daş atanlar” mənəvi saflığa çağırır

09 Oktyabr 2026 01:31see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri