Icma.az
close
up
RU
Region üçün böyük yenilik

Region üçün böyük yenilik

Ses qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

İyulun 19-da Prezident İlham Əliyevin Xankəndidə “Rəqəmsal keçidlər: Süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi” mövzusunda III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşü zamanı bildirdi ki, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin mətni artıq razılaşdırılıb. Məlum olduğu kimi məhz ölkəmiz sülh prosesinin təşəbbüskarı olmuşdur. Bu mövzuda danışarkən Prezident İlham Əliyev qeyd etdi ki, İkinci Qarabağ müharibəsi bitdikdən sonra Minsk qrupunun üçlüyü hələ də çalışır, Bakıya səfər edir və onlar nə edəcəklərini bilmirdilər. Ölkə başçsı Azərbaycan tərəfinin sülh sazişinin mətnini hazırlayaraq Ermənistana göndərdiyini bildirdi. Ermənistan tərəfi həmin sülh sazişinin mətninə dırnaqarası “Dağlıq Qarabağ” məsələsini daxil etmək istəyib. Lakin Azərbaycan tərəfi qətiyyətlə bildirib ki, “Dağlıq Qarabağ” Ermənistanın təxəyyülündə mövcuddur, bu, reallıqda mövcud deyil. Bu, Azərbaycanın bir parçasıdır və sülh müqaviləsinin mətninə ölkəmizin daxili siyasətinə aid olan bir məsələ daxil edilə bilməz.“Rəqəmsal keçidlər: Süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi” mövzusunda III Şuşa Qlobal Media Forumunda Prezident İlham Əliyev müzakirələrin iki il sürdüyünü və heç bir irəliləyişin olmadığını vurğuladı. Lakin həmin əraziləri sentyabrda Azərbaycan azad edəndən sonra Ermənistan artıq bunun üzərində israr etmədi, çünki artıq bu mövzu bağlı idi.Prezident İlham Əliyev 2024-cü ilin yanvarında real danışıqların başlanıldığını və Azərbaycanın hazırladığı layihənin mətni üzərində iş getdiyini və həmin mətnin razılaşdırıldığını açıqladı. Ölkə başçısı birmənalı olaraq bəyan etdi ki, Ermənistan konstitusiyasına dəyişiklik və ATƏT-in Minsk qrupunun buraxılması həll edilən kimi sülh müqaviləsi imzalana bilər.III Şuşa Qlobal Media Forumunda Prezident İlham Əliyev mətnin paraflana biləcəyini və Azərbaycan tərəfinin artıq Əbu-Dabidə bu təkliflə çıxış etdiyini diqqətə çatdırdı. Tərəflər sülh müqaviləsinin imzalanmasına çox yaxındır. Ölkə başçısı bu prosesin geridönməz xarakter aldığını və Azərbaycanın heç nəyi yenidən müzakirə etməyəcəyini bəyan etdi. Əgər Ermənistan yenidən müzakirəyə başlamağa çalışırsa, o deməkdir ki, onlar sülh istəmirlər. Deməli, o ərazi iddiası qalır. Ölkəmizin düzgün istiqamətdə olduğunu qeyd edən Prezident İlham Əliyev Ermənistan tərəfinin ev tapşırıqlarını yerinə yetirməli olduğunu bildirdi. Bu baş verdiyi halda sülh müqaviləsi imzalana bilər. Sülh müqaviləsinin imzalanması region üçün çox böyük yenilik, çox böyük dəyişiklik olacaq, deyə, Prezident İlham Əliyev III Şuşa Qlobal Media Forumunda qeyd etdi. Cənubi Qafqaz sabitlik məkanı olacaq. Regiona sabitlik, təhlükəsizlik lazımdır. Çünki Cənubi Qafqaz əsrlər boyu qan tökülməsi, toqquşma, işğal məkanı olmuşdur və Qafqaz xalqları çox əziyyət çəkiblər. Ona görə də kifayətdir, region ölkələri artıq sülh şəraitində yaşamalıdırlar.

Əlişah Rəcəbov
YAP Ağdaş rayon təşkilatının sədri

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:152
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 24 İyul 2025 12:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see544

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see291

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see284

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see279

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see273

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see272

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see269

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see241

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see240

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see236

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see232

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see223

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see222

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see222

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see218

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see213

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see212

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see211

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see210

Nazilə Səfərli doğma kəndində “yol da yoxdur, məktəb də!” dedi Gürcüstandan cavab gəldi

24 Oktyabr 2026 16:51see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri