Icma.az
close
up
RU
Regionda ilk dəfə Azərbaycanda “Ağıllı Qaz Şəbəkəsi İdarəetmə Sistemi”

Regionda ilk dəfə Azərbaycanda “Ağıllı Qaz Şəbəkəsi İdarəetmə Sistemi”

Icma.az, Qafqazinfo portalına istinadən məlumat yayır.

SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi (İB) “Esyasoft Holding” LTD şirkəti ilə birgə "Ağıllı Qaz Şəbəkəsi İdarəetmə Sistemi" layihəsinin icrasına başlayıb.
“Qafqazinfo” xəbər verir ki, layihə 2.5 milyondan çox abonenti əhatə edən qaz paylama infrastrukturunun rəqəmsal transformasiyasını nəzərdə tutur.  Görüləcək işlər çərçivəsində qaz paylama şəbəkəsi mərhələli şəkildə rəqəmsallaşdırılacaq və yeni nəsil "rəqəmsal" qaz idarəetmə sistemi tətbiq olunacaq. 

“Ağıllı Qaz Şəbəkəsi İdarəetmə Sistemi” layihəsinin əsas məqsədi abonentlərə qaz istehlakını izləmək, daha dəqiq hesablamalar aparmaq və rəqəmsal xidmətlərdən rahat istifadə imkanı yaratmaqdır. Layihə Azərbaycanda qaz paylama sisteminin qısa zamanda rəqəmsallaşdırılmasını, əməliyyat səmərəliliyinin artırılmasını və beynəlxalq enerji idarəetmə standartlarına uyğunlaşdırılmasını hədəfləyir. 

COP29 çərçivəsində SOCAR ilə "Esyasoft Holding” LTD şirkəti arasında imzalanmış əməkdaşlıq sazişinin icrası çərçivəsində həyata keçirilən "Ağıllı Qaz Şəbəkəsi İdarəetmə Sistemi" layihəsi ölkənin davamlı inkişaf prioritetlərinə, rəqəmsal iqtisadiyyatının inkişafı strategiyasına uyğun olmaqla “Azəriqaz” İB-nin rəqəmsal transformasiya hədəflərinə mühüm töhfə verəcək. Ətraf mühit dayanıqlılığı prinsiplərinə əsaslanan layihə qaz itkilərinin azaldılması və karbon emissiyalarının minimuma endirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. 

Layihə abonentlər üçün bir sıra əhəmiyyətli üstünlüklər təqdim edir:

• İstehlak həcminin daha yüksək dəqiqliklə ölçülməsi, mobil tətbiq və onlayn platformalar vasitəsilə gündəlik izlənməsi; 
• Müştəri müraciətlərinin süni intellektin köməyi ilə anında cavablandırılması;
• Qaz şəbəkəsində potensial təkmilləşdirmə imkanlarının vaxtında və effektiv şəkildə müəyyən edilməsi;
• Texniki proseslərdə dayanıqlılığın təmin olunması üçün operativ tədbirlərin görülməsi;
• Sayğac məlumatlarının avtomatik ötürülməsi nəticəsində ənənəvi oxuma proseslərinin optimallaşdırılması və mərhələli şəkildə aradan qaldırılması, təhlükəsizlik səviyyəsinin yüksəldilməsi və sistem etibarlılığının möhkəmləndirilməsi

Quraşdırma prosesi əhali abonentləri üçün tamamilə ödənişsiz olmaqla, sadə və operativ şəkildə həyata keçiriləcək. Rəsmi bildirişdən sonra bildirişdə göstərilən müddət ərzində abonentlər tərəfindən şərait yaradılacağı halda mütəxəssislərimiz 30–45 dəqiqə ərzində yeni ölçmə mexanizminin quraşdırma işlərini aparacaq və istifadə qaydaları barədə ətraflı məlumat təqdim olunacaq.

"Azəriqaz" İB-nin Baş direktoru Azər Məmmədov layihənin əhəmiyyətini vurğulayaraq bildirib: "Bu təşəbbüs texnoloji yenilənmə ilə yanaşı, vətəndaşlara göstərilən xidmət keyfiyyətində yeni mərhələnin başlanğıcıdır. Rəqəmsal həllər sayəsində biz daha səmərəli, təhlükəsiz və dayanıqlı qaz təchizatı sistemini formalaşdırırıq. Qarşıdakı illərdə bu layihə Azərbaycanın qaz təchizatı infrastrukturunun rəqəmsal transformasiyasının əsas dayaqlardan birinə çevriləcək".

Qeyd edək ki, sözügedən layihənin icrası, həmçinin yerli mütəxəssislərin peşəkar inkişafına, qabaqcıl texnologiyaların ölkədə tətbiqinə və milli texnoloji potensialın gücləndirilməsinə mühüm töhfə verəcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:166
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 29 Aprel 2026 14:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see380

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see251

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see245

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see244

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see242

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see241

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see239

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see236

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see235

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see234

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see228

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see220

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see217

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see217

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see216

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see216

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see215

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see215

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see215

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see211
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri