Icma.az
close
up
RU
Region üçün böyük faciə Əliyevlə Tramp qarşısını belə aldı

Region üçün böyük faciə Əliyevlə Tramp qarşısını belə aldı

Icma.az, GlobalInfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycan Prezidenti İlham Əliyevin Səudiyyə Ərəbistanının “Əl-Ərəbiyyə” telekanalına son müsahibəsində ABŞ-Azərbaycan münasibətləri və xüsusilə “907-ci düzəliş”in yenidən tətbiqi ilə bağlı səsləndirdiyi fikirlər diqqət çəkib. Prezidentin fikirlərindən aydın olur ki, Vaşinqtonun Azərbaycana münasibətdə ikili standartlara əsaslanan siyasəti xüsusilə Bayden administrasiyası dövründə daha qabarıq şəkildə üzə çıxıb.

Globalinfo.az-a danışan siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Şəbnəm Həsənova deyib ki, son zamanlar Azərbaycan-ABŞ münasibətlərində diqqətçəkən yüksəliş müşahidə olunur:

“İki dövlət arasında böyük məsafə olsa da, liderlərin münasibətləri isti və səmimidir. Sosial şəbəkələrdə Azərbaycan və ABŞ dövlət başçılarının bir-birini dəstəkləməsi və səmimi paylaşımları mənfi tendensiyaların olduğu bir dövrdə diqqəti daha da çəkir.

Vaşinqton görüşü Əbu-Dabi görüşünün uğurlu davamı, Əbu-Dabi isə Vaşinqton görüşünün hazırlıq mərhələsi olub. Buna görə də Səudiyyə Ərəbistanının “Əl-Ərəbiyyə” telekanalına müsahibənin verilməsi və bu platforma vasitəsilə ABŞ Prezidenti Donald Trampın xüsusi vurğulanması təsadüfi deyil. Hər şey planlaşdırılmış şəkildə, Azərbaycan liderinin baxışına əsaslanır.

Həmçinin oxuyun:

İlham Əliyev “Əl-Ərəbiyyə” telekanalına müsahibə verdi – VİDEO

Şəbnəm Həsənova

Donald Tramp istər birinci prezidentliyi dövründə, istərsə də ikinci seçki kampaniyası zamanı açıq mövqe nümayiş etdirib. Bayden-Blinken administrasiyasından fərqli olaraq, kirli oyunlara getməyən, Qərb liderlərinin mənfi stereotiplərindən fərqli olaraq Afrikada, Asiyada və Cənubi Qafqazda sülhə nail olub, Nobel Sülh Mükafatına layiq liderdir. Azərbaycan Prezidenti də onun bu xüsusiyyətlərinə görə Trampın Nobel Sülh Mükafatına namizədliyini irəli sürüb. Bir tərəfdə müharibələrin davam etdiyi dövrdə, digər tərəfdə isə dünyaya saxtakarlıq üzərində qurulmuş dərs keçən sələflərindən fərqli olaraq, Tramp dünyaya sülh gətirmək istəyir. İlham Əliyev həm birinci, həm də ikinci prezidentlik dönəmlərində Trampı açıq şəkildə dəstəkləyib. Hər iki prezident oxşar taleyi yaşayıb – müxtəlif çətinliklər və böhtanlara məruz qalmalarına baxmayaraq, bunun qarşısını məharətlə alıblar”.

Politoloq “907-ci düzəliş”in Azərbaycana qarşı nankorluq olduğunu vurğulayıb:

“Azərbaycanın suyu, qurusu, yeri-göyü, yolu ancaq lazım olanda ABŞ-ın yadına düşürdü. Bu, yuxarıda qərar verənlərin yanaşması idi. Bayden Əfqanıstandan çıxdıqdan sonra Azərbaycan da unuduldu, yadına düşən yalnız sanksiyalar oldu. Məhz buna görə də əlaqələr tamamilə Azərbaycan tərəfindən kəsildi. ABŞ kimi supergüclə Cənubi Qafqaz kimi vacib bir regionda yeni reallıq yaradan Azərbaycan arasında əlaqələrin kəsilməsi faciə idi.

Bu gün Tramp tamamilə fərqli mövqe ortaya qoyur. Bu mövqe bədnam planlara deyil, xalqların rifahına xidmət edir. Dövlət başçımız onun ABŞ-a yenidən qüdrət qazandıracaq şəxs olduğuna əminliyini ifadə etdi. Bu baxımdan ən çətin situasiyalarda belə mətin davranan ABŞ liderinin Azərbaycan Prezidenti ilə dost münasibətləri xarici siyasətimiz qədər daxili siyasətimiz üçün də böyük uğurdur. Bir daha sübut olundu ki, cənab Prezident İlham Əliyev xarici siyasətimizin ölçü və meyarlarını, daxili siyasətimizin sərhədlərini Azərbaycanı aşan hüdudlarını zərgər dəqiqliyi ilə müəyyən edir”.

Turan Rzayev
Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:166
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 27 Avqust 2025 18:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see548

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see472

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see432

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see298

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see297

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see296

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see289

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see283

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see277

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see270

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see262

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see249

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see240

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see232

Azərbaycanda avtomobil bazarı kökündən dəyişəcək

01 Noyabr 2026 10:15see223

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see220

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see218

Azərbaycanda rayonların özünümaliyyələşdirmə dövrü başlayır

01 Noyabr 2026 11:03see211

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see195

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri