Icma.az
close
up
RU
Redaktorlar poeziyanı öldürür? Sovetin qalıqlarından qurtulmaq vaxtıdır!

Redaktorlar poeziyanı öldürür? Sovetin qalıqlarından qurtulmaq vaxtıdır!

Kulis.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Kulis.az Tural Turanın yeni yazısını təqdim edir.

Poeziyada sovet dövrünün qalıqlarından tamamilə qurtulmağın zamanı çatıb. Məsələn, şeirin redaktəsi, kitabın redaktoru kimi anlayışlar ortadan qalxmalıdır. Hər bir şeirin ən yaxşı redaktoru müəllifin özüdür.

Hətta hər şeir kitabına da müəllifdən həssas heç kim yanaşa bilməz.

Ümumiyyətlə, şeir redaktorluğu, kitab redaktorluğu kimi anlayışlar tarixin zibilliyinə atılmalıdır. Modern Avropada belə bir anlayış artıq yoxdur.

Xanımlar və cənablar, şeirlər, poetik nümunələr redaktə olunmamalıdır! Şeirin ruhuna yad nəfəs dəyməməlidir! Müəyyən müddət sonra müəllif özü öz şeirinə qayıtmalı, "ütüləməli”dir, vəssalam. Yəni bədii mətnə ümumiyyətlə, müəllifin özündən başqa kimsə müdaxilə etməməlidir.

Bir şeirin ən gözəl redaktorluğu müəllifin aylar, hətta illər sonra həmin mətnə yenidən qayıdışı prosesində baş verir. Yarımçıq ruhlar tamamlanır. İlk yazı prosesində itən enerji xətti ümumi bloka yenidən qoşulur.

Müəllif bir şeirə ömür boyunca qatıtmalıdır. Bu, şeirə əlavə rənglər qatmalıdır. Hətta bir poetik mətnin onlarla, yüzlərlə əlyazması olmalıdır.

...Şeir bir kitabda başqa cür, digərində tamam fərqli şəkildə verilə bilər. Burada qəbahətli heç nə yoxdur. Əksinə, poetik ruhun, müəllif duyğuların rəngarəngliyi oxucuya inanılmaz xoşbəxtlik ilğımları bəxş edir.

Fikrimcə, “ön söz” anlayışı da yığışdırılmalıdır. Təzə çıxan kitab haqqında “ön sözləri” söz önü kimi elə müəlliflərin özləri yazmalıdırlar. Onlar da uzun-uzadı sicilləmələrdən qaçmalıdırlar. İmzakar yeni çap olunan kitabları haqqında bir neçə cümlə ilə düşüncələrini bölüşsələr kifayətdir. Çünki ömrün sürətlə gödəldiyi zamanda oxucunun əlavə vaxtını almaq nəyə lazımdır?!

Bəzən yüz səhifəlik kitaba on səhifəlik ön söz yazırlar. Tamamilə yersiz və anlaşılmaz tendensiyadır. Bir sıra hallarda isə müəlliflər yeni çıxan kitablarını Xalq şairi, Xalq yazıçısı fəxri adı olan sələflərinə əmanət edirlər ki, redaktə eləsin, ütüləsin. Həmin titullu şair də şeirin gərdəyinə əğyar kimi “uzanır”. Öz yad nəfəsi ilə şeiri “murdarlayır”... Çünki özü həmin imzadan qat-qat aşağı poetik düşüncəyə sahibdir.

Hətta bəzi titullu, adlı-sanlı şair-redaktorlar ön söz yazarkən ona həvalə edilən şeirlərin poetik kodlarını aça bilmirlər. Müəllifə deyirlər ki, özün mətni yaz, altına da mənim imzamı qeyd edərsən, vəssalam...

Doğrusunu söyləmək istəyirəm, mən heç zaman ön sözləri oxumuram. Çünki əlimdəki kitabı, onun müəllifini özüm kəşf etmək istəyirəm. Kitabın enerjisini, ruhunu özüm duymayacağamsa, kimsə istiqamət verəcəksə, mən həmin kitabı niyə oxumalıyam, axı...

Şair, şeir məhrəm məsələdir. Evin – ruhun içidir. Ona yad nəfəslərin toxunmasına necə qıyırsınız?

Müğənni Lara: "İrandayam, vəziyyət çox kritikdir" APA TV-nin 12 yaşı tamam olur Həzrəti Əliyə aid edilən bu kəlamlar əslində, Karl Marksındır? - Elm və din üz-üzə
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:91
embedMənbə:https://kulis.az
archiveBu xəbər 26 İyun 2025 16:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlk kitabın poetikası və mənəvi yaddaş

27 Dekabr 2025 16:12see257

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see225

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see200

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see187

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see187

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see183

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see156

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see155

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see154

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see151

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see146

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see146

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see143

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see143

Öskürəyə nə yaxşı təsir edir?

27 Dekabr 2025 17:11see142

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see139

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see137

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see136

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see136

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri