Icma.az
close
up
RU
Referans Medical Group ilə İnnovasiyalar Mərkəzi arasında görüş keçirilib

Referans Medical Group ilə İnnovasiyalar Mərkəzi arasında görüş keçirilib

Modern.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

"Referans Medical Group" ilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin "İnnovasiyalar Mərkəzi" arasında görüş keçirilib.
Görüş zamanı "İnnovasiyalar Mərkəzi"nin direktoru Vüsal Rüstəmov Mərkəzin əsas fəaliyyət istiqamətləri, həyata keçirilən innovasiya yönümlü təşəbbüslər və xüsusilə ASAN AI Hub platforması barədə ətraflı məlumat verib. Qeyd olunub ki, ASAN AI Hub ölkədə süni intellekt ekosisteminin formalaşdırılması və inkişaf etdirilməsi, bu sahədə innovativ həllərin təşviqi, eləcə də insan kapitalının gücləndirilməsi baxımından mühüm rol oynayır.
"Referans Medical Group"un Müşahidə şurasının sədri Hansıyar Babayev isə səhiyyə sahəsində rəqəmsal transformasiya, innovativ texnologiyaların tətbiqi və süni intellekt əsaslı həllərin klinik praktikada istifadəsi istiqamətində görülən işlər və gələcək hədəflər barədə məlumat verib.
Görüş çərçivəsində tərəflər səhiyyə sahəsində süni intellekt imkanlarının tətbiqi, data əsaslı qərarvermə mexanizmlərinin inkişafı, tibbi xidmətlərin keyfiyyətinin artırılması, eləcə də innovasiya yönümlü birgə layihələrin həyata keçirilməsi imkanlarını müzakirə ediblər. Xüsusilə ASAN AI Hub platforması üzərindən bilik və təcrübə mübadiləsi, ekspert əməkdaşlığı, pilot layihələrin icrası və beynəlxalq təcrübənin öyrənilməsi məsələləri diqqət mərkəzində olub.
Eyni zamanda, gələcək mərhələdə institusional əməkdaşlığın genişləndirilməsi, birgə tədqiqat və innovasiya təşəbbüslərinin reallaşdırılması, eləcə də səhiyyə və süni intellekt sahələrində uzunmüddətli strateji tərəfdaşlığın qurulması ilə bağlı perspektivlər ətrafında fikir mübadiləsi aparılıb.
Görüş qarşılıqlı maraq doğuran əməkdaşlıq imkanlarının müəyyənləşdirilməsi, səhiyyə sektorunda innovasiyaların təşviqi və ölkədə süni intellekt ekosisteminin daha da inkişaf etdirilməsi baxımından əhəmiyyətli olub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:195
embedMənbə:https://modern.az
archiveBu xəbər 13 Yanvar 2026 18:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see304

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see290

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see268

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see266

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see261

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see259

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see258

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see249

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see240

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see239

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see233

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see225

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see222

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see221

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see219

Sənədsiz torpaq sahiblərinə ŞAD xəbər: Bu tarixdən çıxarış ala biləcəklər

27 Noyabr 2026 09:40see217

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see217

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see217

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see212

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see203
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri