Icma.az
close
up
RU
İran çalxalanır: əgər parçalansa, azərbaycanlılar...

İran çalxalanır: əgər parçalansa, azərbaycanlılar...

Axar.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Ötən cümə günündən etibarən İranda etiraz dalğası başlayıb. Ölkədə milli valyutanın devalvasiyasına etiraz edən Tehran bazarının işçiləri tətilə çıxıblar. Etiraz dalğası küçələrə də yayılıb. Məlumata görə, polislərlə etirazçılar arasında çıxan toqquşmalarda ən azı 6 nəfər həyatını itirib, çox sayda yaralananlar var.

Axar.az xəbər verir ki, bu sözləri politoloq Heydər Oğuz qeyd edib.

O vurğulayıb ki, 29 dekabr 2025-ci il tarixində ABŞ Prezidenti Donald Tramp sosial şəbəkə hesabında nümayişçiləri dəstəkləyərək bildirib və “əgər İran əvvəllər olduğu kimi, yenə də zorakılıq tətbiq edərək dinc nümayişçiləri öldürərsə, Birləşmiş Ştatlar etitazçıların köməyinə gedəcək” yazıb:

“Trampın bu bəyanatından ilhamlanan İranın eks-şahzadəsi Rza Pəhləvi xalqı etiraz mitinqlərinə qoşulmağa, xarici dövlətləri isə ona dəstək verməyə çağırıb.

Trampın məlum paylaşımından dərhal sonra İranın ali dini liderinin baş müşaviri Əli Laricani ona cavab verərək bildirib: “ABŞ-ın İran etirazlarına müdaxiləsi bütün regionda xaosa səbəb olacaq”.

İran Prezidenti Məsud Pezeşkian da ABŞ Prezidenti Donald Trampın son təhdidlərinə cavab verib: “İranla düşmənçilik etdikləri üçün peşman olacaqlar”.

Bir sözlə, hadisələrin gedişatı göstərir ki, 2026-cı il İran üçün çətin keçəcək”.

Ekspert azərbaycanlıların bu prosesə yanaşmasına da münasibət bildirib:

“İran xalqını deyə bilmərəm, şəxsən mən buna sevinməyəcəyəm. Ona görə yox ki, İran, Pezeşkian əfəndinin dediyi kimi, İslam Respublikasıdır. Əksinə, islam İranın sadəcə adındadır. Ona qalsa, münaviqlərin də zahirən adları müsəlman idi, batinləri isə müşriklərdən betər olub. Adı İslam Respublikası olan İranın iç üzünü biz 44 günlük müharibədə gördük. İranın dini liderləri açıq şəkildə ermənidən daha betər erməni olduqlarını rəsmən təsdiqləyir, erməni maraqlarını özlərinin qırmızı cizgisi adlandırmaqdan utanmırdılar. Hətta ermənilərlə 1000 illik qardaş olduqlarını da gizlətmirdilər. Və yaxud islam pərdəsi altında Yaxın Şərq ölkələrində apardıqları məzhəb savaşları, yüzminlərlə müsəlmanın qətli ilə nəticələn avantüraları İranın nə qədər müsəlman dövlət olduğunu bir daha təsdiqləyir.

Biz ona görə İranın “qara günü”nü arzulamamalıyıq ki, əvvəla, özümüz müsəlmanıq. İçi başqa, üzü başqa olsa da, İranın sülh yoluyla islah olunmasını daha üstün tuturuq. İkinci ona görə ki, İranda islam niqablı rejimdən başqa, on milyonlarla müsəlman yaşayır. Hədisi-şəriflərdən birində deyildiyi kimi, “onların barmağına tikan batanda peyğəmbərimizin ürəyinə qılınc sancılır”. Biz də ən azı peyğəmbərimizin həssasiyyətini nəzərə alıb İranda qanlı dəyişim prosesini arzulamamalıyıq.

Üçüncüsü, İran bizim vətənimizin davamıdır. Güney Azərbaycan, Şərqi Azərbaycan, Ərdəbil, Zəncan və s. kimi vilayətlər bizim tarixi ərazilərimizdir. Ölkənin digər əraziləri isə bizim babalarımızın qanı bahasına vətənləşmiş torpaqlarımızdır. Təbii ki, qəlbində vətən eşqi olan heç bir kəs vətən torpaqlarının xarici müdaxilələrə məruz qalmasını istəməz.

Dördüncü ona görə ki, İran bizim böyümə, dünya dövlətinə çevrilmə idealımızdır. Müasir dünyada okeanlara çıxışı olmayan dövlətlərin böyümə potensialı yoxdur. Təkcə Azərbaycanın deyil, Mərkəzi Asiya (Türküstan) ölkələrinin də dünya dəniz ticarətinin hardasa yarısının keçdiyi Hind okeanına çıxışı yalnız İran üzərindəndir, əslində ABŞ və tərəfdarlarının həmin ölkəyə qarşı səlib savaşının əsas məqsədi də Türküstanı bu avantajlardan məhrum etməkdir.

Beşinci ona görə ki, İran “islam rejimi” türk dünyası arasında ayırıcı xətti məhz bu coğrafiya – Qərbi Azərbaycan adlanan ostanlıq üzərindən çəkib. Səddam Hüseyn dövründə İraqdan qaçan kürd separatçılarını Türkiyə ilə Qərbi Azərbaycan ostanlığı arasında məskunlaşdıraraq bufer zona yaradıb. ABŞ və İsrailin müdaxilələri ilə İran parçalanarsa, cənublu qardaşlarımızla “Pjak”, “Komala”, KDPI silahlıları arasında olduqca ağır qarşıdurmalar yaşanacaq. Minlərlə, bəlkə də on minlərlə soydaşımızın qanı axacaq. Hətta Suriyada və İraqda məskunlaşan kürd separatçılarını ABŞ-ın on illərdir silahlandırdığını nəzərə alsaq, cənublu qardaşlarımızın öz ana yurdlarını xilas etməsi xeyli uzun çəkəcək. Təbii ki, bu qanlı hesablaşmalara girsək, itirən təkcə separatçılar olmayacaq. Biz də xeyli qan itirəcək və sonunda isti dənizlərə qapısı bağlanmış, Çinlə Rusiya arasında bufer zonaya çevrilmiş vətən torpağı qazanacağıq. Qərb imperializmi və sionizmin maraqları naminə bu qədər avantajımızı itirməyə dəyərmi?

Altıncı ona görə ki, min il boyu eyni ərazidə mədəni mühitdə yaşamış İran xalqı bir-biriylə qaynayıb-qarışıb. Fərdləri müxtəlif etniklərdən formalaşan ortaq ailələr var. Parçalanmış İranda bu ailələrin durumu necə olacaq? Atası türk, anası kürd, gəlini fars və ya bəluc, ərəb olan ailələri necə ayıracağıq? Onlardan törəyənləri hansı millətə aid edəcəyik? Tehran kimi yarısı fars, yarısı türk olan şəhərlərin taleyi necə olacaq?

Bir sözlə, əsası minillik türk xaqanları, şahları tərəfindən qoyulan İran həm iqtisadi, həm də sosial, milli-mədəni mənsubiyyət baxımdan bütövləşmiş ölkədir. Onun farslardan çox biz türklərə aidiyyəti var. Bizim kimi kürdlərin də, bəlucların da, ərəblərin də bu ölkənin mədəni simasının formalaşmasında böyük xidmətləri olub. Məhz bu səbəbə görə də İranın parçalanmasına qarşıyam. İranda mədəni-demokratik islahatlar keçirilməli və hər kəs öz kimliyini qorumaq, verilmiş haqlardan bərabərcə yararlanmaq haqqına malik olmalıdır. Hesab edirəm ki, rejimin mahiyyətini dəyişdirərək İran daha sağlam və hər kəs üçün yararlı ölkəyə çevrilə bilər. Amma bu dəyişiklikləri də İrandakı rejim etməlidir. Hesab edirəm ki, İran rejimi bunu anlamayacaq qədər sadəlövh deyil və böyük qan gölünə çevrilmədən bəzi addımları indidən atmalıdır”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:141
embedMənbə:https://axar.az
archiveBu xəbər 02 Yanvar 2026 19:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ağdərədə minaya düşən gənc müalicəsini evdə davam etdirəcək

11 Sentyabr 2026 16:25see236

Keçmiş general Netanyahunun həyat yoldaşından 843 min dollar tələb edir

11 Sentyabr 2026 05:01see230

Süni kirpiklər gözlər üçün risk yaradır Araşdırma

11 Sentyabr 2026 17:03see221

Uşaqlarda qarın ağrısının adi və cərrahi səbəbləri

11 Sentyabr 2026 15:27see220

2026 2027 ci illərdə sosial şəbəkələrdə effektivliyin artırılması

11 Sentyabr 2026 12:49see218

Alimlər Teylor Sviftə gözlənilməz bir mükafat verdilər...

11 Sentyabr 2026 21:20see218

“Azəri Çıraq Günəşli” yataqlar blokunun ikinci həyatı

12 Sentyabr 2026 01:58see215

Bakıda 18 yaşlı qızın meyiti tapıldı

11 Sentyabr 2026 18:26see209

Məni ad günlərinə çağırmayın , deyən Röya onun doğum günündə (Fotolar)

11 Sentyabr 2026 17:12see209

PISA da “Sinqapur sindromu” Şəmil Sadiq yazır

11 Sentyabr 2026 01:22see198

Müəllim əməliyyatdan sonra öldü

11 Sentyabr 2026 09:12see192

Qızılın qiyməti ardıcıl üçüncü həftəni itkilərlə tamamlamağa hazırlaşır

11 Sentyabr 2026 21:28see191

Siqal Rusiyadakı 7 milyon dollarlıq malikanəsini satışdan çıxardı Səbəb təəccüblüdür

12 Sentyabr 2026 04:01see188

Daşqınların Nepal iqtisadiyyatına vurduğu ziyan açıqlandı

11 Sentyabr 2026 22:22see183

Qriqori Leps boşanarkən əmlak bölən kişiləri tənqid etdi

12 Sentyabr 2026 04:47see182

Sergey Bezrukov 5 min rublluq əsginasın içinə “həbs edildi”

12 Sentyabr 2026 03:34see181

Trampdan İran bəyanatı Qərarından peşman deyil

11 Sentyabr 2026 04:09see179

Payızda orqanizmə güc verən 3 MƏHSUL

11 Sentyabr 2026 04:56see176

Səhərlər qrip kimi oyanırsınız? Həkim AÇIQLADI

11 Sentyabr 2026 13:57see175

Kosta Rikanın 119 yaşlı sakini dünyanın ən yaşlı insanı kimi tanınmağa çalışır

11 Sentyabr 2026 00:04see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri