Yeni ilin ilk günü regiona qar yağacaq, şaxta olacaq Bizi nə gözləyir?
GlobalInfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Türkiyəyə Rusiyadan Arktika hava kütləsi daxil olacaq.
Globalinfo.az xəbər verir ki, bununla bağlı ölkənin Meteorologiya Baş İdarəsi xəbərdarlıq edib.
Bildirilib ki, bütün bölgələrdə temperatur 10 dərəcəyə qədər düşəcək:
“Rusiyadan gələn Arktika soyuq hava kütləsi ölkəyə təsir edəcək, 1 yanvarda İstanbulda qar yağacaq. Ümumiyyətlə, yağıntılar yağış və leysan şəklində olacaq, daha sonra qara çevriləcək. Hava temperaturunun ölkə daxilində, xüsusən də şimal, mərkəzi və şərq bölgələrində əhəmiyyətli dərəcədə (4-10 dərəcə) azalacağı gözlənilir”.
Əlavə edilib ki, yanvarın 1-də təkcə İstanbulda deyil, Ankara da daxil olmaqla ölkənin böyük bir hissəsində qar yağacaq.
Paralel olaraq, “Phobos” hava mərkəzinin baş mütəxəssisi Yevgeni deyib ki, Yeni il gecəsi Moskvada şaxta hiss ediləcək, qarın qalınlığı 10-15 sm arasında olacaq.
“Moskva 2026-cı ilə 10-15 santimetrə qədər qar örtüyü ilə girəcək və yanvarın ilk ongünlüyündə qar yığınları 18 santimetrə çatacaq”.
Həmçinin bildirilir ki, Rusiyadan gələn soyuq hava kütlələri Türkiyədə qara və temperaturun kəskin düşməsinə səbəb olsa da, Azərbaycana bu qədər güclü arktik soyuq hava birbaşa daxil olmaya bilər. Buna baxmayaraq, ölkə ərazisində dağlıq və bəzi rayonda qar yağacağı proqnoz edilir.
Günel Cəlil
Globalinfo.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:24
Bu xəbər 26 Dekabr 2025 11:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















