Icma.az
close
up
RU
Regenerativ kənd təsərrüfatı: kiçik fermerlər necə dayanıqlı inkişafın açarı olurlar?

Regenerativ kənd təsərrüfatı: kiçik fermerlər necə dayanıqlı inkişafın açarı olurlar?

Icma.az, Report.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Beynəlxalq konfransda ekspertlər regenerativ kənd təsərrüfatının maliyyələşdirilməsinin artırılmasının zəruriliyini müzakirə ediblər, aqrar sektorunun dayanıqlı gələcəyinin yalnız kiçik fermerlərin dəstəklənməsi ilə mümkün olduğunu vurğulayıblar.

“Report” xəbər verir ki, bu barədə “Qlobal yaşıl ətraf mühit şəbəkəsi” (GLOGEN) qeyri-hökumət təşkilatının (QHT) nümayəndələri bildiriblər.

İnnovasiya platformaları və uğurlu layihələr nümunəsi göstərir ki, şəffaflıq, birgə idarəetmə və investisiya qlobal dəyişikliklər üçün əsas ola bilər.

Müzakirələr zamanı çıxış edənlər vurğulayıblar ki, dünya ərzaq məhsullarının təqribən 80 %-ni istehsal edən kiçik fermerlər, kənd təsərrüfatı sahəsinə külli miqdarda vəsait ayrılmasına baxmayaraq, kifayət qədər maliyyə dəstəyi almırlar. Bu, etibarlı infrastrukturun, torpaq hüquqlarının və şəffaf məlumatların olmaması ilə bağlıdır ki, bu da investorlar üçün ciddi maneələr yaradır.

“Green Earth Agro”nun baş direktoru Raşank Badoliya innovativ həll yolu təklif edib: investorlara torpaq hüquqları ilə bağlı problemlərdən yan keçməklə birbaşa investisiya etməyə imkan verən platforma vasitəsilə kiçik fermerlərin birləşdirilməsi. Badoliya vurğulayıb ki, regenerativ fermerlik təkcə məhsul məhsuldarlığını artırmağa yox, həm də torpağın münbitliyinin bərpasına və karbon emissiyalarını azaltmağa kömək edir.

“Biz kiçik fermerlərdən torpaq icarəyə götürürük və qazancı onlarla bölüşürük, onların dolanışığını yaxşılaşdırmağa kömək edirik. Məqsədimiz yerli icmaların dayanıqlı kənd təsərrüfatı təcrübələrindən faydalandığı genişmiqyaslı əkinçilik modeli yaratmaqdır”, - o söyləyib.

Uğurlu nümunə kimi Hindistanda yerli özünəyardım qruplarının kimyəvi maddələrdən və gübrələrdən istifadə etmədən regenerativ kənd təsərrüfatı prinsiplərini fəal şəkildə həyata keçirərək məhsuldarlığı və mənfəəti artırdığı “Andhra Pradesh Community Managed Natural Farming” layihəsi göstərilib. Həmçinin Misirdə orqanik və regenerativ məhsul istehsalı vasitəsilə kiçik fermerləri yoxsulluqdan çıxarmağa kömək edən SEKEM layihəsi də xatırladılıb.

“Aqro-qida sistemində qlobal dəyişiklik üçün bu cür platformalar əvəzsizdir. Dayanıqlı gələcək üçün şərait yaratmaq məqsədilə kənd təsərrüfatını hər kəs üçün gəlirli etməliyik”, - Badoliya fikrini tamamlayıb.

Bizim WhatsApp kanalımıza abunə olun

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:175
embedMənbə:https://report.az
archiveBu xəbər 14 Noyabr 2024 23:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see336

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see287

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see282

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see270

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see253

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see249

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see232

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see232

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see217

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see217

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see212

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see209

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see208

Dünyada cəmi bir ədəd qalan ağacı qorumaq üçün kəndirlə bağladılar

28 Noyabr 2026 00:39see207

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see207

Tamar İoseliani: Bakı Orta Dəhlizin inkişafında mühüm regional tərəfdaşdır

27 Noyabr 2026 22:46see207

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see206

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see200

İran “MDB+” formatına qoşulmaqla nə qazanacaq?

28 Noyabr 2026 16:44see190

Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?

28 Noyabr 2026 12:32see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri