Icma.az
close
up
RU
Menu

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

907 ci düzəliş mahiyyətini itirib Rəfail Becanov

907 ci düzəliş mahiyyətini itirib Rəfail Becanov

Icma.az, Hurriyyet portalına istinadən məlumatı açıqlayır.

“ABŞ və İsraillə münasibətlərin dərinləşməsi bu məsələyə də təsir edə bilər”.

Bunu Yenicag.az-a açıqlamasında siyasi şərhçi Rəfail Becanov deyib.

O, ABŞ və İsrail ilə Azərbaycanın yaxın münasibətləri fonunda 907-ci düzəlişin ləğvinin mümkünlüyündən danışarkən bildirib ki, Təl-Əviv və Bakı münasibətlərinin yüksək səviyyədə formalaşmasının səbəblərindən biri də xalqlarımız arasında olan tarixi dostluqdur.

“Azərbaycan müxtəlif etnik qrupların, xalqların azad və təhlükəsiz yaşadığı ölkədir. Ölkəmizdə yaşayan yəhudilər də daim bunu hiss edib. Hörmət və ehtiramın, tolerantlığın şahidi olublar. Azərbaycan tolerant, müxtəlif xalqların bərabər hüquqlarla yaşadığı ölkələrdən biridir deyimi şüarçılıq yox, reallıqdır. Bizimlə onlar arasında qırılmaz bağlar və birgə tariximiz var. Dövlətlərimiz arasında da eyni səmimi münasibətlər illərdir formalaşıb”.

Onun sözlərinə görə, İsrail beynəlxalq müstəvidə dəstəyini hiss etdiyimiz ölkələrdən biridir:

"Gələcəkdə Azərbaycan-İsrail münasibətləri daha da dərinləşəcək. Türkiyə ilə İsrail arasında gərginlik konteksindən məsələyə baxsaq, hazırkı durumda münasibətlərin ittifaq formasında olacağı inandırıcı deyil. Amma qarşılıqlı etimad və tərəfdaşlığın daha da inkişaf edəcəyi və dərinləşəcəyi şübhəsizdir. Çünki Azərbaycan həm də Türkiyə ilə İsrail arasından münasibətlərin normallaşmasında vasitəçilik edir. Hər iki ölkənin nümayəndələri Azərbaycanda görüşür, müzakirələr aparır”.

R. Becanov əmindir ki, ABŞ ilə Azərbaycanın münasibətləri də həmişə normal, əməkdaşlıq səviyyəsində qurulub:

“Bayden administrasiyasının qərəzli siyasəti nəticəsində bu münasibətlər pisləşməyə doğru gedirdi. Lakin artıq nə Bayden vər, nə onun administrasiyası. Tramp hökuməti ilə münasibətlər normal məcrada davam edir. İttifaq yox, strateji tərəfdaşlıq, ayrı-ayrı məsələlərdə əməkdaşlığımızın daha da böyüyəcəyi gözlənilir. Çünki həm Tramp administrasiyası bu münasibətlərin inkişafında maraqlıdır, həm də Azərbaycanın strateji əhəmiyyəti çox böyükdür”.

O, əlavə edib ki, ABŞ-nin Azərbaycana qarşı qəbul etdiyi 907-ci düzəlişin bütünlükdə mahiyyəti artıq köhnəlib:

“907-ci düzəliş (Section 907 of the Freedom Support Act) ABŞ Konqresi tərəfindən 1992-ci ildə qəbul edilib və bu düzəlişə görə Azərbaycan hökumətinə ABŞ hökuməti tərəfindən birbaşa yardım göstərməsi qadağan olunur. Əsas səbəb də keçmiş Qarabağ münaqişəsində Azərbaycanın guya ermənilərə qarşı blokadası, güc tətbiq etməsi göstərilib. Artıq Qarabağ problemi, yaxud münaqişəsi deyilən məsələ yoxdur. Belə olan halda, əslində, həmin düzəliş təcili olaraq ləğv edilməlidir. Lakin hələ də 2001-ci ildən etibarən ABŞ prezidentlərinin bu düzəlişə istisna tətbiq etmələrinə baxmayaraq qüvvədədir”.

“Təbii ki, ABŞ və İsraillə münasibətlərin dərinləşməsi bu məsələyə də təsir edə bilər. Azərbaycan enerji, təhlükəsizlik, geopolitik anlamda ABŞ ilə əməkdaşlıq edir. Eyni zamanda, Azərbaycan regional baxımdan çox əhəmiyyətli ölkədir. Nəqliyyat-kommunikasiya baxımından Şərqlə Qərb arasında əsas logistik mərkəzlərdən biridir. Bütün bu məsələlər düzəlişin ləğvini vacib edir. Haqqında bəhs edilən düzəlişin ləğvi Azərbaycanın da ABŞ-nin də xeyrinədir. Lakin bu düzəlişin ləğv edilməsinə mane olanlar var. Ermənipərəst konqresmenlər, ABŞ-dəki erməni lobbisi bunun əleyhinədir. Sözügedən düzəlişin ləğvi üçün fəaliyyətə başlamaq zamanıdır. Müxtəlif addımlarla və faktlarla ABŞ-nin yeni hakimiyyətinin nəzərinə çatdırmalıyıq ki, 907-ci düzəliş real vəziyyətlə uzlaşmır”, – deyə o, fikirlərini tamamlayıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:198
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 27 May 2025 05:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see317

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see276

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see259

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see256

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see251

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see245

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see241

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see227

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see222

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see218

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see217

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see217

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see215

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see212

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see210

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see207

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see198

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see183

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see176

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri