Icma.az
close
up
RU
Rəfail Becanov: “Bu fakt hər şeyi etiraf edir...”

Rəfail Becanov: “Bu fakt hər şeyi etiraf edir...”

Icma.az, Cebheinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Əli Kərimli və Gültəkin Hacıbəyli Milli Şuranın Putinə məktub yazması ilə bağlı mövzunun yenidən gündəmə gəlməsindən bərk əndişələniblər. 

Təyyarə qəzası ilə bağlı yaranan mövcud durumda hesab edirlər ki, bu fakt onların əleyhinə işləyir. Ona görə də indi bu fikri təkzib etməyə çalışırlar.

Amma bir həqiqətdir ki, Gültəkin Hacıbəylinin təmsil olunduğu Milli Şuranın Putinə məktub yazması təzə fikir, fakt deyil. Bu, 2013-cü ildən məlumdur. 

Sadəcə, üstündən 12 il keçib deyə elə bilirlər yaddan çıxıb. Dəfələrlə deyilib və hətta bu prosesin o zaman içində olanlar bilir ki, ideya da, vəsait də Rusiyaya məxsus idi”. 

Bunu “Cebhe.info” Xəbər Portalı və “Cümhuriyət” qəzetinin redaktoru Rəfail Becanov deyib. O bildirib ki, Milli Şuranın bir proje olaraq yarandığını bu gün isbat etməyə ehtiyac yoxdur:

“İndi bu qurumun nəfərləri Azərbaycan əleyhinə istənilən əməkdaşlığa hazırdırlar. İranın aşkar şəkildə Azərbaycanı təhdid etdiyi zamanlar uzaq tarix deyil. Səfirliyimizə hücum edilib əməkdaşı qətlə yetiriləndə Milli Şuradan səs çıxmadı. Yaxud Zəngəzur dəhlizi ilə bağlı İranın sərt bəyanatlarına qarşı ictimai-siyasi sektorun etirazları zamanı Milli Şura susqunluğunu da hamı xatırlayır. Hamını ittiham etmək olar. Amma vicdan və reallıq başqadır. 

Gültəkin Hacıbəyli özünü süddən çıxmış ağ qaşıq hesab edə bilər. Ancaq ictimai fikri aldatmaq mümkün deyil. Təmsil olunduğu və yanında durduğu Əli Kərimlinin iddialarını qəbul etməyən müxalifətə söz atmaq, onları avtobusa minməyə qədər ittiham etmək əvəzinə öz fəaliyyətlərini təftiş etsə, daha yaxşı olar. 

Birincisi, “İndiyə qədər sən özün haradaydın?” sualına cavab verməlisən. 

İkincisi isə bu gün yanında durduğun Əli Kərimli hər zaman kimin yanında olub? 

Bəlkə sən onun Ramiz Mehdiyevin müxalifəti olduğunu bilmirsən? Mehdiyev hakimiyyət rıçaqlarını itirəndən sosial bazası olmayan, xalqın dəstəkləmədiyi mitinq və piketləriniz də təxirə düşüb. Bu fakt hər şeyi özlüyündə etiraf edir...”

“Cebheinfo.az”

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:145
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 05 Fevral 2025 15:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see559

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see298

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see288

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see283

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see277

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see276

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see271

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see249

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see243

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see238

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see236

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see229

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see224

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see224

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see224

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see219

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see218

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see217

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see215

Nazilə Səfərli doğma kəndində “yol da yoxdur, məktəb də!” dedi Gürcüstandan cavab gəldi

24 Oktyabr 2026 16:51see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri