Icma.az
close
up
RU
Ordumuz ulusumuzun xarakteri

Ordumuz ulusumuzun xarakteri

Icma.az bildirir, Turkstan.az portalına istinadən.

Əkbər QOŞALI
Bu gün – 26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günüdür! Şanlı gündür, özəl gündür, göxəl gündür. Qutlu olsun!

Bəli, dövlətlərin tarixində elə sütunlar var, onlar hüquqi bəlgələrdən daha çox, ulusun yaddaşı, iradəsi və xarakteri ilə qurulur. Ordu da həmin sütunlardan biridir. Əgər bayraq dövlətin görünən simvoludursa, ordu onun görünən iradəsidir. Əgər Konstitusiya dövlətin hüquq nəfəsidirsə, Silahlı Qüvvələr onun təhlükəsizlik nəfəsidir.
Azərbaycan Ordusunun keçdiyi yol milli tariximizin bir səhifəsi olmaqla yanaşı, XXI yüzil hərb tarixinin öyrənilən örnəklərindən biridir. Bu yol silahların modernləşməsindən başqa, düşüncənin, strateji baxışın, milli ruhun və dövlət idarəçiliyinin inkişaf tarixidir.
Azərbaycan Xalq Cümhuriyyətinin 1918-ci ildə qəbul etdiyi ordu quruculuğu qərarı milli dövlətçilik iradəsinin ilk böyük addımlarından idi; lakin sonrakı onilliklər göstərdi ki, ordu yalnız yaradılmır – o, davamlı siyasi iradə, iqtisadi güc, milli birlik və peşəkar idarəçilik üzərində böyüyür.
Azərbaycan Ordusunun tarixini yalnız müharibələrlə ölçmək doğru olmaz.
Əslində, ordunun böyüklüyü döyüşdən öncə qurduğu intizamda, texnologiyada, mənəvi hazırlıqda və ulusla yaratdığı inam körpüsündə görünür.
Bax, bu anlamda Azərbaycan son iyirmi ildə təkcə ordusunu gücləndirmədi – dövlət təhlükəsizliyi anlayışını yenidən formalaşdırdı.
Çağdaş ordu yalnız tanklardan və raketlərdən ibarət sayılmır.
Bəs bugünkü müharibələrin əsas silahları hansılardır? – Cavab aydındır:
informasiya;
süni intellekt;
pilotsuz uçuş sistemləri;
kosmik müşahidə;
kibertəhlükəsizlik;
elektron müharibə;
yüksək dəqiqlikli idarəetmə.
Azərbaycan bütün bu istiqamətlər üzrə öz modelini formalaşdırmağa çalışır. Milli hərb sənayesinin genişlənməsi, Komando qüvvələrinin yaradılması, Milli Müdafiə Universitetinin yeni konsepsiyası və beynəlxalq hərbi işbirliyinin dərinləşdirilməsi artıq yeni mərhələnin göstəriciləridir.
44 günlük Vətən müharibəsi dünya hərb elminə yeni anlayışlar gətirdi.
Bu Zəfər ərazi bütövlüyünün bərpasından daha üstün hadisədir.
Bu, bir neçə önəmli həqiqəti sübut etdi:
ulusun öz ordusuna güvəni silah qədər vacibdir;
mənəvi üstünlük texniki üstünlüyü tamamlayanda tarixi sonuc hasil olur;
strateji təmkin bəzən ən güclü silah sayılır.
2023-cü ilin yığcam antiterror tədbirləri isə dövlət suverenliyinin tam təmin olunmasının siyasi və hüquqi yekunu oldu. Bununla Azərbaycan beynəlxalq hüququn tələb etdiyi ərazi bütövlüyünü tam bərpa etmiş dövlət kimi yeni mərhələyə qədəm qoydu.
Ancaq XXI yüzilin ordusunun yalnız sərhədi qoruyan institut olmadığı da bəsbəllidir.
O, fövqəladə hallarda öz ulusunun – bağrından qopduğu doğmalarının yanındadır.
Budur, ordu humanitar missiyalarda iştirak edir; ekoloji fəlakətlərdə köməyə gəlir; sülhməramlı əməliyyatlarda təcrübə qazanır; texnoloji yeniliklərin əsas istifadəçilərindən birinə çevrilir.
Yəni gələcəyin ordusu “dəmir yumruq” olmaqla yanaşı, həm də “ağıllı sistem” olmalıdır.
Süni intellekt, pilotsuz platformlar, kvant rabitəsi, hipersəs texnologiyaları, kosmik müşahidə və kibermüdafiə artıq çağdaş təhlükəsizlik mühitinin ayrılmaz bölümüdür. Sabahın döyüşü öncə server otaqlarında, peyk orbitlərində və bilgi bazalarında başlayacaq. – Elə deyilmi?..
Yaxın dostlar bilir, bu sətirlərin yazarı xeyli vaxtdır “dərin mədəniyyət” anlayışını incələyir; məncə, indi buna bir fikir də əlavə etmək olar: dərin dövlət yalnız dərin təhlükəsizlik mədəniyyəti üzərində yaşaya bilər.
Ordu həmin mədəniyyətin ən önəmli institutlarından biridir. Biz 44 günlük müharibədə qızıl ləyaqət nümayiş etdirən şanlı orduya sahibik. Elə bir şan ki, dədə-babalarımızın ruhunu şad edir, bu günü gələcək nəsillərə yol göstərir.
“Bayrağı qaldıran, bayrağı düşmənin mövqeyinə sancan, azad edilmiş torpaqlara sancan əsgərdir, zabitdir. Bizim əsgər və zabitlərimiz aslan kimi vuruşdular.” – 6 il öncə deyilmiş bu anlamlı və qədirbilən sözlər Müzəffər Ali Baş Komandan İlham Əliyevə aiddir.
Bəli, silahı istehsal etmək mümkündür;
əsgəri yetişdirmək olar; lakin zabit ruhunu yaratmaq illər tələb edir.
Ordunun mənəviyyatı isə nəsillərlə formalaşır.
Bu gün Azərbaycan Ordusu hərbi gücün ötəsində – milli özünəinamın simvoludur.
Şəhidlərin qutsal əmanətidir o;
o azilərin iradəsidir;
anaların alxışı da odur;
o ulusun təhlükəsizlik hissi,
dövlətin gələcəyə inamıdır.
26 İyun münasibətilə Azərbaycan Silahlı Qüvvələrinin bütün şəxsi heyətini, veteranlarımızı, qazilərimizi, şəhid ailələrimizi və Vətən keşiyində dayanan hər bir hərbçimizi ürəkdən qutlayır, şərəf-şanlı xidmətlərində yeni uğurlar diləyirəm!
Güclü ordusu olan dövlət öz sınırlarını qoruduğu kimi, gələcəyini də qoruyur. Xalq şairi Zəkimxan Yaqub demiş:
Ordum varsa, yurdum var,
Ordum yoxsa, yurdum yox!
– Qoca tarix bu həqiqəti dəfələrlə sübut edib.
Şəhidlər ölmədi,
Vətən bölünmədi!
DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:206
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 26 İyun 2026 13:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see322

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see316

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see313

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see299

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see299

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see290

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see280

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see280

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see278

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see264

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see246

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see237

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see236

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see232

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see232

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see229

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see223

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see220

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see198

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri