Icma.az
close
up
RU
Menu

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

Instagram da yeni funksiya

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

İngiltərə Liqa Kuboku: “Arsenal” IV Liqa klubuna məğlub oldu MÜBARİZƏNİ DAYANDIRDI

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

Regionlarda kredit faizləri niyə yüksəkdir? Ekspert açıqladı

Regionlarda kredit faizləri niyə yüksəkdir? Ekspert açıqladı

Icma.az, Bizimyol saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bu ilin iyul ayının əvvəlinə olan məlumata görə, Azərbaycanda kreditlər üzrə faiz dərəcələrinin ən yüksək həddi Dağlıq Şirvan iqtisadi rayonunda qeydə alınıb.

Bizimyol.info açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, bu iqtisadi rayonda kreditlər üzrə orta faiz dərəcəsi 20,64% olub. Ən aşağı faiz dərəcəsi isə paytaxt Bakıda müşahidə olunub – 12,72%. Ölkə üzrə orta göstərici 14,12% təşkil edib. Bakı iqtisadi rayonunun kredit portfelində böyük paya sahib olması ümumi faiz dərəcələrinin digər iqtisadi rayonlarla müqayisədə aşağı formalaşmasına təsir edib.

Digər yüksək faiz dərəcələri Mərkəzi Aran (20,21%), Qazax-Tovuz (20,01%), Şirvan-Salyan (19,96%), Lənkəran-Astara (19,77%) və Qarabağ (19,74%) iqtisadi rayonlarında qeydə alınıb.

Nisbətən aşağı göstəricilər isə Şərqi Zəngəzur (13,62%) və Naxçıvan (15,42%) iqtisadi rayonlarında müşahidə olunub.

İqtisadi rayonlar üzrə orta kredit faizi aşağıdakı kimi olub:

Bakı iqtisadi rayonu – 12,72%;

Naxçıvan iqtisadi rayonu – 15,42%;

Abşeron-Xızı iqtisadi rayonu – 16,89%;

Dağlıq Şirvan iqtisadi rayonu – 20,64%;

Gəncə-Daşkəsən iqtisadi rayonu – 18,17%;

Qarabağ iqtisadi rayonu – 19,74%;

Qazax-Tovuz iqtisadi rayonu – 20,01%;

Quba-Xaçmaz iqtisadi rayonu – 18,31%;

Lənkəran-Astara iqtisadi rayonu – 19,77%;

Mərkəzi Aran iqtisadi rayonu – 20,21%;

Mil-Muğan iqtisadi rayonu – 19,52%;

Şəki-Zaqatala iqtisadi rayonu – 18,40%;

Şərqi Zəngəzur iqtisadi rayonu – 13,62%;

Şirvan-Salyan iqtisadi rayonu – 19,96%.

Qonşu ölkələrdə kredit faizləri Azərbaycanla müqayisədə necədir?Aradakı fərqin azaldılması hansı hallarda mümkün ola bilər?Bölgələrin inkişafını gözləyiriksə, oradakı kredit faizlərini aşağı salmaq bu gözləntimizə müsbət cavab verə bilərmi?Ölkə bankları və kredit təşkilatları bölgədəki kredit faizlərinin aşağı salınmasında hansı halda maraqlı olar?

Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli mövzu ilə bağlı Bizimyol.info xəbər portalına bildirib ki, Azərbaycanın bir sıra iqtisadi rayonlarında 20 faizdən yuxarı kredit faizləri yüksək hesab oluna bilər: “Qonşu ölkələrlə müqayisədə Azərbaycanda kredit faizləri, xüsusilə də regionlarda kifayət qədər yüksəkdir. Məsələn, Gürcüstanda biznes kreditləri üzrə faizlər son illərdə tədricən azalma meyli göstərərək bir çox hallarda 10-15 faiz intervalında dəyişir. Qazaxıstanda dövlətin subsidiyalaşdırdığı proqramlar hesabına biznes kreditlərini daha aşağı faizlə əldə etmək mümkündür. Türkiyədə isə nominal faizlər yüksək olsa da, inflyasiya və dövlətin müxtəlif dəstək mexanizmləri nəzərə alınaraq müəyyən sahələr üzrə güzəştli maliyyələşdirmə tətbiq edilir. Bu baxımdan, Azərbaycanın bir sıra iqtisadi rayonlarında 20 faizdən yuxarı kredit faizləri həm regional, həm də beynəlxalq müqayisədə yüksək hesab oluna bilər”.

Akif Nəsirli deyib: “Bu fərqin azalması ilk növbədə bölgələrdə iqtisadi fəallığın artması, kredit risklərinin aşağı düşməsi və banklar arasında rəqabətin güclənməsi ilə mümkündür. Regionlarda biznes subyektlərinin sayı artdıqca, gəlirlər daha sabit olduqca və problemli kreditlərin həcmi azaldıqca bankların risk xərcləri də aşağı düşür. Bununla yanaşı, dövlət zəmanətləri, faiz subsidiyaları, sahibkarlığa dəstək fondlarının genişləndirilməsi və kredit məlumat bazalarının təkmilləşdirilməsi də faizlərin azalmasına kömək edə bilər”.

Akif Nəsirlinin sözlərinə görə, təkcə faizlərin aşağı salınması kifayət etmir: “Bölgələrin inkişafını hədəfləyiriksə, həmin ərazilərdə kredit faizlərinin aşağı salınması müsbət təsir göstərə bilər. Daha ucuz maliyyə resursları kiçik və orta sahibkarların yeni investisiyalara başlamasını, istehsalın genişlənməsini, kənd təsərrüfatı və xidmət sektorunun inkişafını sürətləndirə bilər. Nəticədə yeni iş yerləri yaranar, vergi bazası genişlənər və regionların iqtisadi cəlbediciliyi artar. Ancaq təkcə faizlərin aşağı salınması kifayət etmir. İnfrastruktur, bazarlara çıxış, logistika, kadr hazırlığı və alıcılıq qabiliyyəti də paralel inkişaf etməlidir. Əks halda aşağı faiz gözlənilən iqtisadi effekti tam verməyə bilər”.

Akif Nəsirli vurğulayıb ki, banklar və kredit təşkilatları bölgələrdə kredit faizlərini yalnız iqtisadi baxımdan bunun onlar üçün sərfəli olacağını gördükləri halda aşağı salmağa maraqlı olacaqlar: “Bunun üçün kreditlərin geri qaytarılması intizamı yaxşılaşmalı, girov bazarı güclənməli, iqtisadi aktivlik artmalı və əməliyyat xərcləri azalmalıdır. Eyni zamanda dövlət tərəfindən risklərin qismən sığortalanması, zəmanət mexanizmlərinin tətbiqi və güzəştli maliyyə resurslarının banklara təqdim edilməsi də onların daha aşağı faizlə kredit verməyə marağını artıran əsas amillərdəndir. Yəni regionlarda aşağı faiz siyasəti inzibati qərardan daha çox, risklərin azalması və iqtisadi mühitin yaxşılaşması nəticəsində dayanıqlı şəkildə formalaşa bilər”.

Günel Həsənova, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:659
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 03 Avqust 2026 19:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see609

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see429

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see312

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see299

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see272

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see246

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see227

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see217

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see215

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see205

Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü

28 Oktyabr 2026 06:14see196

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

28 Oktyabr 2026 11:09see196

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

28 Oktyabr 2026 11:32see196

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

28 Oktyabr 2026 05:14see194

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

28 Oktyabr 2026 13:58see187

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

28 Oktyabr 2026 18:11see182

İngiltərə Liqa Kuboku: “Arsenal” IV Liqa klubuna məğlub oldu MÜBARİZƏNİ DAYANDIRDI

28 Oktyabr 2026 02:20see176

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

29 Oktyabr 2026 01:29see166

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

29 Oktyabr 2026 00:15see166

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

28 Oktyabr 2026 19:03see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri