Regionlar boşalır: Məzunları isə Bakını üstələyir
Cebheinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Ali təhsil müəssisələrinə qəbul imtahanlarında yüksək nəticə göstərən abituriyentlərin sayı hər il dəyişir.
"Cebheinfo.az" - araşdırmasına əsasən, Dövlət İmtahan Mərkəzinin (DİM) rəsmi statistik məlumatları son illərdə 600 və daha yüksək bal toplayanların sayında həm artımın, həm də azalmanın qeydə alındığını göstərir.
DİM-in 2024-cü il üzrə statistik təhlilinə əsasən, həmin il 3076 abituriyent 600 və daha yüksək bal toplayıb. Onların 1200 nəfəri I, 284 nəfəri II, 978 nəfəri III, 614 nəfəri isə IV ixtisas qrupunun iştirakçıları olub. 2025-ci ildə isə bu göstərici 3233 nəfərə yüksəlib. Beləliklə, əvvəlki illə müqayisədə yüksək nəticə göstərənlərin sayı 157 nəfər artıb. Bu, təxminən 5,1 faizlik artım deməkdir.
2026-cı ildə ali təhsil müəssisələrinə qəbul imtahanlarında 3148 abituriyent 600 və daha yüksək bal toplayıb. Beləliklə, ötən illə müqayisədə yüksək nəticə göstərənlərin sayı 85 nəfər və ya 2,6 faiz azalıb. Bununla belə, cari ilin göstəricisi 2024-cü illə müqayisədə 72 nəfər çoxdur. DİM sədri Məleykə Abbaszadənin açıqlamasına görə, 2026-cı ildə yüksək nəticə göstərən 3148 abituriyentin 1811-i regionlarda fəaliyyət göstərən ümumtəhsil müəssisələrinin məzunlarıdır. Bu, yüksək bal toplayanların təxminən 57,5 faizinin region məktəblərini təmsil etdiyini göstərir.
Eyni zamanda, bu il Prezident təqaüdünə namizəd olan 102 gəncin 54-ü region məktəblərinin, o cümlədən 15-i kənd və qəsəbə məktəblərinin məzunudur. Dörd nəfər isə keçmiş məcburi köçkün rayonlarına aid məktəbləri təmsil edir.
Ümumilikdə, son üç ilin göstəriciləri 600 və daha yüksək bal toplayan abituriyentlərin sayının əvvəlcə artdığını, 2026-cı ildə isə müəyyən qədər azaldığını göstərir. Bununla yanaşı, region məktəblərinin məzunları da yüksək nəticə göstərənlər arasında mühüm yer tutur.
Gülər Həsənli
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:118
Bu xəbər 17 Oktyabr 2026 17:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















