Icma.az
close
up
RU
Region Liqasından gələn futbolçular “Səbail”i məğlub etdi

Region Liqasından gələn futbolçular “Səbail”i məğlub etdi

Icma.az, Footbal-plus portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Birinci liqanın 12-ci turunda maraqlı hadisə baş verdi. Cari mövsümdə qələbəyə həsrət qalan “Şimal” “ASCO Arena”da “Səbail”in qapısından 4 top keçirdi.

Oyundan sonra Xaçmaz təmsilçisinin prezidenti, həm də komandada məşqçilik edən Qılman İbrahimovun fikrini öyrəndik:

“Bir komandanın uzunmüddətli qələbəsizlik seriyası rəqib tərəfindən gücsüzlük kimi görünür. Biz, sadəcə, təcrübəsizik. Bu heyətin 60 faizi ilə Region Liqasında, 2-ci liqada oynamışıq. İlk turda “Şəfa” ilə oyunda iki penalti oldu, biri qolla nəticələndi, 0:2 məğlub olduq. 2-ci turda hesabda öndə ola-ola, MOİK-lə heç-heçə etdik. 3-cü turda Buzovnada “Baku Sportinq”lə 4:1 uduzduq. Amma nəticə hesaba görə deyildi. Xeyli qol imkanımız olmuşdu. Sonra “Səbail”lə öz meydanımızda heç-heçə etdik. “Mingəçevir”i udurduq, hakim səhvinə görə 3:1 uduzduq. “Cəbrayıl”la oyunda olan fiasko isə aydın məsələdi. Bundan sonra komandada eniş başladı. Son turlarda hiss olunurdu ki, qələbə gələcək. İclas keçirdik. Dedik ki, tam rahat olacağıq, ilin son oyunudu, bu komandadan birinci dövrədə xal almışıq. İlk hissədə rəqibi qapısına sıxmışdıq. Lakin 43-cü dəqiqədə əks-hücumda qol buraxdıq. Fasilədə danışdıq, dedik ki, toparlansaq, udacağıq. 49-cu dəqiqədə qol vurduq. 4 qolun ikisini Region Liqasında oynayan uşaqlar vurub. Biri Şahmar Sədiyevdi, digəri də Amil Məmmədov. İlk peşəkar müqavini bizimlə bağlayıblar. Uşaqlar 4-cü qoldan sonra eyforiyaya qapıldı. Heç nədən penaltiyə səbəb oldular, iki qol buraxsaq da, qələbə qazana bildik”.


Qılman bəydən “Səbail”ə, yoxsa “Şəfa”ya qarşı oynamağın daha çətin olduğunu da soruşduq. Cavabında ikincinin adını çəkdi.
MÜZƏFFƏR QULUZADƏ
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:19
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 29 Dekabr 2025 13:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlk kitabın poetikası və mənəvi yaddaş

27 Dekabr 2025 16:12see257

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see225

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see200

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see187

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see186

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see174

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see156

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see154

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see152

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see146

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see144

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see143

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see142

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see142

Öskürəyə nə yaxşı təsir edir?

27 Dekabr 2025 17:11see141

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see138

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see137

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see136

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see134

Xankəndi teatrı bərpa edilir 8 milyon sərf olunacaq

27 Dekabr 2025 19:29see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri