Icma.az
close
up
RU
Regionlarda kreditə çıxış problemi: Bakı ilə fərq niyə bu qədər böyükdür? (MÜSAHİBƏ)

Regionlarda kreditə çıxış problemi: Bakı ilə fərq niyə bu qədər böyükdür? (MÜSAHİBƏ)

Qaynarinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

(Yazı "Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi" mövzusu üzrə hazırlanıb)

Son statistik göstəricilər regionlarda maliyyə resurslarına çıxışın hələ də məhdud olaraq qaldığını ortaya qoyur. Açıqlanan rəqəmlər göstərir ki, kreditləşmə üzrə hələ də lider Bakı iqtisadi rayonudur və digər bölgələri böyük fərqlə geridə qoyur. Belə ki, paytaxt üzrə kredit portfelinin həcmi 22 milyard 749 milyon 621 min manat təşkil edir ki, bu da ümumi göstəricidə 12,91% pay deməkdir.

Bu göstəricilər isə regionlarda kredit əlçatanlığı ilə bağlı problemləri yenidən gündəmə gətirir. 

Qaynarinfo mövzunu iqtisadçı Asif İbrahimovla müzakirə edib:

- Asif bəy, regionlarda sahibkarların kreditə çıxış imkanları nə qədər əlçatandır?

- Azərbaycanda kredit resurslarının coğrafi baxımdan hələ də ciddi şəkildə mərkəzləşdiyi müşahidə olunur. Rəsmi statistika da göstərir ki, Bakı iqtisadi rayonu kredit portfelinin böyük hissəsini təşkil eləyir. Bu uzun illərdir belədir. Balans yaradılmalı olduğu vaxtda, əksinə tərsinə işləməyə başlayır. Paytaxtın kredit portfeli genişlənə-genişlənə gedir. Bu tendesiya regionlarda sahibkarların maliyyə resurslarına çıxış imkanlarının həqiqətən məhdudluğunu bir daha gündəmə gətirir. 

Hazırkı iqtisadi model fonunda regionlarda sahibkarların kredit resurslarına çıxışı hələ də tam formalaşdırıla bilməyib və əlçatan maliyyə mexanizmi kimi çıxış etmir. Kreditin əsas hissəsinin paytaxtda cəmlənməsi ilə regionlarda yeni sahibkarlıq subyektlərinin yaranması, mövcud subyektlərin inkişaf etməsi mikro sahibkarlıq subyektlərinin orta, orta sahibkarlıq subyektlərinin də iri sahibkarlıq subyektlərinə çevrilməsi imkanını zəiflədir. Düşünürəm ki, bununla bağlı təsadüfi deyil, ciddi problemlər var. Problemlərin həlli regionda ayrı-ayrı məsələlərdən deyil, kompleks yanaşmadan asılıdır.

- Dediniz ki, problemlərin həlli kompleks yanaşmadan asılıdır. Hazırda regiolarda ən çox hansı problemlər var?

- Demoqrafiya, biznes dövriyyəsinin aşağı olması, maliyyə hesablılığının zəif olması və s. Məsələn, regionlarda girov təminatının məhdudluğu məsələsi var. Ən ciddi problem isə regionlarda banklarda korperativ idarəetmədə qərarvermədə, səlahiyyətlərində məhdudiyyətlərin olmasıdır. Bu filiallar mərkəzdən asılı vəziyyətdə qalırlar. Hansısa bir kreditlə bağlı qərarı hökmən Bakıdan soruşmaq məcburiyyətində qalırlar. 

- Asif bəy, banklar niyə regionlarda kredit verməkdə daha ehtiyatlı davranırlar?

- Bank sektorunun regionlarda kreditləşmə prosesini daha ehtiyatlı davranmasında da bir sıra səbəbləri var. Düşünürəm ki, bu da müəyyən risklərdən qaynaqlanır. Sadaladığımız problemlərlə yanaşı bir sıra risklər də var. Həmin risklərin idarə oluna bilməmə problemi var. Məsələn, girovların likvid səviyyəsindən aşağı olması, demoqrafiya problemi, bir sıra iqtisadi problem, qanunvericilikdə boşluqlardan yaranan problemlər, yerli icra hakimiyyəti orqanlarına həvalə edilmiş işləri yerinə yetirmədiyinə görə bir sıra problemlər yaranır. Bizneslərin gəlir sabitliyinin aşağı olur. Məsələn, elə dağ rayonları var ki, onlara yay aylarından başqa səfər olmur. Bu rayonların qazancları sırf turist gəlirlərindən olur. Kredit portfelinin idarə olunmasında və monitorinq çətinliyi ilə bağlı risklər də mövcuddur. Məlumat bazasının məhdudluğu, insanların rəsmi iş yerlərinə sahib olmaması, eyni zamanda həyata keçirdikləri fəaliyyətin rəsmiləşdirilə bilməməsi, gəlirlərini göstərə bilməməsi kimi problemlər var. Əslində bu problemlərdən çox danışmaq olar, çünki olduqca çox və dərindir. Lakin bunların səbəblərini araşdırıb, aradan qaldırmaq lazımdır. 


- Faiz dərəcələrinin yüksək olması regionda sahibkarların fəaliyyətinə necə təsir edir?

- Kredit faizlərinin yüksək olması Azərbaycanın istənilən bölgəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinə təsir edir. Faiz dərəcələrinin yüksək olması o deməkdir ki, məcburi qaydada əldə etmək istədiyi krediti yüksək faizlə götürəcək. Bu da gələcəkdə böyümək imkanı ödəyəcəyi faizin tərs mütənasibində olacaq. Belə vəziyyətlər investisiya qərarlarını ləngidir, biznesin genişlənmə imkanlarını zəiflədir. Belə vəziyyətlər əsasən kreditlərdən istifadənin qısa dövriyyə məqsədləri ilə məhdudlaşmasına səbəb olur. Nəticədə regionda iqtisadiyyat planlaşdırıldığı kimi inkişafı potensialəna nail oluna bilmir. Uzun illərdir regionların inkişafı ilə bağlı planlar, proqramlar, bir sıra tədbirlər həyata keçiririk. Amma istədiyimiz effekti əldə edə bilmirik. 

- Asif bəy, dövlət tərəfindən təqdim olunan güzəştli kreditlərin effektivliyini necə qiymətləndirirsiniz?

- Dövlət tərəfindən tətbiq olunan güzəştli kredit proqramları regionların maliyyə əlçatanlığı baxımından strateji əhimiyyətə malikdir. Belə mexanizmlər regionlarda faiz yükünü azaldır. Prioritet sahələrdə investiya aktivliyini stimullaşdırmağa başlayır. Xüsusi ilə kiçik və orta bizneslərin maliyyə resurslarına çıxışını zənginləşdirir. Sahibkarların böyüməsinə şərait yaradır. Lakin bu kreidt proqramları, mexanizmləri nə dərəcədə əlçatandır, regionlarda olan sahibkarlar bu kreditlərdən nə qədər istifadə edə bilirlər kimi məsələlər sual altındadır. Bununla bağlı ciddi təhlillər həyata keçirmək lazımdır. Regionlarda sahibkarların çətinlikləri mövcud iqtisadi modellərin fonunda dəyərləndirilməlidir. Azərbaycanı coğrafi olaraq iqtisadi zonalara böldükdə, görürük ki, oxşar mənbədən qaynaqlanan müxtəlif problemlər var. 

- Region sahibkarlarının kredit əldə edərkən qarşılaşdıqları əsas maneələr hansılardır?

- Kredit əldə edərkən region sahibkarlarının qarşılaşdığı ən başlıca maneələr girov təminatı ilə bağlı problemlər, əlavə zəmanət tələbləri, maliyyə savadlılığının aşağı olması, kredit tarixçələrinin olmaması, müasir texnologiyalarla bağlı bir sıra problemlərin olmasıdır. Məsələn, onlayn kredit və ya hansısa məlumatın vaxtında əldə edilməsi ilə bağlı ciddi problemlər yaşanır. Belə olanda isə bir sıra məhdudiyyətlər yaranır. Düşünürəm ki, bu istiqamətdə kompleks tədbirlər həyata keçirilməlidir. İlkin olaraq bu gördüklərimiz Azərbaycanda tətbiq olunan effektsiz iqtisadi modelin fonunda baş verir. Yəni, bütün problemlərn başlıca mənbəyi Azərbaycanda tətbiq olunan effektsiz iqtisadi modeldir. Bu model yenilənməlidir ki, banklar da, pul-maliyyə subyektləri, sahibkarlar da, idman da, təhsil də  inkişaf etsin və s. 

Günay İlqarqızı

Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:165
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 24 Aprel 2026 14:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Adanın paylaşdığı sonuncu videoda o da vardı Xalq artisti danışdı

23 Noyabr 2026 22:46see381

Rusiyada meyiti taplan prodüser Elmir Məhərrəmovla bağlı yeni detallar məlum oldu

23 Noyabr 2026 23:56see296

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see294

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see282

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see270

Türkiyəli aktyor Şapkacı kadınlar a çəkilir

24 Noyabr 2026 03:23see269

Adanın qəzaya düşərək həlak olduğu avtomobilin son halı Video

23 Noyabr 2026 22:01see259

Qalmaqallı istefadan 11 gün sonra belə geri döndü Video

24 Noyabr 2026 02:56see249

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see246

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see245

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see239

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see232

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see230

Demet Akalın jurnalistlərin qarşısında pərt oldu VİDEO

24 Noyabr 2026 19:21see229

Zəngəzur dəhlizi İpək Yolunun yeni iqtisadi arteriyasına çevrilə bilər

24 Noyabr 2026 17:41see222

“PayPal” Azərbaycanda tam işləyəcək

24 Noyabr 2026 16:33see220

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see217

Yatmazdan əvvəl su içmək istəyi hansı xəstəliklərdən xəbər verir? Həkim AÇIQLADI

24 Noyabr 2026 16:27see213

800 kişi ilə münasibətdən sonra süni intelektə aşiq oldu

24 Noyabr 2026 23:20see209

Şahmat tacı uğrunda mübarizə başladı: Sindarov heç heçəyə tələsdi, Qukeş iki dəqiqə qazandı

24 Noyabr 2026 23:57see205
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri