Azəriqaz Ağıllı Qaz Şəbəkəsi İdarəetmə Sistemi layihəsinə start verdi
Icma.az, Bakivaxti portalına istinadən məlumat verir.
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyi və Birləşmiş Ərəb Əmirliklərinin "Esyasoft" şirkəti tərəfindən birgə icra olunan "Ağıllı Qaz Şəbəkəsi İdarəetmə Sistemi" layihəsinə rəsmi olaraq start verilib.
Bu barədə Bakıvaxtı.az-a "Azəriqaz"dan məlumat verilib.
Bildirilib ki, bununla bağlı keçirilən tədbirdə panel müzakirələri və layihənin təqdimat baş tutub. Görüş zamanı layihənin "Azəriqaz"a, müştərilərə və ümumilikdə qaz təsərrüfatının idarə olunmasına verəcəyi dəyərlər, tətbiq olunacaq rəqəmsal texnologiyalar və mərhələli icra planı barədə məlumat təqdim olunub.
Layihə qaz şəbəkəsinin idarə olunmasında şəffaflığı, operativliyi və müasir texnoloji həllərin tətbiqini gücləndirməklə "Azəriqaz"ın rəqəmsal transformasiyasında mühüm rol oynayacaq.
Ətraflı:
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:45
Bu xəbər 09 Yanvar 2026 17:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















