Icma.az
close
up
RU
Regional gücdən qlobal vasitəçiyə: Bakı Ankara ilə Təl Əviv arasında körpü rolunda ANALİZ

Regional gücdən qlobal vasitəçiyə: Bakı Ankara ilə Təl Əviv arasında körpü rolunda ANALİZ

Icma.az, Sherg.az portalına istinadən məlumatı açıqlayır.

Elçin Mirzəbəyli: İsrail və Türkiyə arasındakı müəyyən münasibətlərin tənzimlənməsində Azərbaycanın oynadığı əsas rol, hər iki ölkənin Azərbaycana və onun liderinə olan münasibəti, yüksək etimadın göstəricisi kimi qiymətləndirilməlidir


2023-cü ildə Qarabağı separatçılardan azad etdikdən sonra artan beynəlxalq nüfuzu fonunda Azərbaycan, Suriya ətrafında Türkiyə və İsrail arasında gərginliyi azaltmaq üçün diplomatik vasitəçiliyə başlayıb. “Times of Israel” yazır ki, İsrail cənub Suriya sərhədində, Türkiyə isə şimalda hərbi mövcudluq nümayiş etdirir. Hər iki ölkə Azərbaycan vasitəsilə qaynar xətt yaradılmasına razılıq verib. Nəşr həmçinin qeyd edir ki, Bakı Türkiyənin yaxın müttəfiqi olmaqla yanaşı, İsraillə də neft və silah ticarətinə əsaslanan yaxşı münasibətlərə malikdir. Azərbaycan Suriyanın yeni rəhbərliyi ilə təmaslar quraraq, Ankara ilə Təl-Əviv arasında texniki səviyyədə əlaqələrin qurulmasına şərait yaradır. 

Bu cür diplomatik vasitəçilik Azərbaycanın artan beynəlxalq nüfuzunun və balanslı xarici siyasət kursunun bariz göstəricisidir. Əvvəllər yalnız regional aktor kimi görünən Bakı, indi daha mürəkkəb beynəlxalq məsələlərdə də tərəfləri bir araya gətirən vasitəçi rolunu oynayır. Bu həm də Azərbaycanın neytrallığa əsaslanan müstəqil siyasətinin və etibarlı tərəfdaş obrazının formalaşdığını göstərir. İsrail və Türkiyə kimi ortaq nöqtələri az olan dövlətlərin belə Bakının təşəbbüsünə açıq olması, Azərbaycanın Cənubi Qafqazdan kənarda da sülhə töhfə verməyə hazır olduğunu sübut edir. 


Milli Məclisin deputatı Elçin Mirzəbəyli Sherg.az-a söyləyib ki, Türkiyə-Azərbaycan münasibətləri dərin tarixi köklərə, ortaq mədəniyyətə, etnik və milli kimliyə, genetik yaddaşa söykənir:


“Təbii ki, bu möhkəm təməllərlə yanaşı, iki qardaş ölkə arasında bu günə qədər əlaqələrin yüksək səviyyədə inkişaf etməsi və siyasi liderlərin bu istiqamətdə atdıqları addımlar nəticə etibarilə Azərbaycan-Türkiyə münasibətlərini tarixdə görünməyən sarsılmaz birliyə çevirib. Bununla yanaşı, İsrail və Azərbaycanın tərəfdaş münasibətləri var. Məlum olduğu kimi, İsrail Azərbaycanın haqq işinə dəstək verən ölkələrdən sayılır. Azərbaycanla İsrail arasında bir çox sahələr, o cümlədən hərbi üzrə uzun illərdir davam edən əməkdaşlıq mövcuddur. Eyni zamanda Azərbaycanda tarix boyu yahudilər yaşayır. Yahudi icmasına münasibətdə azərbaycanlıların və ölkəmizdə yaşayan digər milli azlıqların nümayiş etdirdiyi tolerant münasibət Azərbaycan-İsrail münasibətlərinin də qarşılıqlı inkişafına öz töhfəsini verir. Şübhəsiz ki, Azərbaycanın əldə etdiyi qələbə ölkəmizin beynəlxalq müstəvidəki nüfuzunu daha da möhkəmləndirir. Lakin bu yalnız qələbənin özü ilə bağlı olan amil deyil. Bizə bu qələbəni qazandıran, separatizmin kökünü kəsən və separatizmi ölkəmizin ərazilərində qoruyub saxlamağa çalışan müxtəlif güclərin apardıqları sərt kampaniyaların qarşısında dayana bilən də, milli maraqlarımızı sonadək qətiyyətlə müdafiə edən məhz Azərbaycanın lideridir. Bu gün Azərbaycanın dövlət olaraq gücündən danışarkən, ilk növbədə bu siyasəti müəyyənləşdirən liderin nüfuzunu qeyd etməliyik. Məhz bu liderlik, yüksək idarəçilik bacarığı nəticə etibarilə Azərbaycanın beynəlxalq mövqelərini gücləndirib”.


Parlamentari qeyd edib ki, ölkəmiz ərazi və əhali baxımından, eləcə də resurslar nöqteyi-nəzərindən bir sıra dövlətlərlə müqayisədə kiçik olsa da, geniş bir regionda orta güc faktoru kimi tanınır:

“Bu da beynəlxalq müstəvidə dəyərləndirilən mühüm göstəricilərdən biridir. Bununla yanaşı, ölkəmizin sülhün təşviqi, müxtəlif qüvvələr arasında münasibətlərin tənzimlənməsi istiqamətində nümayiş etdirdiyi prinsipial mövqe, qlobal səviyyədə ayrı-ayrı xalqların hüquqlarının müdafiəsinə yönəlmiş siyasəti Azərbaycanın mövqeyini gücləndirən əsas amillərdən biridir. Azərbaycan qlobal səviyyədə təşəbbüskar bir ölkədir və bütün imkanlardan istifadə edərək beynəlxalq müstəvidə haqqın, ədalətin qorunub saxlanması üçün səylərini yalnız sözlə deyil, praktiki müstəvidə də göstərir.

Bu kontekstdə İsrail və Türkiyə arasındakı müəyyən münasibətlərin tənzimlənməsində Azərbaycanın oynadığı əsas rol, hər iki ölkənin Azərbaycana və onun liderinə olan münasibəti, yüksək etimadın göstəricisi kimi qiymətləndirilməlidir. Qeyd edilməlidir ki, olduqca həssas bir bölgədə və məsələdə faktiki olaraq qarşı-qarşıya dayanan və baxış bucaqları fərqli olan iki dövlətin ən azı “qırmızı xətlər”ini müəyyənləşdirmək istiqamətində Azərbaycanın yaratdığı platforma, bir tərəfdən ölkəmizin nüfuzunun nə qədər yüksək olduğunu göstərir, digər tərəfdən isə Azərbaycan diplomatiyasının və xarici siyasətinin nə qədər çevik, sistemli, ardıcıl olduğunu sübut edir”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:95
embedMənbə:https://sherg.az
archiveBu xəbər 03 İyun 2025 16:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Baş katib Azər Allahverənov Azərbaycan və Türkiyə QHT nümayəndələri ilə görüşüb

26 Yanvar 2026 12:05see279

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see252

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see222

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see207

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see204

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see199

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see193

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see180

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see175

ABŞ in vitse prezidenti Cənubi Qafqaza nəyə gəlir?

26 Yanvar 2026 13:27see173

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see161

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see160

Agentlik 8 ölkədən jurnalist və blogerləri Azərbaycana gətirmək istəyir

25 Yanvar 2026 21:16see158

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see155

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see153

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see146

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see146

Sahibə Qafarova Əli bin Saleh Al Salehlə görüşüb YENİLƏNİB

25 Yanvar 2026 20:10see145

Cazibədar aparıcı görün kimin qızı imiş FOTO

26 Yanvar 2026 04:44see144

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri