Icma.az
close
up
RU
“Real” sürprizlə üzləşdi, “Barsa” və “Atletiko” qələbə qazandı

“Real” sürprizlə üzləşdi, “Barsa” və “Atletiko” qələbə qazandı

Footbal-plus portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“Real”ın ən bədbin azarkeşləri belə “Espanyol”a məğlubiyyəti ağlına gətirə bilməzdi. Ancaq madridlilər uduzdu və belədə turnir cədvəlinin yuxarı hissəsində sıxlıq artdı. Ona görə ki, “Atletiko” ilə “Barselona” qələbə qazandı. Belə görünür ki, ÇL-ə vəsiqə verən 4-cü yer uğrunda sona qədər amansız mübarizə gedəcək.

“Atletiko” çempionatdakı iki uğursuz oyundan sonra qələbə yoluna döndü. Ancaq “Malyorka” ilə oyun da “hindular” üçün asan keçmədi. 2-ci hissədə oyunun axarı rəqibin xeyrinə də dəyişə bilərdi. Amma Simeonenin komandası fasiləyə qədər rəqibin heç bir təhlükəli vəziyyət yaratmasına imkan vermədi. İlk yarıda üç qol vəziyyəti yaradan “Atletiko” bunların birindən yararlandı – 26-cı dəqiqədə Simeonedən ötürmə alan Lino qapının uzaq küncünü nişan aldı.
Fasiləyə az qalmış Culiano özü də fərqlənə bilərdi. 2-ci hissənin əvvəlində də “Atletiko” oyunun axarına nəzarət etdirdi. Darderin tirdən dönən zərbəsi qonaqları ruhlandırdı. Bir neçə dəqiqə sonra yenə Darder zərbə vurdu və top yenə tirdən döndü. Muriqi isə bir dəqiqə ərzində iki imkanı boşa verdi. Möcüzə sayəsində qapısının toxunulmazlığını qoruyan “Atletiko” sonda fəallaşdı və bu dəfə tir artıq “Malyorka”nın köməyinə çatdı. Uzatma dəqiqələrində intriqa öldü. Qrizmann soyuqqanlı şəkildə topu qapıçının üzərindən atdı. Vacib 3 xal qazanan “Atletiko” ən azı bir neçə saatlığa “Real”dan geriliyi 1-ə endirdi. Bir qədər sonra, yəni “Real” gözlənilmədən “Espanyol”a uduzanda bu qələbənin əhəmiyyəti daha da artacaqdı...
...doğrudan da madridlilərin bu acı məğlubiyyətinə izah tapmaq çətindi.
Onlar təhlükəli zonada olan “Espanyol”a uduzdu. Son oyunlarda bir neçə heç-heçə edən “tutuquşular” bu dəfə də uduzmaq niyyətində deyildi. Bəli, “Real” oyun vaxtının 70 faizində topa nəzarət etdi, ancaq meydan sahibləri fədakarcasına müdafiə olundu, yığcam oynadı. “Real” zərbələrin dəqiqliyi baxımından ciddi problem yaşadı. Zərbələr ya qapıdan aralı keçir, ya da müdafiəçilər blok qoyurdu. 2-ci hissənin əvvəlində komandalar hərəyə bir real qol vəziyyətini qaçırdı. Romero qonaqları, Mbappe meydan sahiblərini bağışladı. “Real” sona yaxın təzyiqi bir qədər də artırdı. Rodriqo və Mbappe hesabı açmaq imkanını əldən verəndən sonra Romero oyunda 2-ci real qol şansını qazandı bu dəfə dəqiq oldu.
Favorit son dəqiqələrdə hücum dalğası yaratsa da, bərabərlik qolunu vura bilmədi. Ançelotti əvəzetmələri gecikdirdi, üstəli Çempionlar Liqasındakı çətin finişdən sonra “Real” yetərincə təravətli görünmədi. “Espanyol” bu qələbə sayəsində təhlükəli zonadan bir qədər uzaqlaşdı.
Barselonanın digər təmsilçisi də “Espanyol”un qələbəsindən yararlandı. Əlbəttə, söhbət “Barselona”dan gedir. Kataloniya nəhəngi evdə “Alaves” üzərində minimal qələbə qazandı. Oyunun əvvəlində meydanın mərkəzində baş-başa toqquşan Qavi ilə Koneçnı dərhal əvəzləndi. Oyun canlanandan sonra basklar daha çox müdafiə olunmaqla məşğul idi. “Barsa”nın hədsiz “quru”, akademik oyun üslubuna yalnız Yamalın keçidləri və Pedrinin ötürmələri əyləncə qatırdı.
Fasilədən sonra Flikin ikili əvəzetməsi işə yaradı. Levandovskinin baş zərbəsində dəqiqlik çatmadısa, Yamalın zərbəsindən sonra qapıçı komandasını xilas etdi. “Barsa”nın növbəti hücum dalğasında Levandovski hesabı açdı. Torreslə Lopes fərqi artıra bilərdi. Ardıcıl 2-ci ev qələbəsi “blauqrana”nın turnir vəziyyətinə müsbət təsir etdi. İndi kataloniyalılar “Real”dan 4, “Atletiko”dan 3 xal geri qalır.
“Atletik” “Betis”lə səfər oyununda iki dəfə geri düşdü və hər dəfə də hesabı bərabərləşdirməyi bacardı. Ardıcıl 2-ci heç-heçə baskların turnir iddialarına zərbə vurdu. 4-cü yerə iddialı başqa bir komanda – “Vilyarreal” isə turnir cədvəlinin sonuncusu “Valyadolid”i darmadağın etdi. “Leqanes” bütün 2-ci hissəni azlıqda keçirdi və “Rayo Valyekano” bundan yararlanıb 78-ci dəqiqədə hesabı açdı. Düzdü, meydan sahibləri 90+15-ci dəqiqədə məğlubiyyətdən qaçmağa çox yaxın oldu. Sadəcə, De la Fuente penaltini boşa verdi.
“Valensiya” – “Selta”, “Osasuna” – “Real Sosyedad” oyunlarında meydan sahibləri 2:1 hesabıyla qalib gəldi. San-Sebastyan klubu ardıcıl 3-cü oyunda uduzdu. “Xetafe” – “Sevilya” oyununda qapılara qol vurulmadı. Son oyunda isə “Jirona” “Las Palmas”a qalib gəldi.
22-ci tur
Espanyol – Real 1:0

Romero, 85. (33669)
Real: Kurtua, F.Qarsiya, Rüdiger (Asensio, 15), Çuameni, Vaskes (Dias, 87), Valverde, Sebalyos (Modriç, 80), Vinisius, Bellingem, Rodriqo, Mbappe.
Atletiko Malyorka 2:0
Lino, 26. Qrizmann, 90+3. (60710)
Atletiko: Oblak, M.Lyorente (Molina, 81), Le Norman, Lanqle, Mandava, Simeone (Qallaher, 61), Lino (Rikelme, 81), Barrios, Koke (Korrea, 73), Alvares (Qrizmann, 61), Sörlot.
Barselona Alaves 1:0
Levandovski, 61. (42900)
Barselona: Şensnı, Kunde, Arauxo (E.Qarsiya, 46), Kubarsi, Balde (Martin, 83), Qavi (Lopes, 14), Kasado (F.de Yonq, 46), Pedri, Yamal, Rafinya (Torres, 67), Levandovski (Viktor, 90+1).
Betis – Atletik 2:2
İsko, 15. Perro, 45+2 – Paredes, 33. Sanset, 69. (49292)
Vilyarreal Valyadolid 5:1
Peres, 42. Geye, 64. Komesanya, 70. Barri, 86. Suares, 90+1 Amallah, 90+4. (17032)
Leqanes Rayo Valyekano 0:1
Siss, 78. (11432)
Valensiya Selta 2:1
Rioxa, 44. Gerra, 68 Düran, 65. (42273)
Osasuna Real Sosyedad 2:1
Budimir, 34; 74 Oskarsson, 90+4. (21678)
Xetafe Sevilya 0:0
(11730)
Jirona Las Palmas 2:1
Ruis, 8. Asprilya, 79 F.Silva, 82. (10088)
1. Real 22 15 4 3 50-21 49
2. Atletiko 22 14 6 2 37-14 48
3. Barselona 22 14 3 5 60-24 45
4. Atletik 22 11 8 3 33-20 41
5. Vilyarreal 22 10 7 5 44-33 37
6. Rayo Valyekano 22 8 8 6 26-24 32
7. Jirona 22 9 4 9 31-30 31
8. Osasuna 22 7 9 6 27-31 30
9. Malyorka 22 9 3 10 19-28 30
10. Betis 22 7 8 7 25-28 29
11. Real Sosyedad 22 8 4 10 18-19 28
12. Sevilya 22 7 7 8 24-30 28
13. Selta 22 7 4 11 31-35 25
14. Xetafe 22 5 9 8 17-17 24
15. Las Palmas 22 6 5 11 27-36 23
16. Leqanes 22 5 8 9 19-30 23
17. Espanyol 22 6 5 11 21-33 23
18. Alaves 22 5 6 11 25-34 21
19. Valensiya 22 4 7 11 22-37 19
20. Valyadolid 22 4 3 15 15-47 15
Bombardirlər: Levandovski (Barselona) – 18, Mbappe (Real) – 15, Rafinya (Barselona), Budimir (Osasuna) – 12.
Turun rəqəmi
500 – “Atletiko” Dieqo Simeonenin rəhbərliyi altında La Liqada bu qədər oyun keçirib. Madrid klubu bu oyunların 305-də qələbə qazanıb, 112-də heç-heçə edib, 82-də uduzub. 54 yaşlı argentinalı İspaniya çempionatında 500 oyun həddinə çatan 8-ci baş məşqçidi. Ancaq onun başqa həmkarlarından fərqi bu qədər oyunu ilə eyni komandanın “sükanı arxasında” keçirməsidi.
Turun ulduzu
Xoan Qarsiya (Espanyol) – “tutuquşular”ın qapıçısı möhtəşəm oyun keçirdi. Xoan bu oyunda 7 seyv etdi. Qapıçının fədakarlığını görən müdafiəçilərin də özünəinamı artdı.
Turun sitatı
Robert Levandovski, “Barselona”nın hücumçusu:

“Liderdən gerilik bizi qələbə qazanmağa məcbur edirdi. Əvvəl 3 xal qazanmalı, sonra turnir cədvəlini təhlil etməliydik. Hər oyunda 3-4 qol vurmaq alınmır. Bəzən yalnız müdafiədən oynayan rəqiblərlə qarşılaşırsan – bu da futbolun bir hissəsidi. Şansımızı gözlədik və qol vurduq. Bu qələbə bizə sevinc və məmnunluq gətirdi”.


Oyundan sonra
Karlo Ançelotti, “Real”ın baş məşqçisi:

“Bəzi yaxşı işlər gördük, məsələn, oyuna nəzarət etdik, xüsusən də ikinci hissədə. Təhlükəli vəziyyətlər yaratdıq, qolumuz sayılmadı, dirəkdən dönən zərbə oldu, rəqib qapısına 20 zərbə vurduq... Ancaq “Espanyol” çox yaxşı oynadı. Bu, rəqibin futbol oynamaq istədiyi oyun idi”.


Faktlar
* “Real”ın səfər oyunlarını əhatə edən 31 oyunluq qol seriysı qırıldı. Bu, son 10 ildəki 2-ci ən uzun seriyadı. Madridlilər 2016-cı ilin yavarından 2017-ci ilin oktyabrına qədər olan dövrdə də ardıcıl 35 səfər oyununda ən azı bir qol vurmuşdu.
* “Real” “Espanyol”la səfər oyununda topa nəzarəti 76 faizə çatdırdı. Madrid nəhəngi müvafiq statistikanın aparıldığı 2005/06 mövsümündən bəri səfərdə topa nəzarət faizi ilə bağlı yeni klub rekordu müəyyənləşdirdi.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:425
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 08 Fevral 2025 22:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see497

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see386

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see381

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see273

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see262

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see259

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see255

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see250

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see243

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

01 Noyabr 2026 03:35see234

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see231

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see227

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see221

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see220

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see208

Baxçalı Bakıya gəlir? AÇIQLAMA

01 Noyabr 2026 03:27see204

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see200

Azərbaycanda avtomobil bazarı kökündən dəyişəcək

01 Noyabr 2026 10:15see190

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see188

Bakıda mağazadan Makadamiya fındığını belə oğurladı

01 Noyabr 2026 09:29see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri