Icma.az
close
up
RU
Regional inkişafa güclü dəstək

Regional inkişafa güclü dəstək

Yeniazerbaycan saytına istinadən Icma.az xəbər verir.

Son illərdə Azərbaycanda iqtisadiyyatın mühüm istiqamətlərindən birini təşkil edən aqrar sektorda davamlı olaraq uğurlar əldə olunur. Belə ki, innovativ yanaşmaların tətbiqi yolu ilə mövcud əkin sahələrindən səmərəli istifadə olunması sayəsində istehsal genişənir, yerli məhsullarla özünütəminat səviyyəsi yüksəlir, məhsullarımız milli brend altında beynəlxalq sərgilərdə uğurla təmsil olunur.

O cümlədən regionlarda özəl sahibkarlıq subyektləri tərəfindən dövlət dəstəyi ilə yeni təsərrüfatların yaradılması geniş vüsət alıb. Elə bu günlərdə Prezident İlham Əliyev Qusar rayonunda “İsmikhanlı” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) bağçılıq və soyuducu anbar kompleksi ilə tanış olub. Verilən məlumata görə, cəmiyyət tərəfindən Qusarda 330, Ağsuda isə 30 hektar ərazidə ən son texnologiyalar əsasında intensiv bağlar salınıb. Hazırda burada 230 hektar sahədə alma, 35 hektarda armud, 26 hektarda şaftalı, 21 hektarda nektarin, 18 hektarda isə gilas ağacları əkilib.

Aqrar sektorda yeni yanaşmaların tətbiqi

Ölkəmizdə belə müasir təsərrüfatların yaradılmasını bir sıra nöqteyi-nəzərdən dəyərləndirmək mümkündür. Bu sırada aşağıdakı mühüm amilləri xüsusi qeyd edə bilərik:

-Regional inkişafın diqqət mərkəzində saxlanılması,

-Aqrar sahədə inkişafın sürətləndirilməsi,

-Kənd təsərrüfatı məhsullarına olan daxili təlabatın yerli istehsal hesabına ödənilməsi,

-Ölkənin ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsi,        

-İxracyönümlü məhsulların istehsalının artırılması,

-Kiçik və orta sahibkarlığın inkişafı və s.

Yeni yanaşmaların tətbiqi yolu ilə müasir iri təsərrüfatların yaradıması regionalarda iqtisadi aktivliyin artmasına gücü təkan verməklə yanaşı, aqrar sektorda məhsuldarlığa da müsbət təsir göstərir. Ölkəmizdə müasir iri təsərrüfatların yaradılması təşəbbüsü zamanında Prezident İlham Əliyevdən gəlib. Dövlətimizin başçısının qətiyyətli siyasi iradəsi əsasında regionlarda müasir infrastrukturun qurulması, o cümlədən enerji təminatının gücləndirlməsi, nəhəng su anbarlarının inşası, yeni yolların çəkilməsi iri təsərrüfatların yaradılması üçün münbit zəmin frmalaşdırıb. İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyindən (İZİA) 2024-cü ilin yekunları üzrə verilən məlumata əsasən, respublikamızda 2-si dövlət, 22-si özəl olmaqla ümumilikdə 24 aqropark qeydiyyata alınıb. 22 rayon üzrə 66,3 min ha ərazidə yerləşən bu aqroparklardan 23-ü fəaliyyətə başlayıb, 1 aqroparkda isə tikinti-quraşdırma işləri aparılır. Aqroparklardan 6-sı heyvandarlıq, 6-sı meyvəçilik, 11-i əkinçilik, 1-i isə çeşidləmə, qablaşdırma və logistika üzrə ixtisaslaşıb. Aqroparkların ümumi layihə dəyəri 1,1 mlrd. manat təşkil edir ki, bunun da faktiki olaraq 0,9 mlrd. manatı özəl investisiya şəklində layihələrin reallaşdırılmasına yatırılıb. Qeydiyyata alınan aqroparklarda 3720 nəfər daimi işlə təmin edilib, 4878 nəfər isə mövsümi işlərə cəlb olunub. Növbəti mərhələdə əlavə olaraq 1600-dən çox daimi iş yerinin yaradılması nəzərdə tutulur.

Regionlarda özəl bölmənin maliyyə təminatı gücləndirilir

Qusar rayonunda “İsmikhanlı” Məhdud Məsuliyyətli Cəmiyyətinin bağçılıq və soyuducu anbar kompleksinin yaradılması ökəmizdə özəl sektorun dəstəklənməsinə əyani nümunədir. Məlum olduğu kimi, son iyrimi ildən artıq müddətdə Prezident İlham Əliyevin imzaladığı sənədlər əsasında bilavasitə respublikamızda sahibkarlıq mühitinin daha da optimallaşdırlmasını hədəfləyən islahatlar aparılıb. Bunun da nəticəsində bütün respublika üzrə sahibkarlıq subyektlərinin sayı əhəmiyyətli dərəcədə artıb.

Həmçinin sahibkarların aqrar sektorda reallaşdırdıqları layihələrə güclü şəkildə dəstək verilir. 2003-2023-ci illər ərzində Sahibkarlığın İnkişafı Fondu tərəfindən sahibkarlıq subyektlərinə 3 milyard manata yaxın güzəştli kredit verilib. Bu layihələr hesabına 200 minə yaxın yeni iş yerinin açılması imkanı yaranıb. Ötən il güzəştli kreditlərdən bəhrələnən sahibkarların sayı 2023-cü illə müqayisədə 74,7 faiz artaraq 5722-yə çatıb. İl ərzində SİF tərəfindən verilən güzəştli kreditərin məbləği isə 28 faiz artaraq 248,1 milyon manat təşkil edib.

SİF-in investisiya portfelində aqrar sektorun payı daha çoxdur. İqtisadiyyat Nazirliyinin məlumatına əsasən, ayrılan vəsaitlərin 53,3 faizi kənd təsərrüfatı məhsullarının istehsalına yönəldilib. Eyni zamanda, cari ilin əvvəlinədək ölkə üzrə aqroparkların yaradılması və ya fəaliyyətlərinin genişləndirilməsi məqsədilə 158,9 milyon manat dövlət dəstəyi göstərilib. Sahibkarlığın İnkişafı Fondu tərəfindən 16 aqroparkın yaradılmasına 142,4 milyon manat güzəştli kredit ayrılıb. İnvestisiya təşviqi sənədi almış 17 aqropark isə texnika, texnoloji avadanlıqlar və qurğuların idxalına görə 16,5 milyon manat dəyərində güzəşt əldə edib.

Ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsi diqqət mərkəzində

Hazırda dünyada müşahidə edilən geosiyasi və geoiqtisadi reallıqlar fonunda ölkələrin ərzaq təhlükəsizliyi milli təhlükəsizliyin əsas komponentlərindən biri qismində çıxış edir. BMT iqlim dəyişmələrinin, arealı genişlənən müharibələrin qlobal ərzaq təhlükəsizliyinə ciddi təhdidlər yaratdığı barədə həyəcan təbili çalır.

Azərbaycan dünyadakı reallıqları nəzərə almaqla özünütəminat səviyyəsinin yüksəldilməsini diqqət mərkəzində saxlayır. Son illərdə daxili istehsalın qorunması, regionlarda yetişdirlən məhsulların satış bazarlarına çıxarılmasının asanlaşdırılması istiqamətində zəruri tədbirlər görülüb. Bütövlükdə, 2024-cü ildə Azərbaycanda ərzaq təhlükəsizliyinin təmin edilməsi ilə bağlı tədbirlərin maliyyələşdirilməsi üçün 487,4 milyon manat vəsait ayrılıb. Aqrar sahədə dövlət büdcəsinin vəsaiti hesabına məhsul istehsalçılarına subsidiyaların verilməsi və digər güzəştlərin tətbiqi davam etdirilir.

Hazırda ölkə üzrə ərzaq məhsullarının istehsalında iri təsərrüfatların rolu artmaqdadır. İZİA-dan verilən məlumata görə 2024-cü ildə aqroparklarda istehsal olunmuş kənd təsərrüfatı məhsullarının ümumi dəyəri 150 milyon manat təşkil edib. Heyvandarlıq üzrə ixtisaslaşmış 6 aqroparkda 32,4 min ton süd və 1,3 min ton ət istehsal olunub.

Mübariz ABDULLAYEV

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:160
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 02 May 2025 10:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Salam və bəli deyil telefon zənginə necə cavab vermək olar

20 Avqust 2026 14:26see329

Sabah la Bakıdakı matçda yaxşı oyun göstərmək istəyirik

20 Avqust 2026 01:46see312

MİDA komplekslərdən çəkilir? Sakinlərdən NARAZILIQ

20 Avqust 2026 15:48see297

ABŞ nin dövlət borcu rekord həddə çatıb

20 Avqust 2026 03:24see275

UEFA Konfrans Liqası pley off mərhələsi: Qarabağ səfərdə Tvente ni məğlub edib

20 Avqust 2026 23:59see268

92 yaşlı Hollivud əfsanəsi illər sonra kameralar qarşısına keçdi

20 Avqust 2026 02:24see255

Uşağınız bu sözləri tez tez deyirsə, DİQQƏTLİ OLUN

20 Avqust 2026 06:52see206

Valdas Dambrauskas: “Biz oyunu itirdik, rəqib yüksək səviyyəli komandadır” VİDEO

20 Avqust 2026 05:29see200

İsveçrənin Alp dağlarında milyarderlərin pullarını qorumaq üçün gizli saxlanc yerləri tikilir

21 Avqust 2026 07:56see188

Məmməd Musayevin qardaşı oğlunun şirkəti fəaliyyətini dayandırdı KONKRET

21 Avqust 2026 11:00see179

2027 ci ildə ikon statusu qazanacağı gözlənilən 8 vintaj çanta (FOTO)

20 Avqust 2026 19:04see175

Qarabağ Niderlandda Tvente ni məğlub etdi

20 Avqust 2026 23:55see173

“TikTok” şəxsi mesajlar vasitəsilə pul köçürmələrinə başlaya bilər

20 Avqust 2026 07:42see172

Robotlar artıq insan kimi işləməyə başlayır

20 Avqust 2026 03:32see170

OpenAI 2027 ci ildə birjaya çıxmağı planlaşdırır

20 Avqust 2026 03:04see163

Sibel Canın son halı diqqət çəkdi (Video)

20 Avqust 2026 06:06see158

UEFA Konfrans Liqası: Qarabağ Tvente yə qarşı

20 Avqust 2026 08:45see144

44 illik sevgilisi ilə 141 milyonluq mirasa görə evlənəcək Fotolar

20 Avqust 2026 05:49see143

Pensiya yaşı ilə bağlı SON DƏQİQƏ İxtisara düşsəniz...

21 Avqust 2026 06:07see142

Süni intellektin yeni dövrü üçün vacib olan beş metal müəyyən edilib

20 Avqust 2026 21:49see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri