Regional nəqliyyat dəhlizləri davamlı inkişafın əsasını təşkil edir
525.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Regional nəqliyyat dəhlizləri sadəcə ticarət yolları deyil, eyni zamanda iqtisadi rifah, davamlı inkişaf və uzunmüddətli sülhün əsasını təşkil edir.
525.az xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev "X" sosial şəbəkəsində hesabında bildirib.
"Mərkəzi Asiya, Cənubi Qafqaz və Qara Dəniz regionlarının nəqliyyat nazirlərinin görüşündə iştirak etdik. Dəmir yolları, limanlar və yollar da daxil olmaqla fiziki infrastrukturun modernləşdirilməsi, gömrük prosedurlarının sadələşdirilməsi və rəqəmsal infrastrukturun inkişafının prioritetimiz olduğunu diqqətə çatdırdıq", - deyə nazir qeyd edib.
R.Nəbiyev həmçinin Azərbaycanın Avropa İttifaqı ilə tərəfdaşlıq çərçivəsində regionun daha dayanıqlı, rəqabətqabiliyyətli və əlaqəli olmasını təmin etməyi hədəflədiyini vurğulayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:71
Bu xəbər 27 Noyabr 2025 13:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















