Icma.az
close
up
RU
Azərbaycan regionda yeni reallıqlar yaradıb

Azərbaycan regionda yeni reallıqlar yaradıb

Ses qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 7-də yerli televiziya kanallarına müsahibəsində çox geniş və əhatəli mövzulara toxundu. Müsahibədə əsas diqqət 2024-cü ildə əldə olunan uğurlar və nəticələr, regionda mövcud vəziyyət, beynəlxalq müstəvidə baş verən proseslər, Ermənistanla sülh danışıqlarının hazırkı durumu, Zəngəzur dəhlizi, işğaldan azad olunmuş ərazilərdə bərpa işləri, Böyük Qayıdış və digər məsələlərlə bağlı oldu”. Bu fikirləri Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Pərvin Kərimzadə deyib.

Deputat bildirib ki, 2024-cü il ölkəmiz üçün bir sıra uğurlarla yadda qalıb. Dövlət başçısının dediyi kimi, Azərbaycanın iqtisadiyyatı öz sürətli inkişafını davam etdirib, ümumi daxili məhsul (ÜDM) 4 faizdən çox artıb.İl ərzində valyuta ehtiyatlarımız təqribən 5 milyard dollardan çox artıb və bu gün bu rəqəm 72 milyard dollara bərabərdir. Əhalinin rifahının yüksəldilməsi istiqamətində də davamlı işlər görülür. Belə ki, bu il yanvarın 1-dən minimum əməkhaqqı 400 manata çatdırılıb. Minimum pensiya da artaraq 320 manat müəyyənləşib. Hökumətin əsas məqsədi Azərbaycan vətəndaşlarının ildən-ilə daha yaxşı yaşamasına nail olmaqdır. Hökumət maliyyə imkanları artıqca, sosial və iqtisadi inkişafı paralel şəkildə nizamlayaraqəməkhaqqı, pensiya, sosial müavinət, təqaüd və digər sosial ödənişlərin artımını təmin edəcək.

Millət vəkilinin sözlərinə görə, müsahibə də regionda sülh imkanları xüsusi diqqət mərkəzində olub. Bu məsələdə Azərbaycanın mövqeyi tam şəffaf və açıqdır. Yerli televiziyalara müsahibəsində Prezident İlham Əliyev bildirib ki, biz istəyirik ki, artıq müharibə səhifəsi bağlansın: “Ümid edirəm ki, sülh müqaviləsi ilə bağlı bizim bütün şərtlərimiz də qəbul ediləcək. Çünki bu şərtlərdə hər hansı bir fövqəladə məsələ yoxdur. Minsk qrupunun ləğv edilməsi, konstitusiyanın dəyişdirilməsi – bunlarsız sülh müqaviləsi mümkün deyil. Əgər Ermənistana sülh müqaviləsi lazım deyilsə, bizə də lazım deyil”. Ümumiyyətlə, Ermənistan dünyada və bölgədə gedən prosesləri düzgün qiymətləndirməlidir. Əslində, 2024-cü ildə İrəvanın Azərbaycanın işğalaltındakı 4 kəndini azad etməsi bir daha onu göstərir ki, bu ölkənin siyasi rəhbərliyi Bakının regiondakı dominant mövqeyini qəbul edir. Əks halda 30 ilə artıq bu kəndlərin işğalını davam etdirmiş Ermənistan əraziləri azad etməzdi. Başqa sözlə, 19 aprel 2024-cü ildə yaşanan nailiyyət Azərbaycanın növbəti qələbəsi kimi tarixə yazıldı.

Bütün bunlar qalib xalqın qalib lideri olan Prezident İlham Əliyevin tarixi uğurudur. 2020-ci Vətən müharibəsindən başlanan yol uğurla davam və inkişaf etdirilir. Prezident İlham Əliyevin liderliyilə Azərbaycanın əldə etdiyi tarixi qələbələr yeni inkişaf mərhələsinin başlanğıcını qoyur. Artıq Ermənistan başqa çıxış yolunun olmadığını anlayır. Sülh, həm də İrəvan üçün bir xilas yoludur. Yenidən qeyri-konstruktiv addımlara əl atmaq və ya revanşist düşüncələrə qapılmaq Ermənistan üçün daha ağır nəticələr vəd edəcək. Bu səbəbdəndir ki, artıq İrəvan manipulyasiyaların işə yaramadığının, xarici havadarların dəstəyinin heç bir uğur vəd etmədiyinin fərqindədir.

Ölkə Prezidenti Zəngəzur dəhlizi haqqında da vacib mesajlar verib. Naxçıvanın Azərbaycanın əsas hissəsi ilə bağlantısı təmin olunmalıdır. Bu, Ermənistanın öhdəliyidir. Eyni zamanda, dəhliz açılandan sonra Azərbaycan ərazisindən keçməklə həm Şərq, həm Şimal-Cənub xətti üzrə logistik imkanlara malik olacaq. Beləliklə, bütün region ölkələri yeni infrastruktur layihəsindən fayda götürəcək. Prezident İlham Əliyev müsahibəsində vurğulayıb: “Onlar Türkiyə ilə Azərbaycan arasında coğrafi maneə kimi fəaliyyət göstərməsinlər. Zəngəzur dəhlizi açılmalıdır və açılacaqdır. Onlar bunu nə qədər tez başa düşsələr, o qədər də yaxşıdır. Biz belə vəziyyətdə qala bilmərik. Biz Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvananiyə müxtəlif, başqa yollarla getməliyik? Bizim birbaşa əlaqəmiz olmalıdır və bu əlaqə Ermənistanın suverenliyini şübhə altına qoymur. Sadəcəolaraq, onlar 10 noyabrBəyanatınınmüddəalarınıyerinəyetirməlidirlər”. Bu məsələdə Ermənistan öz havadarlarına, xüsusilə Fransaya güvənməməlidir. Fransa tərəfəindən Ermənistanın silahlandırılmasına ölkəmiz səssiz qala bilməz. Çünki Azərbaycan bu regionda əsas güc sahibidir.

“Beləliklə, Azərbaycan regionda yeni reallıqlar yaradıb. Eyni zamanda, qarşıda yeni hədəflərimiz var. Yeni dövrdə əsas hədəflər sırasında Cənubi Qafqazın sülh və əməkdaşlıq məkanına çevrilməsi, Böyük Qayıdışın təmin edilməsi, qlobal əhəmiyyətli layihələrin reallaşdırılması və digər məqamlar var. Məhz bu hədəflərin reallaşdırılması ərazi bütövlüyünü və suverenliyini təmin etmiş Azərbaycanı daha güclü və qüdrətli dövlətə çevirir”,- deyə YAP İdarə Heyətinin üzvü vurğulayıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:215
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 10 Yanvar 2025 11:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Türk Dövlətləri Siyasətinə Dəstək Fondu qırğız dilində kitablar nəşr etdirib

29 Avqust 2026 17:51see533

Bakıda biznesmenə qarşı 185 minlik DƏLƏDUZLUQ: 12 il sonra HƏBS OLUNDU

29 Avqust 2026 15:33see325

Mədəniyyətlərin qovuşduğu məkan: “Alyans”da milli rəqs dərnəyi

29 Avqust 2026 14:31see299

Vüqar Biləcəri kimdir? Sonuncu zəngində onun adını çəkərək ağlayıb

29 Avqust 2026 23:34see286

İsrail Livanın cənubuna hücum edib

29 Avqust 2026 18:33see277

Günel Zeynalovanın başına iş gəldi Ayağı zədələndi

29 Avqust 2026 17:15see270

Süni intellekt bumu dünya iqtisadiyyatını ayaqda saxlayır WSJ

29 Avqust 2026 11:23see267

Kökü qədim, gələcəyi parlaq: Türk dünyasının iki bədəndə bir can

29 Avqust 2026 15:21see264

ABŞ da mədəaltı vəzi xərçənginə qarşı inqilabi dərman təsdiqlənib

29 Avqust 2026 11:26see262

Qazaxıstan və Özbəkistanda Azərbaycanın turizm təqdimatı

29 Avqust 2026 16:03see254

Neft kəşfiyyatçılarımızın “Üstyurt” axtarışları

29 Avqust 2026 16:05see241

Mərkəzi Bankın yüksəkvəzifəli şəxsi işdən çıxdı FOTO

30 Avqust 2026 01:13see240

Türkiyənin səhiyyə naziri: Cem Yılmazın vəziyyəti yaxşıdır, müalicəsi davam edir YENİLƏNİB

29 Avqust 2026 23:13see237

Məşhur reper Bakıya gəlir

30 Avqust 2026 01:52see234

7 ayda qeyri neft ixracı 18,3 faiz artıb

29 Avqust 2026 16:03see232

ABB xarici maliyyə bazarlarında mövqeyini gücləndirir

29 Avqust 2026 13:39see231

Azərbaycanın yeni milyardlıq planı: 2030 cu il üçün BÖYÜK HƏDƏF

29 Avqust 2026 21:13see229

Cem Yılmaz ürək probleminə görə xəstəxanalıq oldu

30 Avqust 2026 05:04see227

Azərbaycan əsilli türk məşhurlar Siyahıda görün kimlər var (Fotolar)

30 Avqust 2026 06:06see214

İqtisadiyyat İnstitutunun baş direktoru Gürcüstanda beynəlxalq elmi konfransda çıxış edib

29 Avqust 2026 14:37see207
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri