Icma.az
close
up
RU
Regionlarda kommunal xidmətlər paytaxtla müqayisədə ən az iki dəfə ucuz olmalıdır Ekspert

Regionlarda kommunal xidmətlər paytaxtla müqayisədə ən az iki dəfə ucuz olmalıdır Ekspert

Icma.az, Sherg.az portalına istinadən məlumat verir.

İşğaldan azad olunmuş ərazilərdə isə bu tariflər üç dəfə aşağı salınmalıdır


Elçin Bayramlı: Güzəştlər olsa, 3–5 il ərzində Bakıda toplaşan 5 milyon insanın ən azı 2 milyonunu regionlara yönəltmək mümkündür.


Sərhədyanı kəndlərə Böyük Qayıdışı stimullaşdırmaq üçün elektrik və qaz tarifləri 3 dəfə azaldılmalıdır. Bu təklifi deputat Zahid Oruc Milli Məclisdə 2024-cü ilin büdcə müzakirələri zamanı səsləndirib. O qeyd edib ki, Bakıda əhalinin sıxlığı və nəqliyyat tıxacları artıq sosial, iqtisadi və ekoloji problemə çevrilib. 

Hazırda Bakıda qeyri-rəsmi hesablamalara görə artıq 3 milyondan çox insan yaşayır. Halbuki ölkənin 63 rayonunun yalnız 29-da əhali 100 min nəfəri keçir. 4244 kənddən cəmi 92-də əhali 5 min nəfərdən çoxdur, 214 kənddə isə 50 nəfərdən az insan yaşayır. Paytaxt qaz istehlakının 36%-ni, elektrik enerjisi istehlakının isə 42%-ni təşkil edir, amma Bakının rəsmi əhalisi ölkə üzrə cəmi 23%-dir. Bu vəziyyəti dəyişmək üçün ipoteka siyasəti də bölgələrə yönləndirilməlidir. Regionlarda evlərin ucuz başa gəlməsi bu prosesi asanlaşdırır.


Hüquqi və Demokratik İslahatlar Mərkəzinin sədr müavini Elçin Bayramlı Sherg.az-a bildirib ki, uzun illərdir sözügedən məsələylə bağlı müzakilərə aparıb və təkliflər irəli sürürük: 


“Ölkə əhalisinin yarıdan çoxu Bakıda cəmləşdiyi üçün regionlarda insanlar azalıb. Nəticə etibarilə Bakıda artıq yaşanılmaz bir vəziyyət yaranıb. Nəqliyyatın hərəkəti tam kollaps vəziyyətindədir. Kommunal infrastrukturlar kifayət etmir, əhali sıxlığından hərəkət etmək mümkün deyil. Çox biabırçı bir vəziyyət formalaşıb. Digər ölkələrdə əhali coğrafi regionlar üzrə bərabər şəkildə yerləşdirilir. Bu halda ölkədə iqtisadi resurslar da, iqtisadi dövriyyə də balanslı şəkildə paylaşdırılır. Belə olan halda sosial, iqtisadi, demoqrafik balans yaranır. Amma bizdə bu gün bütün ölkə sanki yalnız Bakıdan ibarət vəziyyətə gəlib. Regionlarda isə çox acınacaqlı vəziyyət hökm sürür. Ona görə dəfələrlə qeyd etmişik ki, digər ölkələrin təcrübəsində bu məsələ necə tənzimlənirsə, biz də o yolu izləməliyik”.


Ekspert qeyd edib ki, digər ölkələrdə regionlarda məskunlaşmaq və iş qurmaq üçün xüsusi vergi güzəştləri, sosial və kommunal güzəştlər tətbiq olunur:

“Eyni zamanda dövlət investisiyaları regionlara yönləndirilir, özəl və xarici sərmayələr də ora çəkilir. Bundan başqa, kənd təsərrüfatında və ümumilikdə aqrar sektorda çalışanlara vergi güzəştləri tətbiq olunmalı, əlavə rüsumlar aradan qaldırılmalıdır. Kommunal xidmətlərin regionlarda paytaxtla müqayisədə ən az iki dəfə ucuz olması vacibdir. İşğaldan azad olunmuş ərazilərdə isə bu tariflər üç dəfə aşağı salınmalıdır. Çünki orada hələlik infrastruktur yoxdur, yaşayış şəraiti çətindir, problemlər hələki həll edilməyib. Əhalinin ora könüllü köçməsini stimullaşdırmaq üçün güzəştlər və yardımlar nəzərdə tutulmalıdır. Xüsusən işləyənlərə və biznes quranlara əlavə dəstək verilməlidir. Əgər orada iqtisadiyyat inkişaf etməsə, sosial həyat da formalaşmayacaq. Burada söhbət böyük bir regiondan gedir. Təxminən 11-12 rayon Qarabağ və Şərqi Zəngəzurda məskunlaşmalıdır. Biz yaxın illərdə ora ən azı 1 milyon əhalini yönləndirə bilərik. Amma bunun üçün təkcə köç yox, həm də yaşayış üçün real imkanlar yaradılmalıdır. Ən azı 5 il müddətinə vergilərdə, kommunal xidmətlərdə və digər sahələrdə ciddi güzəştlər tətbiq olunmalıdır. Hazırda Bakıya məcburən köçən insanlar regionlarda şərait yaradılsa, böyük məmnuniyyətlə geri qayıda bilər. Əgər ev, torpaq, iş yeri və ya hər hansısa istehsalat və ya xidmət müəssisəsi qurmaq üçün güzəştlər olsa, 3–5 il ərzində Bakıda toplaşan 5 milyon insanın ən azı 2 milyonunu regionlara yönəltmək mümkündür. Bunun üçün dövlət Bakıya yönəlmiş iri investisiyaları tam dayandırmalı, bütün investisiyaları, iri müəssisələr təhsil və digər böyük qurumlar regionlara istiqamətləndirməlidir. Belə təcrübə bir çox ölkələrdə, o cümlədən qonşu Rusiyada mövcuddur. Məsələn, ölkənin şərq regionlarına köçən ailələrə saysız-hesabsız güzəştlər edilir. Nəticədə insanlar ora köçərək yeni həyat qurur. Beləliklə, ölkədə balanslı bir vəziyyət yaranır”.


E.Bayramlı söyləyib ki, problemin həlli üçün ölkədə böyük bir sosial proqram həyata keçirilməlidir:

“Mən təklif etmişdim ki, bu layihənin adı “Kəndə Qayıdış Proqramı” kimi həyata keçirilsin. Yəni beşillik bir proqram çərçivəsində bütün resurslar regionlara yönləndirilməlidir. Əgər bu proqram həyata keçirilərsə, maksimum 5 il ərzində regionlar bərabər inkişaf edər, iqtisadiyyat güclənər və ölkədəki bir çox problem aradan qalxar. Bu prosesə isə tarazlı və davamlı inkişaf strategiyası deyilir. Bəzi proqramlarda bu hazırda nəzərdə tutulub, müəyyən işlər də görülüb, lakin bu, kifayət qədər dərin və sistemli deyil. Vəziyyət düzəlməsə, proses getdikcə pisləşəcək. İdxaldan asılılıq artacaq, kənd təsərrüfatı zəifləyəcək, ərzaq təhlükəsizliyi risk altında olacaq, paytaxt isə yaşanılmaz hala gələcək”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:100
embedMənbə:https://sherg.az
archiveBu xəbər 04 İyun 2025 19:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Slovakiya Avropa İttifaqının üzvü kimi Azərbaycanın bu istiqamətdə yaxın partnyorudur

08 Dekabr 2025 20:48see370

Bakı Sumqayıt yolu ilə bağlı PROBLEM Dayanacaq olsun

09 Dekabr 2025 16:57see254

Leyla Əliyeva beynəlxalq konfransda çıxış etdi FOTOLAR

08 Dekabr 2025 22:16see206

Azərbaycan xarici ölkələrə yumurtanı neçəyə satır?

09 Dekabr 2025 22:08see196

Güclü siklon Kamçatkanı vurdu

09 Dekabr 2025 03:48see181

Odessa planı fiaskoya uğradı KONKRET

10 Dekabr 2025 17:19see168

bp nin insan hüquqlarına maarifləndirici dəstəyi

09 Dekabr 2025 11:05see164

Bakıda yeni mənzili ən ucuz bu ərazilərdən almaq mümkündür

08 Dekabr 2025 18:46see155

Slovakiya Azərbaycanın Avropada etibarlı strateji tərəfdaşıdır

08 Dekabr 2025 18:38see150

DTX də başlanılan cinayət işi Aslan Həsənova HÖKM OXUNDU

09 Dekabr 2025 09:17see148

Rəqsanə efirdə AĞLADI VİDEO

08 Dekabr 2025 22:01see147

Tramp: ABŞ Ukraynada nizamlanma üzərində işləməyə davam edir

09 Dekabr 2025 02:25see140

Ərdoğan Orbanla görüşdü: 16 razılaşma...

08 Dekabr 2025 18:47see137

Araz Naxçıvan ın Kəpəz üzərindəki qələbəsi VİDEO

09 Dekabr 2025 20:20see137

KİV: Toni Bleyer Trampın Qəzza planından kənarlaşdırılıb

09 Dekabr 2025 03:17see135

ABŞ Zelenskinin sülh müqaviləsi üçün daha sərt şərtlər irəli sürüb

09 Dekabr 2025 16:12see133

Bakıda qəza münaqişəyə çevrildi

10 Dekabr 2025 09:38see129

Albaniyada faciəvi şəkildə həlak olan dənizçi Biləsuvar sakini imiş FOTO

09 Dekabr 2025 23:54see128

Vanda Nara keçmiş əri ilə görüşdü FOTO

10 Dekabr 2025 00:37see127

ÇL: Qarabağ ın rəqibi yenə məğlub oldu, Qalatasaray Fransadan əliboş dönür

10 Dekabr 2025 02:09see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri