“Red Bull”da şok ayrılıq fərziyyəsi
Milli.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
"Red Bull"un aparıcı mühəndisi Canpyero Lambiazenin komandadan ayrılaraq "McLaren"ə keçəcəyinin rəsmiləşməsindən sonra Maks Ferstapenin də eyni addımı ata biləcəyi iddia edilir.
Milli.Az İdman.Biz-ə istinadən bildirir ki, sabiq "Formula-1" pilotu Ralf Şumaxer "Sky Sports Germany" kanalına müsahibəsində Ferstapen üçün iki mümkün ssenari cızıb. O, niderlandlı sürücünün ya idmandan tamamilə gedəcəyini, ya da mühəndisinin ardınca "McLaren"ə üz tutacağını bildirib.
Şumaxerin sözlərinə görə, bu keçid baş tutarsa, tərəflər arasında pilot mübadiləsi yaşana bilər:
"Bu, o demək ola bilər ki, Maks artıq komandaya inanmadığı üçün "Red Bull"u tərk edir. O, "Formula-1"in darıxdırıcı olduğunu vurğulamaqdan yorulmur. Digər ehtimal isə onun öz mühəndisi ilə birlikdə "McLaren"ə getməsidir. Bu halda Oskar Piastrinin "Red Bull"a keçməsi ilə bağlı danışıqların aparılması qaçılmazdır".
Maraqlıdır ki, Şumaxer bu ehtimallar arasında adı həmişə Ferstapenlə hallanan "Mercedes"i qeyd etməyib.
Ferstapenin "Red Bull"la 2028-ci ilə qədər müqaviləsi olsa da, sənəddə xüsusi bənd var. Əgər pilot yay fasiləsinə qədər çempionatda ilk iki yerdə qərarlaşmasa, komandadan ayrıla bilər. Hazırda üç mərhələdən sonra cəmi 12 xalla doqquzuncu yerdə olan Maks üçün bu ssenari olduqca real görünür.
Xatırladaq ki, 28 yaşlı pilot yeni reqlamentdən narazıdır və 2026-cı il bolidlərini "steroid qəbul etmiş Formula E" maşınlarına bənzədib. O, Yaponiya Qran-prisindəki uğursuzluqdan sonra ailəsi ilə daha çox vaxt keçirmək üçün karyerasını bitirməyi düşündüyünü də gizlətməyib.
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:82
Bu xəbər 13 Aprel 2026 11:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















