Icma.az
close
up
RU
Redaktorlar bu banklardan gileyləndi

Redaktorlar bu banklardan gileyləndi

Tribuna portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

- +

Demək olar ki, hər gün, hər saat, hər dəqiqə banklardan şikayətçi olan siravi vətəndaşların siyahısına baş redaktorlar da qoşuldu. Onlar narazı olduqları bankların adlarını açıqladı.

Tribunainfo.az banklardan narazı olan baş redaktorların sorğusunu təqdim edir.

“Pravda.az”ın baş redaktoru İlkin Pirəli bildirib ki, Azərbaycanda banklarla bağlı problemlər kifayət qədərdir.

Onun sözlərinə görə, bunu sosial şəbəkələri izləməklə görmək mümkündür.
“Ən çox da şikayət edilən bank “Kapital Bank”dır. Bu da təbiidir, çünki ölkənin ən böyük banklarındandır, müşətirisi çoxdur. Belə olan halda bank işinə məsuliyyətlə yanaşmalıdır. Ən böyük problemlərdən biri təhlükəsizliklə bağlıdır. İnsanlar vəsaitlərinin güvəndə olduğuna əmin deyillər. Baxın, kartlardan nə qədər dələduzluq yolu ilə vəsait çəkilir. Məsələ hələ də aktualdır və həllini tapmır”.

“Arqument.az” saytının baş redaktoru Şəmşad Ağa hesab edir ki, ümumiyyətlə, ölkədə bank sistemi düzgün qurulmayıb və bu sahədə şəffaflıq yoxdur:

“Azərbaycanda normal istisadi münasibətlər formalaşmadığından bank sistemi də vətəndaş üçün güvənli və etibarlı deyil. İndiyə qədər bağlanan banklarla bağlı vəziyyətə baxsaq, görərik ki, müştərilərin hüquqları pozulub, onların əmanətləri qaytarılmır və ya keyfiyyətli xidmət göstərmirlər. Bütün hallarda insanların hüquqlarını pozurlar. Yəni müştərilər gəlirinin bir hissəsini banklara əmanət edir, bankdan borc götürür, maşınını və evini sığortalayırlar, amma nəticədə problemlə qarşılaşır, banklar öhdəliklərini yerinə yetirmirlər, hər şeyi öz xeyirlərinə həll edirlər. Bu sahədə şəffaflıq demək olar yoxdur”.

Baş redaktor deyir ki, banklar müştərilərin hüquqlarını pozanda müdafiəsiz qalırlar, çünki müdafiə mexanizmləri işlək deyil:

“Uzun illərdir, iqtisadçılar çağırış edirlər ki, ölkədə Maliyyə Ombudsmanına ehtiyac var. Yəni insanların hüquqlarını qoruyan mexanizmlər işlək deyillər. Açığı, inanmıram ki, hətta Maliyyə Ombudsmanı olsa belə, müştərilərin hüquqları qorusun. Mənzərə belədir”.

“İslahatçı Gənclər” İctimai Birliyinin sədri, siyasi şərhçi Fərid Şahbazlı bildirib ki, elə düşünürəm ki, xidmətlərindən yararlandığım banklar və ümumiyyətlə ictimai rəylərdə də olan fikirlərdən belə anlayıram ki, ən uğursuz bank kimi xüsusən də vətəndaşların, sadə istifadəçilərin hüquqlarını pozan bank “Kapital Bank”dır.

“Çünki bu bank hətta öz kartları, xidmətləri arasında belə müştərilərdən ağılasığmaz dərəcədə yüksək faizlər tətbiq edən bir bankdır. Demək olar ki, bu bankda heç bir müştəri yönümlülükdən söhbət gedə bilməz Ona görə də mən bu bankın fəaliyyətini uğursuz hesab edirəm”.

“Demokrat.az” xəbər portalının baş redaktoru Vasif Həsənli bildirib ki, ən çox insanların narazı qaldığı banklardan biri “Access Bank”dır. Hər gün bu bankla bağlı şikayətlər gəlir. Hətta nəinki siravi vətəndaşlara qarşı hətta bir sıra media sahibkarlarına qarşı da bu bank narazılıq yaradır. Bu narazı şəxslərin arasında bizim bir neçə həmkarlarımız da var.

“Bank BTB” də narazı olduğum banklar arasındadır. Bu bank barədə də şikayətlər çoxdur. “Turan Bank” da vətəndaşların şikayətçi olduğu bir bank idi. Artıq yoxdur, bağlanıb”.

Dəniz Pənahova

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:208
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 29 Noyabr 2024 12:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see382

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see364

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see305

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see295

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see293

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see289

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see285

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see269

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see245

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see236

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see230

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see229

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see227

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see225

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see221

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see220

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see218

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see203

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see189

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri