Icma.az
close
up
RU
Tehranın Zəngəzur qorxusu: Pərdə arxasındakı 4 SƏBƏB

Tehranın Zəngəzur qorxusu: Pərdə arxasındakı 4 SƏBƏB

Cebheinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

İran Zəngəzur dəhlizi məsələsində Türkiyə ilə hesablaşmaq məcburiyyətində ola bilər. 

İran nümayində heyəti bu yaxınlarda Türkiyəyə səfər edəcək. Xarici İşlər Nazirliyinin mətbuat katibi İsmayil Bəqayi jurnalistlərə açıqlamasında bildirib ki, İran nümayəndə heyəti Türkiyəyə səfər çərçivəsində ikitərəfli münasibətlər və regional məsələlərlə yanaşı, Zəngəzur dəhlizi barədə də müzakirələr aparacaq. 

Bəqayi bəyan edib ki, Zəngəzur dəhlizi ilə bağlı məsələ İranla Türkiyə arasında texniki xarakter daşıyır və siyasi kontekstdə qiymətləndiriləcək. Bəqayi İranın bu məsələdə mövqeyinin dəyişməz olduğunu bildirib: “İran nəqliyyat sahəsində əməkdaşlığın genişlənməsini alqışladığını bildirərək, ölkələrin suveren hüquqlarına hörmətin zəruriliyini vurğulayıb”. 

İran XİN rəsmisi əlavə edib ki, müzakirələrin nəticələri həm regional nəqliyyat layihələri, həm də Azərbaycan-Türkiyə-İran əməkdaşlığı baxımından mühüm əhəmiyyət kəsb edir. Xüsusilə vurğulamaq lazımdır ki, Cənubi Qafqaz regionu həm Türkiyə, həm də İranın xarici siyasət gündəmində və strategiyasında xüsusi əhəmiyyət daşıyır. 

Hər iki ölkənin bu regiona baxış bucaqları fərqlidir. Düzdür, Ankara və Tehran, eləcə də Moskva Cənubi Qafqazda proseslərin region ölkələri tərəfindən nizamlanmasının tərəfdarıdırlar, amma bu regionla bağlı bir çox məsələlərdə maraqları hər zaman toqquşub. 

Böyük ehtimalla, bundan sonra da maraqların toqquşması davam edəcək. Zəngəzur dəhlizi məsələsinə gəlincə, Türkiyə bu dəhlizə öz iqtisadi maraqları baxımından müsbət, İran isə mənfi baxır. Ankara Zəngəzur dəhlizini onun geosiyasi və geoiqtisadi güc mərkəzinə çevrilməsinə yol açacaq amil, Tehran isə öz təhlükəsizliyinə təhdid kimi görür. 

Ümumiyyətlə, bir sıra səbəblərdən dolayı Türkiyə və İranın Zəngəzur dəhlizi məsələsində ortaq məxrəcə gəlməsi qeyri-mümkündür. 

Birincisi, Zəngəzur dəhlizinin açılacağı təqdirdə Türkiyə Cənubi Qafqazda siyasi, iqtisadi və hərbi cəhətdən daha da möhkəmlənəcək, geosiyasi və geostrateji güc mərkəzinə çevriləcək. 

Eyni zamanda, Türkiyə Cənubi Qafqaz və Xəzər dənizi üzərindən Mərkəzi Asiyaya çıxış imkanları əldə edəcək. Bununla da Ankaranın bu böyük regionda geosiyasi və geoiqtisadi imkanlarının artmasına münasib şərait yaranacaq. Hətta Türkiyənin Çinlə daha yaxın təmasları olacaq. 

İkincisi, Zəngəzur dəhlizi vahid Türk dünyasının formalaşmasına yol açacaq. Bu dəhliz sayəsində Türkiyə, Azərbaycan və Mərkəzi Asiya ölkələri - Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Türkmənistan arasında iqtisadi-siyasi birlik, o cümlədən enerji və nəqliyyat kommunikasiya xətləri təmin olunacaq. İran hakimiyyəti hər iki amili özünün regional və təhlükəsizlik maraqları üçün qəbuledilməz sayır. 

İranın hərbi-siyasi dairələrində hesab edirlər ki, Türkiyənin Cənubi Qafqazda möhkəmlənməsi və vahid Türk dünyasının formalaşması ölkə daxilində Azərbaycan türklərinin sıx məskunlaşdığı ərazilərə təsir göstərəcək. Onların düşüncələrinə görə, bu, Azərbaycan türkləri arasında milli dövlətçilik məfkurəsinin geniş şəkildə yayılmasına səbəb ola bilər. 

Üçüncüsü, Zəngəzur dəhlizinin açılması Avropa ilə Asiyanı və Cənubi Qafqaz ilə Mərkəzi Asiyanı birləşdirən “Orta Dəhliz”in tam şəkildə reallaşmasına gətirib çıxaracaq. Bu dəhliz sahəsində nəinki Türk ölkələri, hətta Avropa ilə Çin arasında münasib və sərfəli nəqliyyat- kommunikasiya xətlərinin qurulması mümkündür. 

Rusiya üzərindən Çin ilə Avropanı birləşdirən şimal yolunun fəaliyyətinin dayanması, Cənubi-şərqi Asiya və İran üzərindən keçən cənub yolun təhlükəli şəraitdə olması və Hind okeanı ilə Yaxın Şərqi birləşdirən yolun açılması ehtimalının aşağı olmasını əsas gətirməklə “Orta Dəhliz”-in həyata keçməsini mümkün hesab etmək olar. 

Belə demək mümkündürsə, “Orta Dəhliz” Qərb, Türkiyə, Mərkəzi Asiya ölkələri və Çinin maraqlarına tam cavab vermir. Ona görə ki, qısa zamanda və müəyyən miqdarda maliyyə sərf etməklə bu dəhliz üzərindən həm Qərbə, həm də Şərqə mal və məhsul tədarük etmək istisna deyil. Belə olacağı təqdirdə Çinin “Bir yol, Bir kəmər” strateji layihəsinin Cənub yolunun fəaliyyəti məhdudlaşacaq və tam güc “Orta Dəhliz”ə veriləcək. Bu da İranın milyardlarla vəsait itirməsi deməkdir. Bu amil də İran hakimiyyəti ciddi şəkildə narahat edir. 

Dördüncüsü, İran rəhbərliyində belə bir qorxu var ki, Zəngəzəur dəhlizinin reallaşması İranın Avropaya gedən yolunu bağlayacaq. 

Halbuki bu, çox absurd görünür. Çünki Cənubi Qafqaz həm Şimal-Cənub, həm də Qərb-Şərq qovşağının mərkəzinə çevrilib. Bütün bunlarla yanaşı, Tehran, həmçinin hesab edir ki, Zəngəzur dəhlizi NATO-nun da Cənubi Qafqazda güclənməsinə imkan yaradacaq. 

Sözsüz ki, bütün bu səbəblərə görə İran hakimiyyəti Zəngəzur dəhlizinin reallaşmasına hər vəchlə mane olmaqda davam edəcək. 

Yaxın zamanda Tehranın öz niyyətindən əl çəkəcəyi inandırıcı görünmür. Tehran Ermənistanı Azərbaycan və Türkiyə ilə bu məsələni müzakirə etməkdən çəkinməyə vadar edəcək və hər vasitə ilə maneə yaradacaq. Amma İran nə qədər cəhd etsə də, öz məqsədinə və amalına nail ola bilməyəcək. Azərbaycan və Türkiyə bu məsələdə də qalib çıxacaq. Ermənistanın isə Bakı və Ankaranın şərtlərinə boyun əyməkdən başqa çarəsi olmayacaq. 

Yunis Abdullayev 
“Cebheinfo.az”

 

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:198
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 07 Yanvar 2025 12:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ankarada yüzlərlə sayt BLOKLANDI

29 Sentyabr 2026 02:02see194

Yeni danışıqlara başladılar

29 Sentyabr 2026 06:44see150

Tikinti sektorunda yeni dələduzluq (Video)

29 Sentyabr 2026 07:08see149

Çənə və diş ağrısı İNFARKTIN GİZLİ ƏLAMƏTİ ola bilər

29 Sentyabr 2026 04:54see148

17 il əvvəl öldürülən müxalifət liderinə görə 36 nəfər həbs edildi

29 Sentyabr 2026 03:17see148

Çəngəl bıçaq siyirtməsinə tabaşir qoyanların sayı sürətlə artır

29 Sentyabr 2026 04:04see145

İllərdir zibil kimi atırdıq: Sən demə, saç tökülməsini bıçaq kimi kəsirmiş

29 Sentyabr 2026 06:08see142

Totti 2006 cı il dünya çempionatının həyatındakı rolundan danışdı

29 Sentyabr 2026 05:19see142

Həbsdəki iş adamı Bakı Apellyasiya Məhkəməsinin sədrinə müraciət edib BU QANUNSUZLUQLAR ARAŞDIRILSIN!

29 Sentyabr 2026 10:26see140

Demnadan Milanda yeni Gucci kolleksiyası (FOTO)

29 Sentyabr 2026 08:15see139

Fərid Qayıbov: Bakı dünyanın idman paytaxtıdır

29 Sentyabr 2026 12:17see139

“Qarabağ”ın futbolçusu İrəvanda Şəkil

29 Sentyabr 2026 08:52see137

Jezuş Ronaldunun oyun vaxtı ilə bağlı razılaşmasını pozdu

29 Sentyabr 2026 07:34see137

Xərçəng və diabetdən belə qorunun...

29 Sentyabr 2026 01:56see136

“Qızıl top” uğrunda mübarizədə gözlənilməz dəyişiklik

29 Sentyabr 2026 08:23see136

Böyüdüyümüzü ilk dəfə harada anlayırıq? KÖŞƏ

29 Sentyabr 2026 10:57see136

Hacı Şahin Həsənlinin nəvəsi dünyaya gəldi

29 Sentyabr 2026 11:28see136

Aİ Slovakiyaya Ukraynaya verilən silahlara görə 105 milyon avro ödəyəcək

29 Sentyabr 2026 03:43see135

Azərkosmos 36 ölkəyə xidmət ixrac edib

29 Sentyabr 2026 11:59see135

“Sənət inciləri” layihəsi gəncləri Üzeyir Hacıbəyli irsi ilə tanış edir

29 Sentyabr 2026 11:27see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri