Icma.az
close
up
RU
Regiona Sibir soyuqları gəlir: güclü qar yağacaq, şaxta olacaq Bu tarixdə

Regiona Sibir soyuqları gəlir: güclü qar yağacaq, şaxta olacaq Bu tarixdə

GlobalInfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Yaxın günlərdə regiona dəhşətli şaxtaların daxil olacağı bildirilir. Türkiyə sinoptiklərinin məlumatına görə, 25 yanvardan sonra və fevral ayı bütövlükdə Sibir üzərindən gələcək güclü, uzunmüddətli soyuq hava şəraiti ilə müşayiət olunacaq. Hətta uzun illərdir qara həsrət qalan bölgələrdə belə qar yağacağı ehtimal olunur. Mütəxəssislər bəzi ərazilərdə qar yağışının rekord səviyyələrə çata biləcəyini istisna etmirlər.

Bu cür soyuq hava kütlələrinin regiona təsiri necə olacaq? Sibir soyuğu necə izah olunur? Bunu iqlim dəyişməsi, yoxsa həmin aylar üçün normal hal kimi dəyərləndirmək olar?

Globalinfo.az-a danışan ekoloq Cəmşid Bəxtiyar deyib ki, yanvarın sonlarından etibarən regionda havanın soyuq keçəcəyi proqnozlaşdırılır:

“Sibir soyuğu” ifadəsi bu kontekstdə obrazlı məna daşıyır. Belə ki, Sibir bölgəsində iqlim daha sərt xarakter daşıyır, temperatur bəzən –30, –40, hətta –50°C-dən aşağı düşür. Orada iqlim daha quru olduğuna görə bu cür şaxtalar insanlara bizim regiondakı qədər sərt təsir göstərmir. Azərbaycanda isə rütubətlilik daha yüksək olduğundan mənfi temperatur daha kəskin hiss olunur. Bu baxımdan “Sibir soyuğu” ifadəsi adətən normadan xeyli aşağı temperaturun gözlənildiyini göstərir. Sibir soyuqları Avrasiya qitəsinin şimal-şərqindən daxil olan çox soyuq və quru hava kütlələri ilə bağlıdır. Əsas səbəb Sibir bölgəsində qış aylarında formalaşan güclü yüksək təzyiqli Sibir antisiklonudur”.

Ekoloq bildirib ki, bu antisiklonun birbaşa regionumuza gəlməsi gözlənilmir, lakin bölgənin özünəməxsus atmosfer prosesləri də kəskin soyuma ilə nəticələnə bilər:

“Belə soyuq hava kütlələrinin təsiri temperaturun kəskin enməsi, bəzi ərazilərdə güclü şaxtaların müşahidə olunması ilə müşayiət oluna bilər. Yağıntıların yağış və qar şəklində düşməsi, şimal-şərq küləklərinin güclənməsi və effektiv soyuqluq hissinin artması da mümkündür. Bu şəraitdə yol səthinin buz bağlaması, infrastruktur problemləri və kənd təsərrüfatına mənfi təsirlər yarana bilər. Ona görə də aidiyyəti qurumlar sürücülərə və kənd təsərrüfatı ilə məşğul olan şəxslərə qabaqlayıcı xəbərdarlıqlar verməlidir”.

Ekspert qeyd edib ki, Azərbaycanda bu tip soyuq hava kütlələrinin təsiri meteoroloji baxımdan nadir hadisə deyil:

“Xüsusilə dağlıq ərazilərdə qış aylarında belə şərait mütəmadi müşahidə olunur. Hava – qısa müddətli atmosfer hadisələrini ifadə edir, iqlim -uzunmüddətli orta hava şəraitini xarakterizə edir. Müəyyən ərazi üçün xarakterik olan və uzun illər (təxminən 30 il və daha çox) təkrarlanan hava xüsusiyyətləri iqlim hesab olunur. Sibir soyuğunun qış aylarında müəyyən dövrlərdə regiona təsir göstərməsi normal meteoroloji prosesdir. Qış mövsümündə şimaldan soyuq hava kütlələrinin Avrasiya qitəsinə daxil olması tez-tez müşahidə edilir. Lakin bu hadisələrin tezliyi və intensivliyi iqlim dəyişikliyindən təsirlənə bilər. Nəticə etibarilə, yanvar-fevral aylarında Sibir mənşəli soyuq hava dalğalarının müşahidə olunması normal qış hadisəsi sayılır. Lakin bu hadisələrin intensivliyi və tezliyi iqlim dəyişikliyi fonunda dəyişə bilər”.

Ləman İmran
Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:37
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 24 Yanvar 2026 06:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see278

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see258

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see232

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see207

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see199

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see177

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see174

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see169

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see162

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see162

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see156

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see148

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see148

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see145

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see145

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see144

İranda ŞOK hadisə Öldü bilinən ağır yaralı plastik torbada 3 gün sağ qaldı

22 Yanvar 2026 17:55see143

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see142

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see141

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri