Icma.az
close
up
RU
Menu

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? Video

GEROPHARM Avstriyada uşaqlarda piylənmənin tirzepatidlə müalicəsinə dair dünyada ilk məlumatları təqdim edib (Foto)

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

Qubanın iki kəndinin adı dəyişdirildi QƏRAR

Demokratik dövlətin dünyəvi məktəbi, millətin isə yeganə ortaq məkanı!

Maştağa xəstəxanasında iynələri pasiyentlərin özlərinə aldırırlar?

® Energetiklərə 3 faizədək endirimli, komissiyasız kredit fürsəti

Parisdə turizm təqdimatı

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

Amerikalı aktrisa Hilari Suonk 52 yaşında 3 cü dəfə ana olacaq

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

Fuad Abdullayev: Bakı məhkəməsinin Nürnberq Tribunalı ilə müqayisəsi mühüm hüquqi və siyasi mesajdır

Telegram da YENİLİK: “Xəbərlər” bölməsi yaradılacaq

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

Regionda yaranan yeni reallıqlar

Regionda yaranan yeni reallıqlar

Ses qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Dünyanın geosiyasi mənzərəsinin sürətlə dəyişdiyi bir dönəmdə ölkələrin xarici strategiyalarında korrektələrin edilməsi, yeni istiqamətlərin müəyyənləşdirilməsi zərurəti yaranıb. Dünyanın aparıcı dövlətləri yenidən vüsət alan “soyuq müharibə”də inkişaf etməkdə olan ölkələrdən bir sıra hallarda alət kimi istifadə edirlər. Bu da siyasi gərginliyin, bir sıra hallarda hərbi mütəviyə keçməsinə səbəb olur. Yalnız müstəqil xarici siyasət yürüdən, milli iradəsi güclü olan siyasi liderlər bu prosesdə tərəfsizliklərini qoruyub saxlayır, balanslı yanaşma sərgiləyirlər.

Prezident İlham Əliyevin dekabrın 17-də “RİA Novosti” Agentliyi üçün rusiyalı jurnalist Dmitri Kiselyova müsahibəsində bu nüansları aydın görmək mümkündür. Müsahibədə Qarabağda əldə etdiyimiz tarixi Zəfərdən sonra regionda yaranan reallıqlar, dayanıqlı sülhün və təhlükəsizliyin təmin edilməsi, Ermənistanla münasibətlər, bəzi Qərb dövlətlərinin Cənubi Qafqazda gərginliyin yaradılmasına hesablanan siyasətləri və Kremlə qarşı beynəlxalq miqyasda aparılan kampaniya fonunda Rusiya-Azərbaycan əlaqələrinə geniş aydınlıq gətirilib. Bu müsahibə dünyada baş verən proseslərə Bakının yanaşmasını öyrənmək üçün müfəssəl və etibarlı mənbədir”. Bunu Milli Məclisin deputatı Tahir Mirkişili bildirib.Onun sözlərinə görə, hazırda dünyada, xüsusilə də, inkişaf etməkdə olan ölkələr üçün müstəqil, balanslı xarici siyasi kurs yürütmək olduqca çətindir: “Azərbaycan çox az sayda dövlətlərdən biridir ki, tam müstəqil və həm də qətiyyətli xarici siyasət yürüdür. 2021-ci ildə Azərbaycanla Türkiyə arasında Müttəfiqlik sazişinin, 2022-ci ildə isə Azərbaycan-Rusiya Müttəfiqlik Bəyannaməsinin imzalanması bunun bariz nümunəsidir. Cənab İlham İlham Əliyevin Rusiya mətbuatına çox açıq şəkildə bildirdi ki, Azərbaycan və Türkiyə bir-biri ilə sıx tellərlə bağlı iki dost, qardaş, müttəfiq ölkələrdir. Türkiyə və onun hərbi strukturları Azərbaycan Ordusunun müasirləşdirilməsində, həm döyüş qabiliyyətinə, həm də əməliyyatların planlaşdırılmasına, vəziyyətin təhlilinə, hərbi kəşfiyyatın potensialına uyğun olaraq yüksək standartlara çatdırılmasında böyük rol oynayıb. Həm Azərbaycanın, həm də Türkiyənin bir öhdəliyi var ki, əgər bu və ya digər ölkə xarici təhlükə və xarici təcavüzlə üzləşsə, köməyə gəlməlidir. Bu da o deməkdir ki, bu iki dövlətin bir-birinin ərazisində hərbi bazasının olmasına ehtiyac yoxdur. Cənab Prezident strateji müttəfiqlik üzərində qurulan Azərbaycan-Rusiya münasibətlərinin hazırkı səviyyəsindən də məmnunluğunu ifadə edib. Dünyanın siyasi mənzərəsinin dəyişdiyi bir zamanda Rusiya ilə Azərbaycan arasında əməkdaşlığın qorunub saxlanılması olduqca vacibdir. Ermənistandan fərqli olaraq biz Rusiya ilə münasibətləri geosiyasi avantüralar üzərində qurmuruq. İki ölkə arasında ticarət dövriyyəsi artıq 4 milyard dollara çatıb. Biz Rusiya ilə həm Qafqazda, həm də Xəzər regionunda qonşu dövlətik. Müttəfiqlik Qarşılıqlı Fəaliyyəti haqqında Bəyannamə, dövlət başçılarının qarşılıqlı səfərləri münasibətlərimizin hüquqi və siyasi bazasını daha da möhkəmləndirib. Rusiya və Azərbaycan etibarlı tərəfdaş olmasına nə Azərbaycanda, nə də Rusiyada heç kim şübhə ilə yanaşmır. İqtisadi əlaqələrimiz genişlənir. Rusiya vətəndaşları, ruslar Azərbaycanda, azərbaycanlılar isə Rusiyada özlərini tam təhlükəsiz hesab edirlər. Cənubi Qafqazın yeganə ölkəsiyi ki, orta və ali məktəblərdə rus dili bölmələri fəaliyyət göstərir. 320-dən artıq məktəbdə təhsil rus dilində tədris olunur. Bir milyona yaxın şagir rus dilində təhsil alır və ya onu ikinci dil kimi öyrənir. Səkkiz yüz min nəfər rus dilini ikinci dil kimi öyrənir”.Millət vəkili qeyd etdi iki, cənab Prezident müsahibəsində Ermənistanın Fransa, Hindistan və ABŞ tərəfindən silahlandırılmasından haqlı narahatlığını ifadə edib: “Sülh müqaviləsinin imzalanması üçün əlverişli şəraitin yetişdiyi bir zamanda, xüsusilə də, Makron hökumətinin Ermənistanı öldürücü hücum silahları ilə təmin etməsi anlaşılmazdır. Azərbaycan üçün praktiki təhlükə yaradan bu silahrada biz seyrici yanaşa bilmərik. Dövlət başçısının da qeyd etdiyi kimi, dəfələrlə Azərbaycan Ermənistana və onun ABŞ Dövlət Departamentindəki himayədarlarına silahlanmaya son qoyulması çağırışını edib. Amma nəticəsi olmayıb. 44 günlük Vətən Müharibəsi, 2023-cü il sentyabr əməliyyatlarının nəticələrindən dərs çıxarmayan Ermənistanın təxribat xarakterli fəaliyyətlətini cavabsız qoymaq niyyətində deyilik. 2025-ci il üzrə hərbi büdcəmiz rekord həddə - 5 milyard dollar civarənda olacaq. Səfalət içərisində yaşayan Ermənistan Azərbaycanla silah yarışına girəcək gücdə deyil. Yaxşı olardı ki, Ermənistan qisasçılıq hissini bir kənara qoyub gələcəyə boylansın. 17 maddəlik sülh təklifinin razılaşdırılmayan 2 maddəsi üzərində baş sındırsalar, bu onların xeyrinə olar. Burada söhbət qarşılıqlı olaraq beyəlxalq iddialardan əl çəkmək və avropalı müşahidəçilər adı altında NATO qüvvələrini Azərbaycanla sərhəddə yerləşdirməməkdən gedir. Ermənistan həmçinin öz konstitusiyasını dəyişdirməlidir. Orada Azərbaycana ərazi iddialarının yer aldığı müstəqillik Bəyannaməsinə istinad var. Burada keçmiş Dağlıq Qarabağ muxtar vilayəti Ermənistanın bir hissəsi elan olunur. Ona görə də konstitusiyanın dəyişdirilməsi Azərbaycanın istəyi deyil, sadəcə obyektiv şərtdir. ATƏT-in Minsk qrupunun ləğv edilməsi üçün də İrəvan üzərinə düşən öhdəliyi yerinə yetirməlidir. Bundan başqa Ermənistan deportasiyaya məruz qoyduğu azərbaycanlıların qayıdış hüququnu tanımalıdır. Biz sülh sazişindən danışırıqsa, normal, insani mühit yaradılmalıdır. Bir tərəfdən öldürücü silahlar əldə et, bir tərəfdən Azərbaycanla sərhədə xarici müşahidəçiləri cəmləşdir, iddialar irəli sür, digər tərəfdən isə özünü sülhpərvər göstər, bunlar siyasi riyakarlıqdan başqa bir şey deyil”.T.Mirkişili sonda qeyd etdi ki, cənab Prezidentin müsahibədə Azərbaycanın iqtisadi potensialı, neft-qaz, yaşıl enerji strategiyasına dair səsləndirdiyi fikirlər, rəqəmlər ölkəmizin iqtisadi siyasətinin vektorlarının dəqiqliyindən xəbər verir: “Ermənistanda və Gürcüstanda Qərbin oynadığı çirkin oyunlar nəticəsində yaranan qarışıqlıq, geriləmələr, Rusiya-Ukrayna müharibəsinin doğurduğu fəsadlar, Yaxın Şərqdəki təlatümlər fonunda Azərbaycanda quruculuq işlərinin fasiləsiz həyata keçirilməsi düşünülmüş rasional dövlət siyasətinin mövcudluğundan və ən əsası Cənab Prezidentin siyasi və iqtisadi bacarığından, uzaqgörənliyindən xəbər verir”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:208
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 20 Dekabr 2024 16:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see440

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? Video

16 Oktyabr 2026 00:21see391

GEROPHARM Avstriyada uşaqlarda piylənmənin tirzepatidlə müalicəsinə dair dünyada ilk məlumatları təqdim edib (Foto)

15 Oktyabr 2026 14:54see355

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see286

Qubanın iki kəndinin adı dəyişdirildi QƏRAR

15 Oktyabr 2026 19:19see221

Demokratik dövlətin dünyəvi məktəbi, millətin isə yeganə ortaq məkanı!

15 Oktyabr 2026 20:10see214

Maştağa xəstəxanasında iynələri pasiyentlərin özlərinə aldırırlar?

15 Oktyabr 2026 19:50see214

® Energetiklərə 3 faizədək endirimli, komissiyasız kredit fürsəti

15 Oktyabr 2026 17:26see210

Parisdə turizm təqdimatı

16 Oktyabr 2026 00:22see204

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see202

Amerikalı aktrisa Hilari Suonk 52 yaşında 3 cü dəfə ana olacaq

16 Oktyabr 2026 00:14see194

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see191

Fuad Abdullayev: Bakı məhkəməsinin Nürnberq Tribunalı ilə müqayisəsi mühüm hüquqi və siyasi mesajdır

15 Oktyabr 2026 21:02see188

Telegram da YENİLİK: “Xəbərlər” bölməsi yaradılacaq

15 Oktyabr 2026 18:23see185

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see182

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see181

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see173

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see170

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see160

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see158
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri