Icma.az
close
up
RU
Referans Medical Group dan regionda daha bir ilk FOTO

Referans Medical Group dan regionda daha bir ilk FOTO

Modern.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Referans Medical Group ilə qlobal tibbi bilik bazası və klinik qərar dəstəyi platforması olan UpToDate arasında əməkdaşlıq müqaviləsi imzalanıb.

Modern.az xəbər verir ki, regionda ilk dəfə həyata keçirilən bu əməkdaşlıq səhiyyədə rəqəmsal yanaşmaların genişləndirilməsi, tibbi biliklərin əlçatanlığının artırılması və klinik qərarvermə prosesinin daha da təkmilləşdirilməsinə xidmət edəcək.

Müqavilə Referans Medical Group adından Müşahidə Şurasının üzvü, Leyla Medical Center direktoru Elnur Vahabov və “UpToDate” platformasının Azərbaycandakı rəsmi tərəfdaşı olan Ezgil Medical Technologies şirkətinin milli koordinatoru Kəmalə Aşumova tərəfindən imzalanıb.

Tədbirdə Referans Medical Group-un və “UpToDate” platformasının rəhbər heyəti, eləcə də struktur bölmələrin rəhbərləri iştirak edərək əməkdaşlığın səhiyyə sahəsinə qazandıracağı yeniliklər və gələcək imkanlar barədə fikir mübadiləsi aparıblar.

Qeyd olunub ki, UpToDate dünyanın aparıcı sübuta əsaslanan tibbi qərar dəstəyi sistemlərindən biri olaraq həkimlərə ən son elmi araşdırmalara, beynəlxalq klinik protokollara və müasir müalicə yanaşmalarına operativ çıxış imkanı yaradır. Bu isə diaqnostika və müalicə prosesində daha dəqiq və elmi əsaslı qərarların qəbul edilməsinə şərait yaradır.

Əməkdaşlıq çərçivəsində “UpToDate” platforması Referans Medical Group-a daxil olan klinika və tibb mərkəzlərində tətbiq olunacaq. Platforma vasitəsilə həkimlərin və digər tibb işçilərinin gündəlik praktikada aktual tibbi məlumatlara və beynəlxalq klinik protokollara sürətli çıxışı təmin ediləcək, onların davamlı peşəkar inkişafına dəstək göstəriləcək, tibbi xidmətlər beynəlxalq standartlara uyğunlaşdırılacaq və nəticədə pasiyentlərə təqdim olunan tibbi xidmətin keyfiyyəti daha da yüksələcək.

Bu əməkdaşlıq regionda bilik əsaslı tibbi xidmət modelinin inkişafı və müasir rəqəmsal səhiyyə həllərinin tətbiqi baxımından mühüm addım kimi qiymətləndirilir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:436
embedMənbə:https://modern.az
archiveBu xəbər 01 May 2026 18:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see373

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see274

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see260

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see249

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see246

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see242

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see236

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see235

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see230

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see221

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see211

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see200

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see197

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see196

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see195

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see195

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see194

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see186

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see183

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri