Icma.az
close
up
RU
Menu

Boşalan evlər MİDA ya verilsə, Bakıda mənzillər ucuzlaşacaq İqtisadçı Bu gün Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) Bakıdakı Hövsan Yaşayış Kompleksinin I və II mərhələləri, Binəqədi Yaşayış Kompleksi, eləcə də Sumqayıt, Lənkəran, Şirvan və Yevl

Tibbi sığortadan kəsilən pullar korrupsiya və lüzumsuz xərclərə gedəcək Partiya sədri

WUF13 ün rəsmi sosial media səhifələri fəaliyyətə başlayıb

Dabaq xəstəliyinə qarşı ictimai narahatlıq ət bazarlarını vurdu , ət dükanlarında satış həcmi azalmağa başladı

Bakı “ravvinlər sammiti”nə niyə fasilə verdi? Səssiz diplomatiyanın görünməyən tərəfləri

Yadigar Muradovun son durumu açıqlandı KONKRET

Trampın sərt xəbərdarlığı və Qəzzadakı kövrək atəşkəs: hadisələrin mümkün ssenariləri

Pendirin beyinə faydası

“Honda” çip çatışmazlığı səbəbindən avtomobil istehsalını dayandırdı

İkitəkərli nəqliyyat vasitələri hansı təhlükələri yaradır? VİDEO

İngiltərə çempionu 90 il sonra bu aqibətlə üzləşdi Antirekord

Aİ Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması prosesini dəstəkləyir

Türk dünyasında yeni siyasi mərhələ başlayır ŞƏRH EDİLDİ

Yaponiyanın baş naziri Trampın Rusiya enerji daşıyıcılarının idxalını qadağan etmək xahişini RƏDD ETDİ

Böyük Britaniya Səudiyyə Ərəbistanı ilə 6,4 milyard funtluq müqavilə imzalanıb

Kişilərin ürəyi daha zəif olur Həkim təsdiqlədi

Nvidia dünyanın ən dəyərli səhmdar şirkəti oldu

Moskvadan Parisin hərbi kontingent yerləşdirmək planına reaksiya

Şorba bişirməkdən imtina edən arvadını bıçaqlayıb dərisini soydu

21 yaşlı Adilin ölüm səbəbi TƏFƏRRÜAT KONKRET

Region ekoloji təhlükə altında...

Region ekoloji təhlükə altında...

Icma.az, Yeniazerbaycan saytına istinadən bildirir.

Metsamor AES bağlanmalıdır!

Cənubi Qafqaz regionu, habelə İran və Türkiyə ciddi ekoloji təhlükə ilə üz-üzə qalıb. Bu təhlükə bütöv bir regionda böyük fəlakətlərə yol aça bilər. Beynəlxalq səviyyədə çağırışların olmasına baxmayaraq, təəssüf ki, bu təhlükənin qarşısının alınması istiqamətində indiyədək  heç bir ciddi tədbir görülməyib. Sözsüz ki, burada söhbət Ermənistandakı Metsamor Atom Elektrik Stansiyasından gedir. ?eyd edək ki, bu stansiya 1976-ci ildə istismara verilib. Metsamor AES-in istismar müddəti 30 il nəzərdə tutulmasına  baxmayaraq, stansiya hələ də öz fəaliyyətini davam etdirir. İstismar müddətinin başa çatmasından 20 il ötüb.  Ən narahatedici amil isə Metsamor AES-in seysmik zonada yerləşməsidir. Araşdırmalara görə, AES-in ətrafında mövcud olan 5 tektonik qırılmadan biri stansiyadan cəmi 500 metr aralıdadır. Ərazinin seysmik aktivliyini nəzərə alan SSRİ rəhbərliyi Spitak bölgəsində baş verən zəlzələdən sonra Metsamor AES-in fəaliyyətini tamamilə dayandırmışdı. Amma enerji böhranını bəhanə gətirən o vaxtki Ermənistan hökuməti 1995-ci ildə AES-in ikinci blokunu yenidən işə salıb. Hazırda Metsamor AES Rusiyanın dövlət nüvə enerji şirkəti - “Rosatom”un texniki dəstəyi ilə fəaliyyət göstərir.

Region ciddi risk altındadır

Nə Petrosiyan, nə Köçəryan, nə də Sarkisyan hakimiyyəti Metsamor AES-in istismar müddətindən artıq fəaliyyət göstərməsinin, hətta seysmik zonada yerləşməsinin və bu zonadakı tektonik xətlərin toqquşması nəticəsində baş verə biləcək radiasiya sızmasının hansı təhlükəli fəsadlara yol açacağını nəzərə almayıb. Paşinyan hakimiyyəti də eyni siyasi xətti davam etdirir. Zaman-zaman atom elektrik stansiyalarının ölüm kabusuna çevrilməsinin şahidi olmuşuq - bu kabus bu günə kimi dünyanın başı üzərində dolaşmaqdadır. 1979-cu ildə ABŞ-ın Tri-Meyl-Aylend Atom Elektrik Stansiyasında, 1986-cı ildə Ukraynanın Çernobıl və 2011-ci ildə Yaponiyanın Fukusima AES-lərdə baş verən qəzaların ağır fəsadları hələ də tam aradan qaldırılmayıb - bu qəzalar nəticəsində böyük coğrafiyalarda ekosistemə və genefonda ciddi ziyan dəyib. Bütün bunları nəzərə alan bir çox Qərb mütəxəssisləri Metsamor Atom Elektrik Stansiyasında da eyni halların baş verə biləcəyini istisna etməyib. Cənubi Qafqaz üzrə ekspert Peter Marko Teys “Daily Mail”ə açıqlamasında qeyd edib ki, Metsamor AES texnoloji cəhətdən köhnəlib və bunun özü çox ciddi riskdir. “Bu reaktorun fəlakətə səbəb olma riski çox yüksəkdir. Partlayış baş verəcəyi halda o, Çernobıl kimi torpaq, su və havanın çirklənməsinə səbəb ola bilər, onun təsiri illərlə Avropanın səmalarında da hiss edilə bilər”, - deyə Teys bildirib.  Sözügedən AES-in aktiv seysmik qırılma xəttində yerləşdiyinə diqqət çəkən mütəxəssislər, onun struktur təhlükəsizliyinin yetərli olmaması barədə dəfələrlə xəbərdarlıq ediblər.

Beynəlxalq çağırış

Beynəlxalq təşkilatlar Metsamor AES-in fəaliyyətinin davam etdirilməsi ilə bağlı mütəmadi olaraq həyəcan təbili çalıblar - beynəlxalq qurumların hesabatlarında bununla bağlı bir sıra tövsiyələr və xəbərdarlıqlar öz əksini tapıb. 2000-ci ildə Avropa İttifaqı (Aİ) AES-in fəaliyyətinin dayandırılmasına çağırış etdi. Hətta bunun müqabilində Aİ Ermənistana 138 milyon avro vəsait ödəməyə hazır olduğunu bildirdi. İrəvan isə bu vəsaitlə razılaşmadı və Avropa İttifaqının təklifindən vaz keçdi. 2002-ci ildə Avropa Şurasının ekspert komissiyası bölgəyə gələrək seysmik zonada yerləşən stansiyanın beynəlxalq standartlara uyğun olmadığı və fəaliyyətinin ətraf mühit üçün çox təhlükəli olduğunu bildirib. Bununla bağlı AŞPA öz narahatlığını ifadə edən müvafiq sənədlər - 27.06.2001-ci ildə 9148 saylı, 31.01.2022-ci ildə 9336 saylı, 07.05.2022-ci ildə 9444 saylı qətnamələr qəbul edib. Azərbaycan vətəndaş cəmiyyətinin nümayəndələri də bu problemə səssiz qalmayıb. 2024-ci ilin aprelində bir sıra qeyri-hökumət təşkilatları Nüvə Enerjisi Sammitinin həmsədrlərinə - Belçikanın Baş naziri Aleksandr De Krooya və Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) Baş direktoru Rafael Mariano Qrossiyə açıq məktub ünvanlayıblar. Onlar məktubda Metsamor AES-in yaratdığı təhlükələrin aradan qaldırılmasının zəruriliyini vurğulayıblar.

Radioaktiv sızma təhlükəsi

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Radiasiya Problemləri İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü İslam Mustafayev “Yeni Azərbaycan” qəzetinə şərhində qeyd edib ki, Metsamor AES-də  hər hansı hadisənin baş verməsi bütün regiona öz təsirini göstərəcək radioaktiv sızmaya səbəb ola bilər.

“Metsamor Atom Elektrik Stansiyasının iki reaktorunun istismar müddəti çoxdan başa çatıb. Amma buna baxmayaraq, AES öz fəaliyyətini davam etdirir. Stansiyanın reaktorlarından biri isə zədəlidir. Belə bir halda stansiyanın fəaliyyətinin davam etməsi, təbii ki, region üçün çox böyük təhlükədir. Metsamor AES-in obyekti Azərbaycan, Türkiyə və İranla sərhəd ərazilərə çox yaxındır, hətta Gürcüstanla sərhəddən 173 kilometr aralıda yerləşir. Radiasiyanın yayılması üçün 173 km elə də böyük məsafə deyil. Xüsusi bir məqamı da qeyd edim ki, Metsamor AES-də reaktorların soyudulması üçün yerin dərinliyindəki sulardan istifadə olunur. Əgər nə zamansa həmin ərazidə zəlzələ baş verərsə, yeraltı suların istiqaməti dəyişəcək. Belə bir vəziyyətdə isə Metsamor AES-in  reaktorlarının  ehtiyat soyutma sistemlərində su qıtlığı yaranacaq. Bu da reaktorların partlamasına səbəb ola bilər. Yaponiyada Fukusima AES-də qəza məhz bu səbəbdən baş vermişdi. Metsamor AES köhnəlmiş, etibarsız və təhlükəsizlik baxımından davamlı olmayan bir stansiyadır. Əgər bu stansiyada hər hansı ciddi hadisə yaşanarsa, istər-istəməz, radioaktiv sızma baş verəcək. Bu da bütün regiona yayılacaq və ətraf mühiti çirkləndirəcək. Radioaktiv maddələrin ziyanı budur ki, o, nə görünür, nə də iyi hiss olunur. Nəticə etibarı ilə insan orqanizmində müxtəlif ağır xəstəliklər əmələ gəlir. Çernobıl və Fukusima AES-də baş verənlər sübut etdi ki, hadisə baş verəndən sonra tədbirlərin görülməsi mənasızdır və problemi vaxtında həll etmək lazımdır,” -deyə İ.Mustafayev vurğulayıb.  

Metsamor AES-in çirkli maddələri Araza axıdılır

“Neçə ildir ki, Metsamor AES-in çirkli  maddələri Araz çayına axıdılır. Həmin çirkli maddələr Kür çayına və oradan Bakı Şəhərinin Su Qovşağına, sonda isə Xəzər dənizinə yayılır. Azərbaycan əhalisi Araz və Kür çaylarının, hətta Bakı Su Qovğaşının suyundan həm məişət, həm içməli su, həm də suvarma məqsədləri üçün istifadə edir. Çirkli maddələrlə qarışıq sudan istifadə, sözsüz ki, insan sağlamlığına ziyan vurur,” - deyə İ.Mustafayev əlavə edib ki, Azərbaycan bu təhlükə ilə bağlı dəfələrlə beynəlxalq ictimaiyyəti xəbərdar edib: “Ölkəmiz Beynəlxalq Atom Enerjisi Agentliyinə mütəmadi olaraq müraciət edərək Metsamor AES-in bağlanmasını tələb edib. Beynəlxalq ictimaiyyət tərəfindən ciddi bir tədbir görülənə qədər mübarizəmizi davam etdirməliyik. Ətraf mühitə və insan sağlamlığına təhlükə yaradan AES-in fəaliyyətinə xitam verilməlidir”.

Yunis ABDULLAYEV

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:60
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 30 İyul 2025 13:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Boşalan evlər MİDA ya verilsə, Bakıda mənzillər ucuzlaşacaq İqtisadçı Bu gün Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) Bakıdakı Hövsan Yaşayış Kompleksinin I və II mərhələləri, Binəqədi Yaşayış Kompleksi, eləcə də Sumqayıt, Lənkəran, Şirvan və Yevl

29 Oktyabr 2025 16:41see305

Tibbi sığortadan kəsilən pullar korrupsiya və lüzumsuz xərclərə gedəcək Partiya sədri

29 Oktyabr 2025 14:33see206

WUF13 ün rəsmi sosial media səhifələri fəaliyyətə başlayıb

29 Oktyabr 2025 18:21see180

Dabaq xəstəliyinə qarşı ictimai narahatlıq ət bazarlarını vurdu , ət dükanlarında satış həcmi azalmağa başladı

29 Oktyabr 2025 18:30see148

Bakı “ravvinlər sammiti”nə niyə fasilə verdi? Səssiz diplomatiyanın görünməyən tərəfləri

29 Oktyabr 2025 11:37see135

Yadigar Muradovun son durumu açıqlandı KONKRET

29 Oktyabr 2025 14:18see134

Trampın sərt xəbərdarlığı və Qəzzadakı kövrək atəşkəs: hadisələrin mümkün ssenariləri

29 Oktyabr 2025 20:09see124

Pendirin beyinə faydası

29 Oktyabr 2025 22:03see124

“Honda” çip çatışmazlığı səbəbindən avtomobil istehsalını dayandırdı

29 Oktyabr 2025 17:41see123

İkitəkərli nəqliyyat vasitələri hansı təhlükələri yaradır? VİDEO

29 Oktyabr 2025 08:36see123

İngiltərə çempionu 90 il sonra bu aqibətlə üzləşdi Antirekord

30 Oktyabr 2025 09:02see123

Aİ Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması prosesini dəstəkləyir

29 Oktyabr 2025 17:58see121

Türk dünyasında yeni siyasi mərhələ başlayır ŞƏRH EDİLDİ

29 Oktyabr 2025 15:54see121

Yaponiyanın baş naziri Trampın Rusiya enerji daşıyıcılarının idxalını qadağan etmək xahişini RƏDD ETDİ

29 Oktyabr 2025 20:24see120

Böyük Britaniya Səudiyyə Ərəbistanı ilə 6,4 milyard funtluq müqavilə imzalanıb

29 Oktyabr 2025 14:35see120

Kişilərin ürəyi daha zəif olur Həkim təsdiqlədi

29 Oktyabr 2025 21:09see119

Nvidia dünyanın ən dəyərli səhmdar şirkəti oldu

30 Oktyabr 2025 03:45see119

Moskvadan Parisin hərbi kontingent yerləşdirmək planına reaksiya

30 Oktyabr 2025 01:07see118

Şorba bişirməkdən imtina edən arvadını bıçaqlayıb dərisini soydu

30 Oktyabr 2025 04:15see117

21 yaşlı Adilin ölüm səbəbi TƏFƏRRÜAT KONKRET

30 Oktyabr 2025 01:01see116
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri