Icma.az
close
up
RU
“Həyatın mənası yaşla necə dəyişir? Yeni tədqiqat

“Həyatın mənası yaşla necə dəyişir? Yeni tədqiqat

Moderator.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"Həyatın mənası yaşla birgə formalaşır: gənclikdə axtarılır, ortada qurulur, qocalıqda paylaşılır..."

Məna nədir? Bu əbədi sual tarix boyu bəşəriyyəti düşündürüb. İndi isə alimlər buna elmi cavab təqdim edir: məna  donmuş, dəyişməz anlayış deyil, insanla birlikdə dəyişən, həyat boyu transformasiya olunan canlı bir prosesdir. 

Moderator.az xəbər verir ki, bu barədə "poisknews.ru" nəşri yazıb.

Rusiya Milli Tədqiqat Universitetinin Ali İqtisadiyyat Məktəbi alimlərinin apardığı yeni tədqiqat ilk dəfə açıq şəkildə göstərib ki, 20, 40, 60 və daha yuxarı yaşlarda insanlar "mənanı" tamamilə fərqli şəkildə dərk edirlər.

Unikal eksperiment çərçivəsində 18-dən 78 yaşadək iştirakçılardan "məna" sözünün onlarda hansı assosiasiyalar yaratdığını soruşublar. Cavablar təhlil edildikdə məlum olub ki, bu anlayışın məzmunu həyatın müxtəlif dövrlərində bir neçə aydın mərhələdən keçərək ciddi şəkildə dəyişir.

20 yaş - mənanın özü hələ yoldadır

Gənclik dövründə,  təxminən 18-dən 30 yaşların əvvəllərinə qədər "mən nə üçün yaşayıram?" sualı cavabdan çox bir kompas kimidir. İnsan bu dövrdə mənanı tapmır, onu qurur. Mərkəzdə "məqsəd",  "axtarış", "potensial", "mümkün həyat" dayanır. Gənclər üçün sevgi, dostluq, azadlıq, səyahət, kəşf etmək hissi mənanın özüdür. Maraqlıdır ki, bu yaşda iş məna ilə yox, vasitə ilə - pul qazanmaq, təcrübə toplamaq, daha maraqlı həyata keçid üçün "tramplin"lə əlaqələndirilir.

Bu mərhələ psixoloqların sözləri ilə desək, potensialın mərhələsidir - insan özünü sınağa çəkir: "Mən kiməm? Hara gedə bilərəm? Mənim üçün nə dəyərlidir?"

40 yaş - mənanın adı artıq məsuliyyətdir

Orta yaşa - təxminən 34-47 aralığına daxil olanda mənanın coğrafiyası dəyişir. O artıq uzaq gələcəkdə deyil, bu gün yaşanır. "Bir gün" yox, "indi"yə keçir. Gənclikdə ideal kimi səslənən "ailə" indi konkret insanlara - uşaqlara, həyat yoldaşına, yaşlanan valideynlərə çevrilir. İnsanın öz rolu daha aydınlaşır: "Artıq mən yalnız özüm üçün yaşamıram".

Bu mərhələdə iş sadəcə maaş mənbəyi yox, özünü təsdiq formasıdır. Uğurlu olmaq, faydalı olmaq, "öz yerində olmaq" - bunlar artıq mənanın mərkəzinə keçir. Həyat daha az romantik, lakin daha dərin olur. Çünki ideal yox, məsuliyyət artıq mənanın adıdır.

60 yaş - mənanın ölçüsü fayda ilə dəyişir

48 yaşdan sonra mənanın semantikası dəyişməyə başlayır. Artıq "mənim həyatımın mənası nədir?" sualı tədricən "mənim etdiklərimin mənası nədir?" sualına çevrilir. Bu, şəxsi axtarışdan dünyanı anlamağa və öz təcrübəsini ötürməyə keçid mərhələsidir.

60 yaşdan yuxarı isə ən güclü motiv "fayda vermək" olur. Mənalı həyat - kiməsə xeyir verən, bir iz buraxan həyatdır. Burada mənanın spektri daha sakit, lakin daha müdrikdir: "Yaşamaq üçün yox, faydalı olmaq üçün yaşamaq".

Psixoloqlar bu mərhələni transsendent mərhələ adlandırır - insan mənanı artıq yalnız öz həyatında yox, özündən sonra gələcəkdə görür: nəslin davamında, verdiyi məsləhətlərdə, yaratdığı dəyərlərdə.

Bu tədqiqat göstərir ki, biz mənanı itirmirik, onu sadəcə dəyişirik. 20 yaşda yön göstərən ulduz olan şey, 40-da dayaq sütununa, 60-da isə mayaka çevrilir. Deməli, "mən hələ cavab tapmamışam" deyən hər kəs əslində doğru yoldadır, çünki mənanın özü də bizimlə birlikdə böyüyür.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:485
embedMənbə:https://moderator.az
archiveBu xəbər 21 Oktyabr 2025 15:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see330

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see322

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see313

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see272

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see269

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see254

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see250

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see249

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see248

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see236

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see234

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see232

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see214

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see212

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see211

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see206

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see195

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see194

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see184

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri