Region Liqasında çıxış edən iki komanda texniki məğlubiyyət alıb
Bakivaxti portalından alınan məlumata görə, Icma.az xəbər verir.
AFFA İntizam Komitəsi Region Liqasında çıxış edən iki komandaya texniki məğlubiyyət verib.
Bakıvaxtı.az xəbər verir ki, bunlar "Ağsu Siti" və "Lokomotiv Baku" komandalarıdır.
Bölgə təmsilçisi "Olimpik Sabirabad"la görüşdə təyin olunan vaxtda meydanda olmayıb.
Bakı klubu isə "Crystal"la matçda təhlükəsizliyi təmin etdə bilməyib.
AFFA U-13 Liqasında "Record Club", "Alanyaspor Baku" və "Məhsul" (Zərdab) kollektivləri bu halla üzləşiblər. "Record Club" "Lamasya Baku" ilə, "Alanyaspor Baku" "Zirə" ilə görüşdə təyin olunan vaxtda meydana çıxmayıb. "Məhsul" isə "Hindarx" (Ağcabədi) komandası ilə görüşdə adı protokolda qeyd edilməyən və lisenziyası olmayan oyunçu aşkarlandığından 0:3 hesablı texniki məğlubiyyət alıb.
U-12 Liqasında "Ələt" "Şimal RFF" ilə matça təyin edilən vaxtda getməyib və texniki məğlubiyyətlə cəzalanıb. Futzal üzrə I Liqada isə "Yeni Suraxanı" "Baku Fire-2" ilə qarşılaşmada iştirak etməyib və bu halla üzləşib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:39
Bu xəbər 10 Dekabr 2025 14:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















