Icma.az
close
up
RU
“Real”la “Barselona” xal itirdi, “Atletiko” potensial lider oldu

“Real”la “Barselona” xal itirdi, “Atletiko” potensial lider oldu

Footbal-plus portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Hər kəsin diqqətinin “Barserlona” – “Real” rəqabətinə yönəldiyi məqamda La Liqada yeni kölgə lider yarandı. Bütün turnirlərdə ardıcıl 11-ci, çempionatda ardıcıl 6-cı qələbəsini qazanan “Atletiko” artıq potensial liderdi. Gözlənilmədən “Leqanes”ə uduzan “Barsa”nın xalı “hindular”la eyni olsa da, kataloniyalılar bir oyun artıq keçirib. Yeri gəlmişkən, növbəti turda bu komandalar bir-biri ilə qarşılaşacaq. “Real” da xal itkisindən qaça bilmədi. “Rayo Valyekano” Kurtuanın qapısına üç dəfə yol tapsa da, bu yalnız heç-heçə üçün bəs etdi.

“Real” hesabat turunda çətin sınaqla üzləşdi. Kiçik Madrid derbisində “ağ şimşəklər”in rəqibi ötən mövsüm bir dəfə də məğlub edə bilmədikləri “Rayo Valyekano” idi. Favorit həftəortası ÇL oyununa çıxmışdısa, “arılar” dincəlmişdi. Fiziki hazırlıq səviyyəsindəki fərq dərhal özünü göstərdi. Meydan sahiblərinin təklif etdiyi intensiv oyuna, sadəcə, hazır olmayan “Real” debütdə qapısında qol gördü – Unay Lopes fərqləndi. Bundan sonra da qol vəziyyətlərini sıralayan “Rayo” yalnız 36-cı dəqiqədə fərqi artıra bildi. Palasonun kornerdən asmasını Mumin tamamladı. Görünür, bu qol “arılar”ı sakitləşdirdi. Komandalar fasiləyə yollanandan hesab artıq 2:2 idi. Əvvəlcə Valverdenin uzaq məsafədən dəqiq zərbə vurmasına heç kim mane olmadı. 45-ci dəqiqədə isə Rodriqonun ötürməsindən sonra Bellingem dəqiq baş zərbəsi ilə hesabı bərabərləşdirdi, baxmayaraq ki, ətrafında rəqibin bir neçə oyunçusu var idi. Əlbəttə, “Real” kimi rəqiblə oyunda bir an belə rahatlaşmaq olmaz. “Kral klubu” növbəti dəfə pis oynayanda da maksimuma nail olmaq bacarığını göstərdi. 2-ci hissədə artıq ilk yarıdakı qədər qol olmadı. Həm də “ağ şimşəklər” bu hissədə daha yaxşı təsir bağışladı. Fasilədən az sonra Rodriqo möhtəşəm zərbə ilə “Real”ı irəli çıxardı. Bununla belə, “Rayo” hesabı bərabərləşdirə bildi. Rodriqo kimi Palason da məhsuldar ötürməyə qol da əlavə etdi. Oyunun qalan dəqiqələrində favorit daha çox qol vəziyyəti yaratdı. Ən yaxşı şansa Vinisius malik oldu ki, onun güclü və dəqiq zərbəsinin öhdəsindən qapıçı Batalya gəldi. “Real” heç-heçə etməklə çempionluq yarışında üstünlüyü növbəti dəfə “Barselona”ya verdi.
Amma “Barsa” bu imkandan yararlana bilmədi. Zarafat deyil, Flikin komandası son 6 çempionat oyununun yalnız birində qələbə qazanıb. Noyabrın sonunda evdə “Las Palmas”a uduzan Kataloniya nəhəngi bu dəfə də elitada yerini qorumağa çalışan “Leqanes” önündə büdrədi. Halbuki əvvəllər “Leqanes” bu rəqibə bütün səfər oyunlarında uduzmuşdu. Ədalət naminə deyək ki, qələbəyə “Barsa” layiq idi. Qonaqlar yalnız oyunun əvvəlində özünü göstərdi. Artıq 4-cü dəqiqədə künc zərbəsinin ardından Qonsales topu sağ “9-luğ”a göndərdi. “Barsa” tezliklə özünə gəldi. 10-cu dəqiqədə Dmitroviç Levandovskinin zərbəsini inanılmaz şəkildə dəf etdi. Ardından Rafinya, Levandovski, Yamal əlverişli imkanları boşa verdi. 2-ci hissədə də meydan sahiblərinin qeyri-dəqiqliyi davam etdi. Təkcə elə Kunde iki dəfə yaxın məsafədən “çərçivə”yə düşə bilmədi. Uzatma dəqiqələrində Lopesin zərbəsini boş qapıdan Qonsales çıxardı. Qol imkanlarını sağa-sola xərcləyən “Barsa” heç 1 xal da qazanmadı. İndi “Atletiko” yalnız əlavə göstəricilərə görə kataloniyalılardan geri qalır, “Real” da isti nəfəsini hiss etdirir.
“Metropolitano”ya toplaşanlar “Atletiko” ilə “Xetafe” arasındakı Madrid derbisində öz komandasının qələbəsini gördü. Bu oyunun “hindular” üçün çətin keçdiyini demək olmaz, hərçənd hesab məhz bunu göstərir. Hə, müəyyən gərginlik var idi ki, o da sonradan oyuna qoşulan Sörlot 2-ci hissənin ortalarında hesabı açanda aradan qalxdı. “Xetafe” isə hücumda olduqca süst təsir bağışladı. Hətta hesab açılandan sonra da Bordalasın komandası fəallaşmadı. Standart vəziyyətlər qonaqların köməyinə çatmadı. Günəşli Madrid günündə nə Oblak, nə də müdafiəçilər səhvə yol verdi. Və nəticə: Bordalas hələ də karyerasında bir dəfə də Simeoneni məğlub etməyib, “hindular” “Xetafe” ilə oyunlarıda 2011-ci ildən bəri başlayan məğlubiyyətsiz seriyanı davam etdirməklə yanaşı, bütün turnirlərdə qələbə seriyasını 11-ə çatdırdı, eyni zamanda “Real”ı da turnir cədvəlində arxada qoydu.
“Atletik” hesabat turunda “Real”la xal fərqini 2-yə endirə bilərdi. Ancaq bask derbisində “Alaves” bilbaoluların qapıçısı Simonun kobud səhvindən yararlanıb hesabı bərabərləşdirdi. “Vilyarreal”ın evdə 56 dəqiqə azlıqda oynayan “Betis”ə uduzması da sürprizdi. “Malyorka” da “Jirona” ilə oyunun 32-ci dəqiqəsində azlıqda qaldı, ancaq əzmkar qələbə qazana bildi. “Espanyol” – “Osasuna”, “Real Sosyedad” – “Las Palmas” oyunlarında qol vurulmadı. “Valyadolid”ə yeganə qolla uduzan “Valensiya” sonuncu pilləyə yuvarlandı. “Sevilya” isə Xesus Navasın vida oyununda “Selta”nı məğlub edə bildi.
17-ci tur
Rayo Valyekano – Real 3:3
U.Lopes, 4. Mumin, 36. Palason, 64 – Valverde, 39. Bellingem, 45. Rodriqo, 56. (14168)
Real: Kurtua, F.Qarsiya, Rüdiger, Çuameni, Vaskes (Endrik, 79), Bellingem, Modriç (Kamavinqa, 72), Valverde, Dias (Vinisius, 63), Gülər (Sebalyos, 79), Rodriqo.
Atletiko – Xetafe 1:0
Sörlot, 69. (60169)
Atletiko: Oblak, Qalan, Lanqle, Ximenes, M.Lyorente (Molina, 56), Lino (Sörlot, 46), Barrios (Le Norman, 86), De Paul, Simeone (Korrea, 56), Alvares, Qrizmann (Koke, 63).
Barselona – Leqanes 0:1
Qonsales, 4. (39523)
Barselona: Penya, Balde, Martines, E.Qarsiya (Kubarsi, 74), Kunde, Pedri, Kasado (Viktor, 80), Rafinya, Olmo (Lopes, 66), Yamal (Qavi, 75), Levandovski (Torres, 66).
Alaves – Atletik 1:1
Xordan, 67 – U.Qomes, 10. (19239)
Vilyarreal – Betis 1:2
Baena, 55 – Roke, 32. Lo Çelso, 47. (18757)
Malyorka – Jirona 2:1
Larin, 20; 51 – Van de Beek, 7. (15866)
Espanyol – Osasuna 0:0
(20513)
Real Sosyedad – Las Palmas 0:0
(30775)
Valyadolid – Valensiya 1:0
Anuar, 20. (18449)
Sevilya – Selta 1:0
Bueno, 65. (37295)
1. Barselona 18 12 2 4 50-20 38
2. Atletiko 17 11 5 1 31-11 38
3. Real 17 11 4 2 37-16 37
4. Atletik 18 9 6 3 27-16 33
5. Malyorka 18 8 3 7 18-21 27
6. Vilyarreal 16 7 5 4 28-27 26
7. Real Sosyedad 17 7 4 6 16-11 25
8. Osasuna 17 6 7 4 22-25 25
9. Betis 17 6 6 5 20-21 24
10. Jirona 17 6 4 7 23-25 22
11. Sevilya 17 6 4 7 18-23 22
12. Selta 17 6 3 8 25-28 21
13. Rayo Valyekano 16 5 5 6 18-19 20
14. Las Palmas 17 5 4 8 22-27 19
15. Leqanes 17 4 6 7 15-23 16
16. Xetafe 17 3 7 7 11-14 16
17. Alaves 17 4 4 9 19-28 16
18. Espanyol 16 4 2 10 15-28 14
19. Valyadolid 17 3 3 11 12-34 12
20. Valensiya 15 2 4 9 13-23 10
Bombardirlər: Levandovski (Barselona) – 16, Rafinya (Barselona) - 11, Budimir (Osasuna) – 10, Mbappe (Real) – 9.
Turun rəqəmi
6 – ardıcıl 6-cı oyunda fərqlənən Bellingem İspaniya çempionatının 72 il əvvəlki rekordunu təkrarladı. “Real”ın ingiltərəli yarımmüdafiəçisi “Rayo Valyekano”ya qədər “Jirona”, “Atletik”, “Xetafe”, “Leqanes” və “Osasuna” ilə oyunlarda da qol vurmuşdu. Sonuncu dəfə 72 il əvvəl hücumçu olmayan biri ardıcıl 6 oyunda fərqlənmişdi. Söhbət “Real”ın xavbeki Roke Olsendən gedir.
Turun ulduzu
Marko Dmitroviç (Leqanes) – yox, serb qapıçı penalti qaytarmadı və ya qol ötürməsi vermədi. Ancaq bir neçə “ölü” top çıxarmaqla turun ən böyük sensasiyasına səbəbkar oldu, çempionluq yarışına intriqa qatdı.
Turun sitatı
Karlo Ançelotti, “Real”ın baş məşqçisi: “Biz hücum etsək də, cərimə meydançasında effektli ola bilmədik. Həmçinin müdafiədə də yetərincə etibarlı deyildik. Hesab 3:2 olana qədər çox yaxşı oynadıq. Üçüncü qolu buraxandan sonra sona qədər mübarizə apardıq. Bu heç-heçə “Malyorka” (1:1) və “Las Palmas” (1:1) ilə oyunlardakı heç-heçələrdən fərqlənir. Bu oyundan razıyam”.
Faktlar
* Valverde cari mövsümdə cərimə meydançası xaricindən 4-cü qolunu vurdu. “Real”ın uruqvaylı xavbeki “böyük beşlik” ölkələrində çıxış edən oyunçular arasında bu göstəricidə liderdi.
* “Rayo Valyekano” ilə oyunda iki məhsuldar ötürmə verən Arda Gülər 21-ci əsrdə “Real”ın heç bir oyunçusunun bacarmadığı nəticəni göstərdi. Belə ki, türkiyəli yarımmüdafiəçi yeni əsrdə bir La Liqa matçında iki məhsuldar ötürmə verən ən gənc “Real” futbolçusudu. O, oyun günü 19 yaş 293 günlük idi.
* Evdə “Xetafe”ni məğlub edən “Atletiko” konkret bir rəqiblə məğlubiyyətsiz oyunlar seriyasına görə klub rekordunu təkrarldı. “Hindular”ın “Xetafe” ilə duellərdəki məğlubiyyətsiz seriyası 23-ə çatdı (19 qələbə, 4 heç-heçə). “Atletiko”nun indiyə qədər belə seriyası yalnız 1954-79-cu illər aralığında “Malaqa” ilə oyunlarda olmuşdu.
* “Real” Ançelotti bu komandanı çalışdırdığı dönəmlər üçün 17 turdan sonrakı ən pis nəticəsini göstərib. Hazırda madridlilərin hesabında 37 xal var. Ançelottinin “sükan arxasında” olduğu 6 mövsümdə komanda heç vaxt 17 tura bu qədər az xal toplamayıb. İndiyə qədər mövsümün bu çağı üçün ən pis nəticə 39 xal (2022/23) idi. Onda “kral klubu” mövsümü 2-ci pillədə bitirdi.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:102
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 24 Dekabr 2024 20:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Putin bir cümlə ilə özünü təslim etdi...”

18 Avqust 2025 00:45see220

Paşinyan: Ermənistan və Azərbaycan ərazi bütövlüyü məsələsini həll edib

18 Avqust 2025 19:09see215

Ağ Ev bunu təkzib edib...

17 Avqust 2025 20:55see192

Dünyada ərzaq bahalaşıb Ən çox nələrin qiyməti artıb?

17 Avqust 2025 20:15see141

Vətən sərhədlərində gözlərini qırpmadan keşik çəkənlər... Azərbaycan Sərhəd Mühafizəsi 106 yaşında

19 Avqust 2025 00:40see137

Azərbaycanın daha bir rayonunda dəbdəbəli yas verilməsi ləğv edilib

17 Avqust 2025 15:06see135

Sevgilisini məhkəmədə uddu Bu qədər təzminat alacaq

18 Avqust 2025 00:56see132

Böyük uğur qazanacaq 4 bürc Xəyalları gerçəkləşəcək

17 Avqust 2025 16:37see130

Böyük fəlakət Ölənlərin sayı 645 nəfərə çatdı

18 Avqust 2025 04:45see130

“Yay bitməmiş gəzməyə gedə bilsəydik deyənlər üçün 3 günlük ucuz və yaddaqalan marşrutlar

17 Avqust 2025 17:52see125

Çempion PSJ mövsümə bir qollu qələbə ilə başlayıb VİDEO

18 Avqust 2025 01:03see123

Uşaqlar üçün kompüter oyunları təhlükəlidir?

17 Avqust 2025 18:27see123

Arsenal səfərdə Mançester Yunayted i məğlub etdi VİDEO

17 Avqust 2025 22:03see123

Qərb Ukraynada müharibənin bitməsində maraqlı deyil Belarus

17 Avqust 2025 22:11see121

“Ata yurdumda uşaqlıq xatirələrimi yada salıram” DEPUTAT

18 Avqust 2025 08:25see121

Rusiya Ukrayna ABŞ Sammiti keçirilə bilər Zelenski razıdır

17 Avqust 2025 13:49see120

Dilarə Əliyeva qızı və nəvəsinin görüntüsünü paylaşdı

17 Avqust 2025 21:30see119

Pandemiya ilə bağlı yazılan cərimələr gələn il qüvvədən düşür HÜQUQŞÜNAS FOTO

18 Avqust 2025 15:33see118

Qarabağ bu xəritələr əsasında bərpa edilir Video

17 Avqust 2025 18:03see117

Messi futbol tarixində yeni rekorda imza atıb

17 Avqust 2025 21:06see117
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri