Icma.az
close
up
RU
Regionda “pat dövrü” başlayır Əvvəl erməni toplumu, sonra Ordumuz...

Regionda “pat dövrü” başlayır Əvvəl erməni toplumu, sonra Ordumuz...

GlobalInfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Ermənistanla Azərbaycan arasında ziddiyyətli proseslər cərəyan edir. Belə ki, bir müddət öncə Bakı və İrəvan sülh sazişi layihəsi mətni üzrə danışıqların yekunlaşdığını açıqladı. Bu, tezliklə sülh müqaviləsinin imzalanacağına dair gözləntiləri artırdı. Lakin son günlər Ermənistan ordusu şərti sərhəddə atəşkəsi mütəmadi pozaraq sülh danışıqlarını faktiki olaraq dalana dirəyir.

Sülh sazişi layihəsinin mətni üzrə danışıqlar yekunlaşıbsa, Ermənistan niyə atəşkəsi pozur?

Globalinfo.az-a danışan politoloq Azər Qasımlı deyib ki, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalanmaya da bilər:

“Müqavilənin şərtlərinin razılaşdırılması onun imzalanması demək deyil. Azərbaycan dəfələrlə vurğulayıb ki, Ermənistan konstitusiya dəyişikliyinə getməli, oradakı ərazi iddiası ilə bağlı müddəalar çıxarılmalıdır. Bundan sonra imzalanacaq sülh müqaviləsinin hüquqi və siyasi aspektləri gələcək üçün öz reallığını saxlayacaq. Konstitusiya dəyişikliyinə kimi sülh müqaviləsi imzalamaq olmaz”.

Politoloq qeyd edib ki, burada iş erməni toplumunun üzərinə düşəcək:

“Məsələnin digər tərəfi ondan ibarətdir ki, Ermənistan konstitusiya dəyişikliyi üçün referenduma getdikdə erməni toplumu tələb edilən dəyişikliklərə müsbət cavab verməyə razı olmasın və əksinə səs versin. Onda Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi gündəlikdən tamamilə çıxacaq”.

Politoloq qeyd edib ki, belə vəziyyətdə regionda “pat dövrü” başlayacaq və məsələni Ordu həll etməli olacaq:

“Artıq heç bir danışığın hüquqi mahiyyəti qalmayacaq. Çünki danışıqlar mənasız olacaq, sadəcə danışıq xatirinə danışıq olacaq. Bu durum isə Azərbaycanı qane etməyəcək. Tək çıxış yolu Ermənistanın imzaladığı 9 noyabr bəyannaməsinin şərtlərini yerinə yetirməsi üçün Azərbaycanın təzyiq yolu seçməsi olacaq”.

Turan Rzayev
Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:162
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 19 Mart 2025 11:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see357

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see297

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see296

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see296

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see288

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see280

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see273

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see271

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see271

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see259

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see253

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see252

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see252

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see249

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see248

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see244

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see239

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see238

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see227

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see223
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri