Icma.az
close
up
RU
Menu

Azərbaycan təhsilində inqilab: Müəllimləri və şagirdləri gözləyən yeniliklə bağlı AÇIQLAMA

İran İsrail gərginliyi artır: Birbaşa qarşıdurma riski nə qədər realdır? ŞƏRH

Sumqayıt qatarı qəza törədib, ölən var

TƏBİB in yeni mətbuat katibi Zara İbrahimzadə kimdir?

9% gəlirlilik: Dövlət şirkətinin dollar istiqrazları ticarətə buraxılır

bp nin regional prezidenti: Azərbaycan qarşıdakı onilliklərdə dünya səviyyəli enerji qovşağına çevrilə bilər

“13 həftə, 13 avtomobil” kampaniyasına start verildi VİDEO

Azərbaycanlı biznesmen çətin sınaq qarşısında milyardlarını itirə bilər

ABŞ məxfi hesabat hazırlayacaq TRAMP İMZALADI

72 kilo arıqlayan məşhur aktrisanın son görüntüsü gündəm oldu

Məktəblərdə telefon və ağıllı saatlar qadağan ediləcək

Şəfa nı çempionluğa daşıyan Kərəmli bölgə klubunda? Dəqiqləşdi

Biləsuvarda ölümlə nəticələnən yol qəzası baş verib

Xocalıdakı “Qarabağ Tekstil Evi”ndə çalışacaq şəxslər üçün peşə kursları başlayıb

Onlardan söz qoparmaq qeyri mümkündür

Orta Dəhliz və Azərbaycanın yeni iqtisadi hədəfləri

“Qərbi Azərbaycana qayıdış ideyası revanşizm deyil, tarixi ədalət çağırışıdır” Elçin Babayev

Makronun xanımının cinsiyyəti ilə bağlı yeni FAKTLAR üzə çıxdı!

“Rheinmetall” silah şirkəti ilə Rumıniya arasında 5,7 milyard avroluq müqavilələr imzalanıb

ABŞ Dövlət katibi Mərkəzi Asiya ölkələrinə səfər edəcək

Davamlı regional inkişafın gözəl nümunəsi

Davamlı regional inkişafın gözəl nümunəsi

Yeniazerbaycan portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Azərbaycanın timsalında regional inkişafın gözəl nümunəsini izləmək mümkündür. Son iyirimi ildən artıq müddətdə Prezident İlham Əliyevin imzaladığı sərəncamlar əsasında qəbul olunan regionların sosial-iqtisadi inkişafına dair müvafiq dövlət proqramlarının uğurlu icrası çərçivəsində reallaşdırılan layihələr sayəsində ölkənin bütün bölgələrində yeni reallıqlar yaranıb. Qürurverici haldır ki, hazırda əksər regionlarla paytaxt Bakı və digər iri şəhərlər arasında müxtəlif parametrlər baxımından fərq aradan qalxıb.  Böyük həcmlərdə dövlət investisiya qoyuluşu hesabına yaradılan müasir infrastruktur, sənaye müəssisələri, aqroparklar bölgələrimizdə qeyri-neft sektorunun, özəl bölmənin inkişafına güclü stimul verməklə yanaşı, yerli sakinlərin biznesə qoşulmalarını, əmək bazarına çıxışlarını əhəmiyyyətli dərəcədə asanlaşdırır ki, bu da son nəticədə  bütün ölkə üzrə yüksək vətəndaş məmnunluğunu təmin edir. Bu günlərdə Prezident İlham Əliyev  regionlara növbəti səfəri çərçivəsində Gəncə şəhərində və Yevlax rayonunda daha bir neçə müasir infrastruktur obyektinin açılışına qatılıb və Özünün dəyərli tövsiyələrini verib.

Bölgələrdə müasir idman infrastrukturu yaradılır

Müasir dövlət kimi inkişaf edən Azərbaycanda bütün ölkə üzrə idmanın kütləviliyinə nail olunması hədəflənib. Bu məqsədlə 2004-cü ildən bəri respublikamızda 50-yə yaxın olimpiya-idman kompleksi tikilərək istifadəyə verilib. Bu idman komplekslərində bir qayda olaraq yeniyetmələrin və gənclərin idmanın müxtəlif növləri ilə məşğul olmaları üçün hər cür şərait yaradılır. Daha bir belə yüksəksəviyyəli idman obyekti Yevlaxda istifadəyə verilib. Prezidenti İlham Əliyev sentyabrın 27-də Yevlax Olimpiya İdman Kompleksinin açılışında iştirak edib.

Gənclər və idman naziri Fərid Qayıbov dövlətimizin başçısına kompleksdə yaradılan şərait barədə məlumat verib. Bildirilib ki, tikintisinə 2024-cü ildə başlanılan kompleksin ərazisi 5,8 hektardır. Burada açıq havada idman meydançaları, stadion, 1100 tamaşaçı yerlik universal idman, güləş, cüdo, bədii gimnastika, boks, kikboksinq, taekvondo, karate, fitnes və trenajor zalları, üzgüçülük hovuzu yaradılıb. Bunlardan başqa, kompleksdə iclas zalı, kafe, hakim, məşqçilər, həkim, şərhçilər üçün otaqlar, restoran, 42 yerlik mehmanxana binası da fəaliyyət göstərəcək.

Azərbaycanın bu günlərdə ev sahibliyi etdiyi Müstəqil Dövlətlər Birliyi ölkələrinin III Oyunları zamanı boks idman növü üzrə yarışlar Yevlax Olimpiya İdman Kompleksində təşkil olunur.

Son illərdə idman sahəsində görülmüş məqsədyönlü işlər nəticəsində Azərbaycan beynəlxalq yarışların keçirildiyi əsas mərkəzlərdən birinə çevrilib. Müxtəlif idman yarışları üzrə Dünya və Avropa çempionatları, həmçinin Birinci Avropa Oyunları, İslam Həmrəyliyi Oyunları, Formula 1 kimi mötəbər tədbirlərin uğurla təşkili Azərbaycanın bu sahədə yüksək təşkilatçılıq bacarığını nümayiş etdirib. Müstəqil Dövlətlər Birliyi ölkələrinin III Oyunlarının Azərbaycanda keçirilməsi də ölkəmizə beynəlxalq idman ictimaiyyəti tərəfindən olan etimadın təzahürüdür.

Gəncənin nəqliyyat parkının yenilənməsinə böyük töhfə

Regionlarda xidmət sektorunun yüksək səviyyəyə qaldırılması da Azərbaycanın yeni reallıqları sırasında yer alır. Azərbaycan dövlətinin əsas məqsədlərindən biri vətəndaşlar üçün bütün rahatlıqların  təmin edilməsidir. Bu hədəfə nail olmaqdan ötrü ardıcıl addımlar atılır. Prezident İlham Əliyev sentyabrın 27-də “BakuBus” MMC-nin Gəncə Avtoparkının açılışında iştirak edib.

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev dövlətimizin başçısına avtoparkda yaradılan şərait barədə məlumat verib.

Üç yüz yerlik avtobus parkının inşasına bu ilin yanvarında başlanılıb. Ümumi sahəsi 10 hektar olan parkda texniki baxış və təmir postları, avtomatlaşdırılmış uçot sistemli yanacaq təsərrüfatı, saatda 60 avtobusun yuyulması gücünə malik kompleks inşa edilib. Avtobus parkının yaradılması ilə 675 nəfər işlə təmin olunub. Onlardan 553 nəfəri sürücü, 122 nəfəri isə inzibati və texniki heyətdir.

“BakuBus” MMC Gəncə şəhərində 18 mövcud və 2 yeni marşrut xətti üzrə fəaliyyət göstərəcək. Şəhərə yüksək ekoloji standarta - EURO6-ya cavab verən 280 avtobus gətirilib ki, onlardan da 45-i 54, 186-sı 63, 49-u isə 102 sərnişin tutumuna malikdir.

Bu layihənin həyata keçirilməsi, ilk növbədə, paytaxt Bakıdan sonra respublikanın ən böyük şəhəri olan Gəncənin nəqliyyat-sərnişin daşıma infrastrukturunun müasirləşdirilməsi baxımından çox mühüm rol oynayır. Bu, eyni zamanda, sərnişinlərin rahat, təhlükəsiz şəkildə mənzilbaşına çatmasına imkan yaradır, şəhərin nəqliyyat parkının yenilənməsinə böyük töhfə verir. Həmçinin yeni iş yerlərinin açılmasında da belə layihələrin rolu önəmlidir.

Gəncə şəhəri üzrə aparılan genişmiqyaslı təhlil və araşdırmalar nəticəsində marşrut şəbəkəsi yenidən formalaşdırılıb. Mövcud 32 marşrut xəttində optimallaşdırma aparılıb, 22 marşrut xəttinin fəaliyyət göstərməsi müəyyən olunub.

Əhəmiyyətli yeniliklərdən biri də ictimai nəqliyyatda qabaqcıl rəqəmsal texnologiyaların tətbiqidir. Gəncədə fəaliyyət göstərən bütün avtobuslarda gedişhaqqını “CityCard” nağdsız ödəniş sistemi, istənilən bank kartları, həmçinin mobil ödəniş vasitələri ilə ödəmək mümkündür.

Sərnişindaşıma sahəsinin optimallaşması çərçivəsində Dəmiryol Vağzalının qarşısında Nəqliyyat Mübadilə Məntəqəsi yaradılıb. Burada dəmir yolu ilə avtomobil nəqliyyatının qarşılıqlı əlaqəsi öz əksini tapıb.

Əhalinin gediş-gəlişi və sıxlığın çox olduğu ərazilərdə 34 müasir dayanacaq pavilyonu quraşdırılıb.

Yol infrastrukturunun yaxşılaşdırılması istiqamətində 97 küçədə asfalt örtüyünün yenilənmə işləri aparılıb, 128 kilometr xətlənmə işləri icra olunub. Şəhərdə təhlillər aparılaraq mikromobillik zolaqlarının salınması üçün uyğun yerlər müəyyənləşdirilib.

Taksi nəqliyyat vasitələri üçün cəlbetmə məntəqələrinin müəyyən edilməsi istiqamətində də işlər aparılıb və 10 ünvanda taksi duracağı üçün yer təyin olunub.

Gəncə şəhər stadionunda istər yerli, istərsə də beynəlxalq səviyyəli yarışlar keçiriləcək

Hazırda respublikamızın ikinci ən böyük şəhəri olan Gəncədə əlamətdar günlər yaşanır - Nizami yurdu  III MDB Oyunlarına ev sahibliyi edir. Oyunlara hazırlıq çərçivəsində şəhərdə böyük miqyaslı abadlıq-quruculuq işləri həyata keçirilib, o cümlədən şəhər stadionunun inşası reallaşdırılıb. Prezident İlham Əliyev sentyabrın 27-də Gəncə Stadionunun açılışında iştirak edib.

Bildirilib ki, ərazisi 10 hektardan çox olan stadionun tamaşaçı tutumu 15 min 343 nəfərdir. Ərazidə AFFA tərəfindən köməkçi məşq meydançaları və futbol akademiyasının binası tikilib. Stadionda futbolçular üçün soyunub-geyinmə, konfrans, tibb, hakimlər, texniki heyət üçün otaqlar və digər zəruri sahələr yaradılıb. UEFA-nın 4-cü kateqoriya standartlarına uyğun inşa edilən arena müasir işıqlandırma, səs, yayım, internet, təhlükəsizlik sistemləri ilə təchiz olunub.

Qeyd edək ki, Prezident İlham Əliyev 2023-cü ilin oktyabrında stadionun tikintisi ilə bağlı Sərəncam imzalayıb. Onun təməli isə ötən ilin aprelində dövlətimizin başçısı tərəfindən qoyulub. Bu ilin avqustunda Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva stadionda aparılan tikinti işlərinin gedişi ilə tanış olublar.

Belə müasir idman arenalarının istifadəyə verilməsi ölkəmizin digər bölgələrində olduğu kimi, Gəncədə də istər yerli, istərsə də beynəlxalq yarışların yüksək səviyyədə keçirilməsinə hərtərəfli şərait yaradacaq.

Mübariz ABDULLAYEV

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:113
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 30 Sentyabr 2025 12:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan təhsilində inqilab: Müəllimləri və şagirdləri gözləyən yeniliklə bağlı AÇIQLAMA

02 İyun 2026 13:51see281

İran İsrail gərginliyi artır: Birbaşa qarşıdurma riski nə qədər realdır? ŞƏRH

02 İyun 2026 20:42see230

Sumqayıt qatarı qəza törədib, ölən var

02 İyun 2026 09:30see202

TƏBİB in yeni mətbuat katibi Zara İbrahimzadə kimdir?

02 İyun 2026 23:17see200

9% gəlirlilik: Dövlət şirkətinin dollar istiqrazları ticarətə buraxılır

03 İyun 2026 01:20see200

bp nin regional prezidenti: Azərbaycan qarşıdakı onilliklərdə dünya səviyyəli enerji qovşağına çevrilə bilər

02 İyun 2026 09:31see197

“13 həftə, 13 avtomobil” kampaniyasına start verildi VİDEO

02 İyun 2026 09:32see193

Azərbaycanlı biznesmen çətin sınaq qarşısında milyardlarını itirə bilər

02 İyun 2026 13:54see190

ABŞ məxfi hesabat hazırlayacaq TRAMP İMZALADI

03 İyun 2026 03:23see189

72 kilo arıqlayan məşhur aktrisanın son görüntüsü gündəm oldu

02 İyun 2026 13:56see187

Məktəblərdə telefon və ağıllı saatlar qadağan ediləcək

04 İyun 2026 02:36see175

Şəfa nı çempionluğa daşıyan Kərəmli bölgə klubunda? Dəqiqləşdi

03 İyun 2026 02:25see168

Biləsuvarda ölümlə nəticələnən yol qəzası baş verib

03 İyun 2026 11:29see167

Xocalıdakı “Qarabağ Tekstil Evi”ndə çalışacaq şəxslər üçün peşə kursları başlayıb

03 İyun 2026 11:28see160

Onlardan söz qoparmaq qeyri mümkündür

02 İyun 2026 23:04see152

Orta Dəhliz və Azərbaycanın yeni iqtisadi hədəfləri

03 İyun 2026 11:30see152

“Qərbi Azərbaycana qayıdış ideyası revanşizm deyil, tarixi ədalət çağırışıdır” Elçin Babayev

03 İyun 2026 11:28see151

Makronun xanımının cinsiyyəti ilə bağlı yeni FAKTLAR üzə çıxdı!

03 İyun 2026 02:06see149

“Rheinmetall” silah şirkəti ilə Rumıniya arasında 5,7 milyard avroluq müqavilələr imzalanıb

02 İyun 2026 23:03see148

ABŞ Dövlət katibi Mərkəzi Asiya ölkələrinə səfər edəcək

04 İyun 2026 02:39see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri