Icma.az
close
up
RU
Referendum təhdidinin arxasındakı səbəb: Zəngəzur dəhlizi

Referendum təhdidinin arxasındakı səbəb: Zəngəzur dəhlizi

Icma.az, Cebheinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Ermənistan 2026-cı ilin dekabr ayına qədər Avropa İttifaqına (Aİ) qoşulmaq və ya Avrasiya İqtisadi İttifaqına (Aİİ) üzvlüyünü saxlamaqla bağlı milli referendum keçirmək barədə qərar verməlidir. 

Həmin vaxt İrəvanla bağlı mümkün əlavə addımlar məsələsi Aİİ üzv dövlətlərin dövlət başçılarının görüşündə müzakirə olunacaq”. 

“Cebhenfo.az” xəbər verir ki, Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin “TASS”-a verdiyi müsahibədə belə deyib.

O qeyd edib ki, referendum çağırışı həmin vaxta qədər eşidilməsə, liderlər müvafiq birgə addımları müəyyən edərkən bu faktı nəzərə alacaqlar.

Rusiya xarici işlər nazirinin müavini xatırladıb ki, Rusiya, Belarus, Qazaxıstan və Qırğızıstan prezidentlərinin 29 mayda Ermənistanın Avropa istəkləri ilə bağlı birgə bəyanatında konkret tarix göstərilmədən, həmin ölkədə Aİ-yə qoşulmaq və ya Aİİ-də qalmaqla bağlı milli referendumun mümkün qədər tez keçirilməsinin zəruriliyi vurğulanıb.

Qeyd edək ki, Rusiya həmçinin, rəsmi İrəvanın Avrointeqrasiya kursundan imtina etməsi üçün Ermənistan istehsalı olan bütün növ kənd təsərrüfatı və ərzaq məhsullarının idxalına qadağa qoyub.

Ermənistan rəhbərliyi Avrasiya İqtisadi İttifaqından çıxmaq niyyətində olmadığını bəyan etsə də, Moskva bunu sübut etmək üçün  Nikol Paşinyan hakimiyyətindən referendum keçirməyi tələb edir.

Əslində, Rusiyanın məqsədi Ermənistandan Avrasiya İqtisadi İttifaqına, Vahid Gömrük İttifaqına üzvlük məsələlərin və bununla bağlı hüquqi öhdəliklərin Ermənistan Konstitusiyasına daxil edilməsinə nail olmasına çalışır.

Bu halda Ermənistanın 2025-ci il martın 26-da “Avropa İttifaqına Üzvlük Prosesinin Başlanılması Haqqında” Qanun Konstitusiyanın mətni ilə ziddiyyət təşkil etdiyinə görə, ona hüquqi cəhətdən xitam verilə bilər.
Hazırda isə Ermənistan yeni konstitusiya qəbul etməyə hazırlaşır və Avropa İttifaqına üzvlük məsələsinin ali qanunda necə təsbit olunacağı aydın deyil. Daha doğrusu, Kreml Ermənistanın Moldovanın və Gürcüstanın yolu ilə gedərək Avropa İttifaqına üzvlük siyasətini konstitusiyaya daxil edəcəyindən narahatdır. 

Çünki Avropa İttifaqı və Rusiyanın təsis etdiyi, Avrasiya İqtisadi İttifaqı, Kollektiv Təhlükısizlik Müqaviləsi Təşkilatı və Müstəqil Dövlətlər Birliyi arasında seçim etməyi Ermənistandan yalnız Moskva deyil, Brüssel də tələb edir.

Bu baxımdan, Nikol Paşinyan çox çətin vəziyyətlə üzləşib. Əgər Ermənistan Avropa İttifaqına üzvlük qərarı verərsə, o zaman Rusiyanın daha ağır sanksiyaları ilə üzləşə bilər. Xüsusilə də rəsmi Moskva Ermənistana satılan təbii qazın qiymətini 600 dollara qədər artıracağı ilə hədələyir.

Referendumun dekabr ayına qədər keçirilməsi tələbi də buna hesablanıb. Yəni Ermənistan Aİİ-dən çıxmağa və Avropainteqrasiya üstünlük verərsə, qarşıdan gələn soyuq qış aylarında Rusiya erməniləri qazsız qoya bilər.

Bu da Nikol Paşinyan hakimiyyətinə qarşı etiraz aksiyalarının təşkili və hətta terrorçu qrupların fəallaşdırılması üçün əlverişli imkan yaratmış olar.  

Lakin Avrasiya İqtisadi İttifaqı müqaviləsinə görə, üzv dövləti, o cümlədən Ermənistanı qurumdan məcburi çıxartmaq mexanizmi yoxdur. İstənilən üzv dövlət, Aİİ müqaviləsindən çıxmaq istəyi barədə 12 ay əvvəl depozitariyə yazılı bildiriş göndərə bilər. Bir ildən sonra üzvlüyün tərk edilməsi prosesi başa çatır.

Ermənistan isə Rusiyanın bu təklifindən imtina edərək Avropa İttifaqına üzvlük məsələsinin gündəmdə olmadığını bildirir. Nikol Paşinyanın sözlərinə görə, yalnız Ermənistan Avropa İttifaqına üzvlüklə bağlı ərizə təqdim etdikdən və Brüssel həmin müraciəti təsdiqlədikdən sonra Ermənistan referendum keçirə bilər.

Hazırda isə Ermənistan Avrasiya İqtisadi İttifaqında qalmaqla Avropa İttifaqı ilə tərəfdaşlıq siyasətini davam etdirməyə üstünlük verir. Kreml isə Ermənistanın çoxvektorlu xarici siyasət yürütməsini qəbul etmir və bunu Ukraynada Rusiya ilə müharibə aparan düşmən dövlətlərlə eyni blokda olmaq kimi qiymətləndirir.

Buna baxmayaraq, Ermənistan Rusiyanın referendum tələbini yerinə yetirmək istəmir və balanslı xarici siyasəti davam etdirməyə çalışır. 

Ermənistanın hakim “Vətəndaş Müqaviləsi” partiyasının deputatı Sərkis Xandanyan Rusiyanın bu tələbini rədd edib:

“Yaxın aylarda Ermənistanda ölkədə müzakirə edilməmiş bir məsələ ilə bağlı referendum keçirilə bilməz”.

Deputat qeyd edib ki, Ermənistan Aİİ-in tamhüquqlu üzvüdür və yaxın vaxtlarda onun statusu dəyişməyəcək:

“Ermənistan Aİİ-in tamhüquqlu üzvüdür və yaxın aylarda iştirakımız davam edəcək. Ermənistanın üzvlüyü həm ölkəmizin, həm də Aİİ-in digər üzv dövlətlərinin maraqlarından irəli gəlir”.

Xandanyan əlavə edib ki, Aİ-yə inteqrasiya prosesi daxili xarakter daşıyır:

“Bizim üçün Aİ ilə inteqrasiya prosesi daxili islahatlar prosesidir. Bu proses iqtisadi subyektlərimizə öz standartlarını Avropa bazarlarına uyğunlaşdırmaq imkanı verir”.

Qeyd edək ki, Rusiyanın referendum məsələsində digər hədəfi Zəngəzur dəhlizi ilə bağlıdır. Moskva TRIPP layihəsini gömrük prosedurlarının pozulması və Aİİ məkanın parçalanması kimi qiymətləndirir. 

Ona görə də Rusiyanın məqsədi Avrasiya İqtisadi İttifaqı və Gömrük İttifaqına üzvlüklə bağlı hüquqi öhdəliklərin konstitusiyada təsbit ediləcəyi təqdirdə, Ermənistanla ABŞ arasında “Tramp marşrutu”na dair imzalanmış müqavilələrin ali qanunla ziddiyyət təşkil etməsinə nail olmaqdır. 

Yəni beynəlxalq müqavilələr Ermənistan Konstitusiyasına zidd ola bilməz. Beləliklə, Rusiya TRIPP layihəsinin dayandırılması və ləğvi üçün hüquqi əsas yaratmaq və prosesi pozmaq istəyir. 

Müşfiq Abdulla  
“Cebheinfo.az”

Açar sözlər: Ermənistan Mixail Qaluzin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:143
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 11 Avqust 2026 14:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see375

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see363

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see303

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see285

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see257

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see257

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see245

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see243

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see233

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see225

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see219

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see218

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see205

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see196

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see180

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see179

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see179

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see172

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see166

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri