Türkiyə, Azərbaycan və Ermənistan nəqliyyat nazirlərinin üçtərəfli görüşü üçün şərt açıqlanıb
Apa.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Azərbaycan razılıq verərsə, Türkiyə, Azərbaycan və Ermənistan nəqliyyat nazirlərinin üçtərəfli görüşü təşkil edilə bilər.
Bu barədə Türkiyə nəqliyyat və infrastruktur naziri Abdülkadir Uraloğlu APA-nın Türkiyə bürosuna açıqlamasında bildirib.
Abdülkadir Uraloğlu vurğulayıb ki, üçtərəfli görüşün keçirilməsi tamamilə Azərbaycanın mövqeyindən asılıdır: “Biz Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevlə tez-tez görüşürük. Ermənistanın nəqliyyat naziri ilə də bir neçə dəfə görüşlərimiz olub. Üçtərəfli görüşün keçirilməsi yalnız Azərbaycanın razılığı ilə mümkündür. Razılıq olarsa, biz buna tam hazırıq, çünki Azərbaycanın mövqeyi bizim üçün böyük əhəmiyyət daşıyır”.
Nazir əlavə edib ki, Zəngəzur dəhlizi üçün hazırlıqlar yüksək səviyyədədir və Azərbaycanla kifayət qədər koordinasiyalı iş aparılıb:
“Sülh prosesi tam şəkildə həyata keçdikdən sonra nə etməli olduğumuzu əvvəlcədən planlaşdırmışıq. Bütün hazırlıqlarımız var. Keçmişdə birgə həyata keçirdiyimiz kifayət qədər layihələr mövcuddur, buna görə də onları yenidən həyata keçirməyə ehtiyac qalmayacaq”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:75
Bu xəbər 09 Noyabr 2025 11:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















