Icma.az
close
up
RU
Rəfail Becanov: “Ölkədə artıq siyasi və milli birlik Platforması yaranıb”

Rəfail Becanov: “Ölkədə artıq siyasi və milli birlik Platforması yaranıb”

Cebheinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Ölkənin inkişafının təməl prinsiplərindən biri cəmiyyətin milli birliyi, həmrəyliyidir. 

Bunun üçün isə ən zəruri hal siyasi mühitdə qarşılıqlı etimadın formalaşması, siyasi qüvvələr arasında dialoq və milli prioritetlərin birgə qorunması, müdafiəsi, həmrəylik formulunun cəmiyyətin bütün sferalarına inikasıdır.

Ölkəmizdə bu mərhələ başlayanda bəzən inamsızlıq, bəzən nəticənin olmaması kimi qorxular olsa da, zaman göstərdi ki, proses həqiqi milli birliyə xidmət amalı daşıdığından qarşılıqlı etimada əsaslanan birlik mümkünsüz deyil. 

2019-cu ildə Prezident İlham Əliyevin tapşırığı ilə başlayan siyasi kurs uğurlu nəticələrinə görə bu gün cəmiyyətin təqdir etdiyi əsas siyasi kampaniyalardandır. Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev tərəfindən ardıcıl strateji xətt olaraq aparılan proses ölkədə siyasi həmrəylik və milli birlik Platformasına çevrilib. 

Azərbaycan cəmiyyəti yeni siyasi mədəniyyət, sivil münasibətlər sistemində yaşayır. Bu gün özümüzün siyasi həmrəylik və milli birlik nümunəmiz var və gələcəkdə təhlillər, analizlər aparılaraq, bu münasibətlər sistemi bir nümunə kimi istər ölkəmizdə ayrı-ayrı sahələrdə, istərsə də beynəlxalq təcrübədə öyrəniləcək və tətbiq olunacaq. 

Siyasi partiya, o cümlədən media rəhbərləri, politoloqalr və ekspertlərin işğaldan azad olunmuş ərazilərə birgə səfərlərinin təşkili də məhz ölkədə dialoq və konstruktiv əməkdaşlıq modelinin inkişafı, işgüzar və səmimi, açıq dialoq mühitinin dayanıqlı inkişafına töhfə vermək üçün həyata keçirilir”. 

Bunu Laçına səfərin iştirakçısı olmuş “Cebheinfo.az” Xəbər Portalı və “Cümhuriyət” qəzetinin baş redaktoru Rəfail Becanov deyib. O bildirib ki, bundan əvvəl bu səfərlər Ağdama, iki dəfə Şuşa, Zəngilan, Xocalı, Əsgəran və Xankəndiyə təşkil olunub: 

“Ümumilikdə bu səfərlərin təşkilinə bir neçə aspektdən yanaşmaq olar. Birincisi, bu səfərlər ünsiyyət və səmimi münasibətlər sisteminin formalaşması baxımından çox böyük əhəmiyyət daşıyır. İkincisi, müxtəlif baxışlar sistemi üçün açıq müzakirə imkanları yaradılır ki, hər bir kəs fikir və təklifini çatdıra bilsin. 

Üçüncüsü, görülən işlər, həyata keçirilən layihələrlə bağlı bir hesabatlılıq xarakteri var və bu da şəffaflığa xidmət edir. Bu gün işğaldan azad olunmuş ərazilərdə müxtəlif meqalayihələr həyata keçirilir. Hər dəfə gedəndə yeni bir mənzəryə rastlanılır. Yollar çəkilir, müxtəlif infrstruktur layihələri icra olunur, iş yerləri açılır. 

İndi Qarabağın hər nöqtəsində real həyat var. Əhali yaşayır, uşaqlar məktəbə gedir, yeni çəkilən yollarda maşınlarla insanlar Şuşaya, Laçına, Xankəndinə, Ağdama gedirlər. Bunun o mənzərəni görənlərdə hansı hisslər yaratdığını təsəvvür etmək üçün canlı şahid olmalısan...

Laçın səfəri də orada iştirak edənlərdə o təəssüratı yaşatdı. 

Mənfur düşmən üçün strateji hədəf olaraq müəyyənləşdirdiyi Laçında həyat vardı...

Prezidentin Laçındakı xüsusi nümayəndəsi Məsim Məmmədov səfər iştirakçılarına görülən və görüləcək işlərlə, layihələrlə bağlı dolğun məlumat verdi. Bir çox yerdə olduq və necə möhtəşəm işlərin görüldüyünü gözümüzlə gördük”. 

“Cebheinfo.az”

Açar sözlər: Laçın səfəri siyasi partiyalar dialoq Rəfail Becanov

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:136
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 30 Aprel 2025 14:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see361

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see236

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see195

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see191

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see183

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see178

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see178

Türkiyədə tanınmış reper həbs edildi

30 Dekabr 2025 03:04see170

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see165

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see160

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see156

Yamal 20+20 qolla yüksək liqa oyunçularının elit siyahısına qoşulub

30 Dekabr 2025 03:09see147

2026 cı ildə Bakıda hansı infrastruktur layihələri REALLAŞDIRILACAQ?

30 Dekabr 2025 14:16see145

AİJA qalibləri açıqladı: Qaynarinfo İlin saytı seçildi

29 Dekabr 2025 18:25see144

Yeni ilin məşhur salatı ilə bağlı dietoloqdan xəbərdarlıq

29 Dekabr 2025 11:41see142

ABŞ ın Mərkəzi Kəşfiyyat İdarəsi Venesuela limanına zərbə endirib

30 Dekabr 2025 09:43see141

Ötən həftə 175 yanğın olub, 7 nəfərin meyiti tapılıb

29 Dekabr 2025 10:05see140

Tramp: “F 35”lərin Türkiyəyə satışı ilə bağlı ciddi müzakirələr aparılır

30 Dekabr 2025 05:45see138

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see136

Tramp Ukraynaya “Tomahawk” raketlərinin tədarükünü şəxsən dayandırdığını deyib

30 Dekabr 2025 02:02see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri