Icma.az
close
up
RU
Regionda ilk dəfə Azərbaycanda bu layihənin icrasına başlanılır

Regionda ilk dəfə Azərbaycanda bu layihənin icrasına başlanılır

Icma.az xəbər verir, Axar.az saytına əsaslanaraq.

SOCAR-ın "Azəriqaz" İstehsalat Birliyi (İB) “Esyasoft Holding” LTD şirkəti ilə birgə "Ağıllı Qaz Şəbəkəsi İdarəetmə Sistemi" layihəsinin icrasına başlayıb. Layihə 2.5 milyondan çox abonenti əhatə edən qaz paylama infrastrukturunun rəqəmsal transformasiyasını nəzərdə tutur. Görüləcək işlər çərçivəsində qaz paylama şəbəkəsi mərhələli şəkildə rəqəmsallaşdırılacaq və yeni nəsil "rəqəmsal" qaz idarəetmə sistemi tətbiq olunacaqdır.

"Ağıllı Qaz Şəbəkəsi İdarəetmə Sistemi" layihəsinin əsas məqsədi abonentlərə qaz istehlakını izləmək, daha dəqiq hesablamalar aparmaq və rəqəmsal xidmətlərdən rahat istifadə imkanı yaratmaqdır. Layihə Azərbaycanda qaz paylama sisteminin qısa zamanda rəqəmsallaşdırılmasını, əməliyyat səmərəliliyinin artırılmasını və beynəlxalq enerji idarəetmə standartlarına uyğunlaşdırılmasını hədəfləyir.

COP29 çərçivəsində SOCAR ilə "Esyasoft Holding” LTD şirkəti arasında imzalanmış əməkdaşlıq sazişinin icrası çərçivəsində həyata keçirilən "Ağıllı Qaz Şəbəkəsi İdarəetmə Sistemi" layihəsi ölkənin davamlı inkişaf prioritetlərinə, rəqəmsal iqtisadiyyatının inkişafı strategiyasına uyğun olmaqla “Azəriqaz” İB-nin rəqəmsal transformasiya hədəflərinə mühüm töhfə verəcək. Ətraf mühit dayanıqlılığı prinsiplərinə əsaslanan layihə qaz itkilərinin azaldılması və karbon emissiyalarının minimuma endirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

Layihə abonentlər üçün bir sıra əhəmiyyətli üstünlüklər təqdim edir:

- İstehlak həcminin daha yüksək dəqiqliklə ölçülməsi, mobil tətbiq və onlayn platformalar vasitəsilə gündəlik izlənməsi;

- Müştəri müraciətlərinin süni intellektin köməyi ilə anında cavablandırılması;

- Qaz şəbəkəsində potensial təkmilləşdirmə imkanlarının vaxtında və effektiv şəkildə müəyyən edilməsi;

- Texniki proseslərdə dayanıqlılığın təmin olunması üçün operativ tədbirlərin görülməsi;

- Sayğac məlumatlarının avtomatik ötürülməsi nəticəsində ənənəvi oxuma proseslərinin optimallaşdırılması və mərhələli şəkildə aradan qaldırılması, təhlükəsizlik səviyyəsinin yüksəldilməsi və sistem etibarlılığının möhkəmləndirilməsi

Quraşdırma prosesi əhali abonentləri üçün tamamilə ödənişsiz olmaqla, sadə və operativ şəkildə həyata keçiriləcək. Rəsmi bildirişdən sonra bildirişdə göstərilən müddət ərzində abonentlər tərəfindən şərait yaradılacağı halda mütəxəssislərimiz 30–45 dəqiqə ərzində yeni ölçmə mexanizminin quraşdırma işlərini aparacaq və istifadə qaydaları barədə ətraflı məlumat təqdim olunacaq.

Azəriqaz İB-nin Baş direktoru Azər Məmmədov layihənin əhəmiyyətini vurğulayaraq bildirib:

"Bu təşəbbüs texnoloji yenilənmə ilə yanaşı, vətəndaşlara göstərilən xidmət keyfiyyətində yeni mərhələnin başlanğıcıdır. Rəqəmsal həllər sayəsində biz daha səmərəli, təhlükəsiz və dayanıqlı qaz təchizatı sistemini formalaşdırırıq. Qarşıdakı illərdə bu layihə Azərbaycanın qaz təchizatı infrastrukturunun rəqəmsal transformasiyasının əsas dayaqlardan birinə çevriləcək".

Qeyd edək ki, sözügedən layihənin icrası, həmçinin yerli mütəxəssislərin peşəkar inkişafına, qabaqcıl texnologiyaların ölkədə tətbiqinə və milli texnoloji potensialın gücləndirilməsinə mühüm töhfə verəcək.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:176
embedMənbə:https://axar.az
archiveBu xəbər 27 Aprel 2026 16:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see425

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see395

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see383

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see300

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see287

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see280

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see280

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see275

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see268

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see264

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see247

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see241

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see240

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see237

Sənədsiz torpaq sahiblərinə ŞAD xəbər: Bu tarixdən çıxarış ala biləcəklər

27 Noyabr 2026 09:40see236

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see236

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see235

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see233

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see230

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see228
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri