Icma.az
close
up
RU
Regionda yeni bir mərhələ başlayır: Aİ nin müşahidə missiyasına ƏLVİDA!

Regionda yeni bir mərhələ başlayır: Aİ nin müşahidə missiyasına ƏLVİDA!

Sherg.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Cənubi Qafqaz uzun illərdir geosiyasi maraqların toqquşduğu həssas bölgədir. Azərbaycan və Ermənistan arasında baş verən münaqişələr, eyni zamanda xarici qüvvələrin müdaxiləsi regionda sülhün bərqərar olmasını çətinləşdirib. Lakin son dövrlərdə aparılan diplomatik danışıqlar və dəyişən siyasi reallıqlar bu prosesə yeni baxış qazandırıb. Bu baxımdan Ermənistanın Avropa İttifaqının sərhəddəki müşahidə missiyasının fəaliyyətinə xitam vermək öhdəliyi götürməsi mühüm addımdır. Bu qərar regionda qarşılıqlı etimadın qurulması baxımından əhəmiyyətlidir.


Politoloq Hüseyn İbrahimov Sherg.az-a mövzu ilə bağlı açıqlama verib:

"44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycan öz tarixi torpaqlarını işğaldan azad etdikdən sonra, bölgədə yeni geosiyasi reallıqlar formalaşdı. Bu uğurlar ilə barışmaq istəməyən bir sıra Qərb dövlətləri, xüsusilə Avropa İttifaqı, Cənubi Qafqazda yenidən mövqe qazanmaq məqsədilə müxtəlif fəaliyyətlərə başladılar. Onlar “Avropa İttifaqı Müşahidə Missiyası” adı altında bölgəyə daxil olaraq, Ermənistan-Azərbaycan sərhədi boyunca monitorinq və müşahidə fəaliyyəti göstərməyə cəhd etdilər. Bu cür fəaliyyətlər əslində sülh prosesinə töhfə vermək əvəzinə onu ləngidən, gərginliyi artıran və de-fakto fəaliyyəti dayandırılmış ATƏT-in Minsk Qrupunun yenidən canlandırılmasına xidmət edən addımlar idi. Azərbaycan dövləti və ictimaiyyəti bu missiyanın fəaliyyətini qətiyyətlə qəbul etmədi və bu məsələ dəfələrlə müzakirə mövzusuna çevrildi. Monitorinq adı altında aparılan bu missioner fəaliyyətlər təkcə sülh prosesini ləngitmədi, həm də Ermənistanın konstitusiyasında dəyişikliklər edilməsi və öhdəliklərin icrası kimi vacib addımların atılmasına mane oldu. Görünən odur ki, bu təsisatların əsas məqsədi Cənubi Qafqazda sülhü və sabitliyi təmin etmək yox, öz maraqlarını həyata keçirmək idi".


Siyasi analitik Azərbaycan Prezidenti İlham Əliyevin qətiyyətli xarici siyasətinin və aparılan diplomatik danışıqların nəticəsində həm regional, həm də beynəlxalq müstəvidə gündəmin dəyişdiyinui söyləyib: 

"ABŞ-da keçirilən görüşlər regionda yeni siyasi reallıqların formalaşmasına səbəb oldu. Bu, Avropa İttifaqı missiyasının fəaliyyətinin sona çatmasını sürətləndirdi. Üçtərəfli danışıqlar nəticəsində Ermənistan da müəyyən öhdəliklər götürdü. Bu öhdəliklərə uyğun olaraq rəsmi İrəvan sülh prosesinə maneə törədən qurumların və missioner təsisatların fəaliyyətini dayandırmalıdır. Bu həm ikitərəfli münasibətlərin normallaşması, həm də iqtisadi və siyasi əməkdaşlığın genişlənməsi baxımından vacibdir. Aydın görünür ki, son 5 ildə sülhə aparan yolda baş verən ləngimələri Azərbaycan deyil, xarici qüvvələrin təsiri altında fəaliyyət göstərən strukturlar törədiliblər. Bu qüvvələrdən biri də Avropa İttifaqının bölgədəki müşahidə missiyası idi. Onların fəaliyyəti Ermənistanın mövqeyində qeyri-müəyyənlik yaradaraq sülh danışıqlarında irəliləyişi əngəlləyirdi.

Bu gün regionda yeni bir mərhələ başlayır. Azərbaycan hər zaman öz öhdəliklərinə sadiq olub sülhün təmin olunması üçün real addımlar atıb. Prezident İlham Əliyev bunu Ağ Evdə keçirilən görüşlər zamanı dünya ictimaiyyətinə də bəyan etdi".


Politoloq Ermənistanın öz öhdəliklərini yerinə yetirməli və sülhə mane olan qurumların fəaliyyətinə son verməli olduğunu vurğulayıb:

"Prosesin uğurla başa çatması həm Zəngəzur dəhlizinin açılması, həm də regionda yeni bir rifah platformasının formalaşması baxımından əhəmiyyətlidir. Siyasi sabitlik, iqtisadi inkişaf və beynəlxalq əməkdaşlığın dərinləşməsi yaxın gələcəkdə sülh sazişinin imzalanmasını daha da sürətləndirəcək".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:95
embedMənbə:https://sherg.az
archiveBu xəbər 13 Avqust 2025 17:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see272

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see242

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see227

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see216

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see185

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see169

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see159

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see158

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see158

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see155

Tramp bu gün Zelenski ilə Donbas və Zaporojye AES məsələlərini müzakirə edəcək FOTO

28 Dekabr 2025 16:18see149

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see148

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see146

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see145

Moldovada da “Rus Evi” bağlanır Azərbaycan bu addımı ilin əvvəlində atıb

28 Dekabr 2025 20:46see145

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see145

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see143

Belarus qapıçı Azərbaycanda rekorda imza atıb

28 Dekabr 2025 16:54see141

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see139

DİN Baş İctimai Təhlükəsizlik İdarəsinə rəis təyin edilib

29 Dekabr 2025 03:50see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri