Icma.az
close
up
RU
Region yenidən çalxalanır İranın gizlətdiyi xəzinə vurula bilər

Region yenidən çalxalanır İranın gizlətdiyi xəzinə vurula bilər

Icma.az, GlobalInfo portalına istinadən məlumat verir.

ABŞ Prezidenti Donald Trampın son açıqlamaları İranla bağlı gərginliyin yenidən pik həddə çatdırıb. Hətta bəzi ekspertlər bunu yeni hərbi qarşıdurmanın anonsu kimi də qiymətləndirirlər. Belə ki, Ağ Ev rəhbəri açıq şəkildə Vaşinqtonun heç vaxt Tehranın nüvə silahına sahib olmasına imkan verməyəcəyini bəyan edib. Daha da irəli gedərək, İranın hələ də uranı zənginləşdirmək niyyətindən əl çəkmədiyini bildirib.

Sitat: “Onlar hələ də uranı zənginləşdirməkdən danışırlar. Bunu kim edər? Təzəlikcə dəhşətli bir vəziyyətdən çıxıblar, amma yenə deyirlər ki, davam etmək istəyirlər. Belə bir şey söyləmək üçün nə qədər axmaq olmaq lazımdır? Biz buna imkan verməyəcəyik”.

Bu bəyanatlar Vaşinqtonun Tehrana qarşı sərt kursunun davam edəcəyinə və diplomatik səylərin yerini yenidən hərbi təzyiqlərin ala biləcəyinə işarədir?

Globalinfo.az-a danışan Orta Doğu Araşdırmalar Mərkəzinin sədri, politoloq Sədrəddin Soltan bildirib ki, 12 günlük müharibədən sonra da ABŞ və İsrailin İrana qarşı hərbi zərbə endirmə ehtimalı aktualdır:

“Tehranla Vaşinqton və Təl-Əviv arasında atəşkəsə dair heç bir rəsmi sənəd imzalanmayıb. Tərəflər heç bir öhdəlik götürməyiblər. Buna görə də “kövrək atəşkəs rejimi” istənilən an pozula bilər. Hazırda atəşkəsin təşəbbüskarı və təminatçısı rəsmi Vaşinqton sayılır. Lakin ABŞ-ın qərarını ləğv etməsi mümkündür. Bunun baş verməməsi üçün İran nüvə proqramı ilə bağlı daha şəffaf və səmimi davranmalı, etimad yaratmalıdır”.

Həmçinin oxuyun:

Əraqçıya qarşı sui-qəsd planlaşdırılıbmış: “Evimin qarşısında öldürmək istədilər”

Sədrəddin Soltan

Politoloq qeyd edib ki, Tehran rejiminə beynəlxalq səviyyədə inam çox zəifdir:

“İranın açıqlamadığı, hazırda harada saxlandığı bəlli olmayan 400-dən çox zənginləşdirilmiş uran ehtiyatı əsas hədəflərdən biridir. Əgər Tehran bu məsələ ilə bağlı dəqiq məlumat verməsə və şəffaf davranmasa, ABŞ İranda müxtəlif strateji bölgələri gözaltı edə bilər. Məsələn, gizlədilmiş uran ehtiyatlarının Tehran, Xorasan, İsfahan, Şiraz və digər ərazilərdə aşkarlanması mümkündür. Bu ehtimal istisna deyil. Çünki ABŞ İranın nüvə proqramını tamamilə məhv etmək niyyətindədir”.

Sədrəddin Soltanın fikrincə, Ağ Ev bu məsələdə geri addım atmayacaq:

İran hakimiyyətinin bəyanatlarının çoxu daxili auditoriyaya hesablansa da, bu, həmçinin beynəlxalq ictimaiyyətə ünvanlanmış ismarıclar da sayılır. Nə üçün İran ərazisi bombalandı? Niyə yüksək rütbəli hərbçilər və atom fizikləri hədəf alındı? Bu sualların cavabı sadədir: məqsəd İranın nüvə proqramını sıradan çıxarmaqdır. Tehran isə bu təzyiqlərin qarşısını almaq üçün nüvə fəaliyyətini tamamilə dayandırmağa razılaşmalıdır. Əks halda, İrana qarşı hərbi zərbə ehtimalı daim gündəlikdə qalacaq”.

Safura Bənnayeva
Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:58
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 28 İyul 2025 15:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see362

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see289

Dəhşətli müharibənin astanasındayıq: ölkə sərhədlərini aşacaq Türk ekspert

28 Yanvar 2026 01:54see237

Yeni yaradılan Komando briqadasının komandiri kimdir? VİDEO

27 Yanvar 2026 05:37see237

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see197

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see197

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see181

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see179

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see178

Liverpul Qarabağ la oyunun hazırlığını başa vurdu FOTOLAR

27 Yanvar 2026 19:28see176

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see162

Pinqvin hekayəsi Azərbaycanda gəlirə çevrildi FOTO

27 Yanvar 2026 12:23see159

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see158

Əhalinin faktiki yaşayış yerinə əsaslanan məlumat bazası hazırlanır Zaur Əliyev

27 Yanvar 2026 10:58see157

“Qarabağ” “Enfild Roud”da Fotolar+Video

27 Yanvar 2026 22:58see149

İsrail İrana cavab zərbəsinə hazırlaşır

27 Yanvar 2026 13:54see149

Əvvəl bir birlərinə qədəh atırdılar, indi isə... VİDEO

27 Yanvar 2026 22:38see143

Mirəli Seyidov dünyasını dəyişdi

27 Yanvar 2026 15:05see142

“Xutor” və “Papanin”də sökülür...

27 Yanvar 2026 17:14see142

Əməkdar idman ustası və əməkdar məşqçi dünyasını dəyişdi

27 Yanvar 2026 15:35see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri