Icma.az
close
up
RU
® “Regionda ilk: Meyitdən orqan nəqli Uğurlu təcrübədən gələcəyə doğru” mövzusunda beynəlxalq elmi konfrans keçirilib

® “Regionda ilk: Meyitdən orqan nəqli Uğurlu təcrübədən gələcəyə doğru” mövzusunda beynəlxalq elmi konfrans keçirilib

Azertag saytına istinadən Icma.az xəbər verir.

Oktyabrın 25-də Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elmi Təcrübi və Tədris Mərkəzinin, Mərkəzi Gömrük Hospitalının və rəsmi tərəfdaş “Florence Healthcare İnternational” Qrupun birgə təşkilatçılığı, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) dəstəyi ilə Sumqayıt şəhər Heydər Əliyev Mərkəzində “Regionda ilk: Meyitdən orqan nəqli – Uğurlu təcrübədən gələcəyə doğru” mövzusunda beynəlxalq elmi konfrans keçirilib.

İlk olaraq tədbirin iştirakçıları və rəsmi qonaqlar Sumqayıt şəhərində Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, dahi şəxsiyyətin abidəsi önünə gül dəstələri düzərək, xatirəsini böyük hörmət və ehtiramla yad ediblər.

Beynəlxalq elmi konfrans Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə öz işinə başlayıb.

Konfransın rəsmi açılış hissəsində Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi, Əməkdar həkim Ceyhun Məmmədov, Milli Məclisin Səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanov, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, professor Hicran Hüseynova, TƏBİB-in İcraçı direktorunun müavini Anar İsrafilov, Səhiyyə Nazirliyinin Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzi İdarə Heyətinin sədri Yeganə Abbasova və digər rəsmi qonaqlar çıxış edərək ölkəmizdə meyitdən orqan nəqlinin həyata keçirilməsinin milli səhiyyə tarixində mühüm mərhələ olduğunu, bu təşəbbüsün elmi və humanitar baxımdan böyük əhəmiyyət daşıdığını vurğulayıblar. Bu uğurun Azərbaycan həkimlərinin yüksək peşəkarlığının, dövlətin diqqət və qayğısı sayəsində həyata keçdiyini, bu sahədə atılan addımların ölkəmizdə transplantologiyanın inkişafına böyük töhfə verəcəyini qeyd ediblər.

Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi Ceyhun Məmmədov çıxışında bildirib ki, ölkəmizdə hər il yüzlərlə insan orqan transplantasiyasına ehtiyac duyur və bu sahədə meyit donorlardan orqan köçürülməsi yüzlərlə həyatın xilasına imkan yaradır. Meyit donor sisteminin inkişafı orqan çatışmazlığı probleminin həllinə, eləcə də milli səhiyyə sisteminin yeni inkişaf mərhələsinə qədəm qoymasına səbəb olacaq. C.Məmmədov vurğulayıb ki, 2025-ci ilin fevral ayında Azərbaycanda və bütövlükdə Cənubi Qafqaz regionunda ilk dəfə olaraq Mərkəzi Gömrük Hospitalında transplantoloq Mircəlal Kazımi və onun peşəkar komandası tərəfindən meyit donordan qaraciyər transplantasiyası uğurla icra edilib, elə həmin ilin davamında isə meyit donordan böyrək köçürülməsi əməliyyatı da müvəffəqiyyətlə həyata keçirilib. Bu nailiyyətlər Azərbaycan tibb tarixində mühüm mərhələ olmaqla yanaşı, ölkəmizdə orqan transplantasiyasının inkişafı üçün yeni perspektivlər açıb.

Səhiyyə Nazirliyinin Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin həkim-koordinatoru Mehriban Əliyeva “Mən niyə donor olmalıyam?” mövzusunda çıxış edib.

Sonra konfrans işini 3 paneldə davam etdirib.

Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin rəisi, Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini, tibb elmləri doktoru, kardiocərrah Rəşad Mahmudov və Səhiyyə Nazirliyinin Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin İdarə Heyətinin sədri Yeganə Abbasovanın moderatorluğu ilə “Meyitdən orqan transplantasiyası: Canlı donorlu orqan transplantasiyası alternativdirmi?” mövzusunda keçirilən I paneldə Səhiyyə Nazirliyinin Orqan donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin İdarə Heyətinin sədr müavini Günay Abbasova “Meyit orqan donorluğu işinin təşkilində ölkədə mövcud vəziyyət”, Mərkəzi Gömrük Hospitalının ümumi cərrahı, transplantoloq Mircəlal Kazımi “Meyitdən orqan transplantasiyası: Təcrübəmiz”, Mərkəzi Gömrük Hospitalının rəisi, Baş həkim Bəxtiyar Musayev “Meyit orqan transplantasiyasında xəstəxanada administrativ işin təşkili” və Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin rəisi, Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini, tibb elmləri doktoru, kardiocərrah Rəşad Mahmudovun “Ürək çatışmazlığı olan xəstələrdə qaraciyər transplantasiyası, eyni, yoxsa ayrı-ayrı seanslarda?” mövzularında təqdimatlarla çıxış ediblər.

“Qaraciyər transplantasiyası” mövzusunda keçirilən II panel Azərbaycan Tibb Universitetinin 1-ci Cərrahi xəstəliklər kafedrasının müdiri, transplantoloq Nuru Bayramovun və Mərkəzi Gömrük Hospitalının ümumi cərrahı, transplantoloq Mircəlal Kazıminin moderatorluğu ilə keçirilib. Bu paneldə, “Florence Nightingale” Xəstəxanalar Qrupunun ümumi cərrahı Abuzər Diricanın “Xroniki qaraciyər xəstəliyinə ümumi yanaşma”, “Florence Nightingale” Xəstəxanalar Qrupunun ümumi cərrahı Bülent Ünalın “Qaraciyər və böyrək transplantasiyasl zamanı HBV-li, HCV-li, HİV-li donorların (həm canlı, həm də meyit) istifadəsi: Türkiyə və dünya təcrübəsi”, Mərkəzi Gömrük Hospitalının anestezioloq-reanimatoloqu Xəyal Məmmədov “Beyin ölümü keçirmiş donorun əməliyyata hazırlanması və orqanların alınma əməliyyatının aparılması: Anestezioloji və reanimasion yanaşma”, Mərkəzi Gömrük Hospitalının ümumi cərrahı, transplantoloq Kamran Beydullayevin “Qaraciyər transplantasiyasında kimlər donor ola bilər?” və Mərkəzi Gömrük Hospitalının infeksionisti Mədinə Abdullayevanın “Solid orqan transplantasiya olan xəstələrdə virus hepatitlərin idarə olunması” mövzularında çıxışları dinlənilib.

“Florence Nightingale” Xəstəxanalar Qrupunun ümumi cərrahları Abuzər Diricanın və Mərkəzi Gömrük Hospitalının Orqan Transplantasiyası şöbəsinin transplantoloqunun moderatorluğu ilə “Böyrək transplantasiyası” mövzusunda keçirilən III paneldə Leyla Tibb Mərkəzinin uşaq nefroloqu Zaur Əhmədovun “Uşaqlarda xroniki böyrək çatışmazlığı və böyrək transplantasiya zamanlanması”, Mərkəzi Gömrük Hospitalının şöbə rəisi, nefroloq Mirməsim Məmmədovun “Böyüklərdə xroniki böyrək çatışmazlığı və böyrək transplantasiya zamanlanması” və Mərkəzi Gömrük Hospitalının nefroloqu Şəbnəm Qədiməliyevanın “Meyitdən böyrək transplantasiyası nefroloqun gözü ilə” mövzularında çıxışları maraqla qarşılanıb.

Panel müzakirələrdən sonra konfrans öz işini yekunlaşdırıb. Müxtəlif dövlət və özəl tibb müəssisələrində çalışan 200 nəfərədək həkimin iştirak etdiyi konfrans Səhiyyə Nazirliyinin “Davamlı Tibbi Təhsil üzrə elm və tədris tədbirlərinin akkreditasiya Qaydaları“ əsasında akkreditasiya olunaraq 7 DTT balı ilə qiymətləndirilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:65
embedMənbə:https://azertag.az
archiveBu xəbər 28 Oktyabr 2025 12:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see241

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see237

Baş katib Azər Allahverənov Azərbaycan və Türkiyə QHT nümayəndələri ilə görüşüb

26 Yanvar 2026 12:05see219

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see210

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see194

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see194

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see181

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see173

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see169

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see166

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see157

Trampın Sülh Şurası: BMT yə qarşı siyasi cihad

25 Yanvar 2026 15:28see154

Xabi Alonso Liverpul u çalışdıra bilər

25 Yanvar 2026 16:21see150

2000 dollarlıq ətir və eynəklər alıram

25 Yanvar 2026 17:10see149

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see148

Güclü külək, qar, yollar buz bağlayacaq Həftənin ilk iş gününün HAVASI

25 Yanvar 2026 12:44see148

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see147

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see139

Sahibə Qafarova Əli bin Saleh Al Salehlə görüşüb YENİLƏNİB

25 Yanvar 2026 20:10see137

Cazibədar aparıcı görün kimin qızı imiş FOTO

26 Yanvar 2026 04:44see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri