Icma.az
close
up
RU
Rəfail Becanov: “Tiktok” sosial platformaların içində...

Rəfail Becanov: “Tiktok” sosial platformaların içində...

Cebheinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Ümumiyyətlə, sosial şəbəkələrin qadağan olunmasını düzgün hesab etmirəm. Amma məsuliyyət məsələsi vacibdir. Hər bir istifadəçi paylaşdığına, yazdığına görə məsuliyyət daşımalıdır. Bu gün sosial şəbəkələr yaxşı virtual informasiya, əlaqə məkanı olmaqla bərabər təəssüf ki, həm də bir söyüş, şantaj məkanına çevrilib".
Bu sözləri Demokrat.az-a açıqlamasında "Cümhuriyyət" qəzeti və "Cebhe.info" xəbər portalının rəhbəri, siyasi şərhçi Rəfail Becanov deyib. 
O bildirib ki, bunun qarşısı alınmalıdır:
"Ən sərt cəzalar tətbiq olunmalıdır ki, kimsə sosial şəbəkələrin yaratdığı imkandan sui-istifadə edib başqalarını təhqir etməsin, işgüzar nüfuzuna zərər vurmasın. Amma real durum nədir? Yenə də eyni qaydada insanlar təhqir olunur, kimin kimdən xoşu gəlmir sosial şəbəkələrdə onunla bağlı şantaj kampaniyası aparır.

Hüquq-mühafizə orqanlarının bu istiqamətdə apardığı profilaktik tədbirlər təqdir olunmalıdır. Onlar tərəfindən yalan məlumat yayanlar, söyüş, təhqir yazanlarla bağlı qanunvericilyə uyğun ölçülər götürülür, cəzalar tətbiq olunur. Amma sosial şəbəkələrin arealı o qədər böyükdür ki, hamısının qarşısını almaq olmur".
O hesab edir ki, bütün sosial şəbəkələrin Azərbaycanda nümayəndəliyi olmalıdır:
"Onların daxili imkanları, proqramlar vasitəsi ilə sosial şəbəkə özbaşınalığının  qarşısı alınmalıdır. Sosial şəbəkələrin virtual ünsiyyət, məlumat platformasına çevrilməsi üçün bu vacibdir. Yazışmalarla okeanın o tayında, yaxud hansısa başqa bir dövlətdə olan platforma yayımçıları ilə praktik iş qurmaq çətindir. 

“Tiktok” şəbəkəsi sosial platformaların içində ən çox yalan informasiyaların yayıldığı, təhqir və “fake” məlumatların olduğu bir virtual məkandır. İnsanları bu platformada daha çox aldadırlar, yalan informasiyayla yükləyirlər. Ona görə də bu platformaya xüsusi yanaşmalı və baş verən əcaibliklərin qarşısı alınmalıdır. Əgər belə davam edərsə, onu da müzakirə etmək olar. Xalqın maraqlarına zidd olan, onun mentalitetinə zərər vuran istənilən bir məsələdə radikal addım atmaq mümkündür".

“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:237
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 23 Yanvar 2025 18:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see287

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see285

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see267

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see253

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see244

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see237

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see232

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see227

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see221

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see220

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see211

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see198

Yoxa çıxan avropalı müşahidəçilər: “təhlükəsizlik mütəxəssisləri” haradadırlar?

21 Oktyabr 2026 10:33see193

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see193

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see193

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see192

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see189

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see176

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see175

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri