Icma.az
close
up
RU
Regionlarda daşınmaz əmlak bazarı: Daha çox bahalaşma haradadır? (MÜSAHİBƏ)

Regionlarda daşınmaz əmlak bazarı: Daha çox bahalaşma haradadır? (MÜSAHİBƏ)

Qaynarinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bakı və Bakıətrafı ərazilərdə daşınmaz əmlak bazarında qiymətlər sürətlə artır. Bu artımın bir çox səbəbləri var. Urbanizasiyalşma, əhalinin iş üçün regionlardan paytaxt və yaxın ətrafa üz tutması, köhnə bina evləri və həyət evlərinin sökülməsi kimi amillər bu artımda əsas təkanverici qüvvə hesab olunur. Lakin regionlarda daşınmaz əmlak bazarının vəziyyəti o qədər də ürəkaçan hesab olunmur. 

Qaynarinfo mövzunu Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Orucla müzakirə edib. 

- Vüqar bəy, hazırda regionlarda daşınmaz əmlak bazarının vəziyyətini necə qiymətləndirirsiniz?

- Azərbaycanda daşınmaz əmlak növləri son illərdə daha dinamik şəkildə bahalaşır. Daşınmaz əmlak bazarı dedikdə isə mənzillər, qeyri-yaşayış, fərdi yaşayış, torpaq sahələri nəzərdə tutulur. Təkcə Abşeron yarımadası, xüsusi ilə Bakı şəhərində deyil, eyni zamanda bu bahalaşma və qiymət artımı digər regionlarda da özünü göstərir. Ölkənin 10-a yaxın şəhərində  qiymət artımını xüsusilə müşahidə etsək də, paralel olaraq bütün rayonlarda qiymət artımı var. Xüsusilə də Şərqi Zəngəzur və Qarabağda infrastrukturun yenidən qurulması ilə həmin ərazilərdə torpaq və yeni tikililərin qiymətində ciddi artım müşahidə edilir. Bundan əlavə, ən böyük qiymət artımlarından biri Naxçıvan Muxtar Respublikasında baş verir. Burda son illərdə aparılan islahatlar nəticəsində daşınmaz əmlak bazarı demək olar ki, formalaşıb. Burada əvvəllər daşınmaz əmlak bazarının olması belə sual altında idi. Alqı-satqı fərdi qaydada və lokal şəkildə həyata keçirilirdi. İndi isə bu ərazidə əmlak bazarı aktivdir, qiymətlər artır, bu bazarın inkişafı üçün diqqət böyükdür. Həm investorların axını, həm Bakı şəhərindən, həm də ölkənin digər bölgələrindən təşkilatların, biznes strukturlarının Naxçıvana axın etməsi qeyri-yaşayış obyektlərin, torpaq sahələrinin, mənzillərin və fərdi yaşayış evlərinin qiymətində ciddi artımın yaranmasına səbəb olur. 


- Regionlarda bahalaşma daha çox nə ilə bağlıdır?

- İnfrastruktur harda inkişaf edirsə, nəqliyyat əlçatanlığı hansı ərazilərdə təmin olunursa, o ərazilərdə qiymət artımı baş verir. 

İqtisadi cəhətdən inkişaf edən rayonlarda daşınmaz əmlak bazarının aktivliyi daha çox müşahidə olunur. Turizm üçün imkanlar olan rayonlarda - hansılar ki, xarici investorları cəlb edən, o cümlədən yerli sahibkarların həmin ərazilərə öz bizneslərini qurmaq üçün axın etməsi nəticəsində daşınmaz əmlakın qiymətləri də yüksəlir. Ona görə də turizm perespektivi olan rayonlarda daha çox torpaq sahələrinin qiymət artımını görürük. Həmin ərazilərdə fərdi yaşayış evləri və torpaq sahələrinin qiymətləri daha çox artıma məruz qalır. Ümumi olaraq demək olar ki, Bakıda və Abşeron yarımadası ilə bərabər bölgələrdə də qiymət artımı baş verir. Bu həm də təbii artımdır. Çünki dövr keçdikcə, əhalinin sayı artdıqca, həm torpağın qiyməti artır, eyni zamanda həmin torpaq üzərində aparılan tikililərin qiymətində də artım baş verir. 



- Daşınmaz əmlak bazarındakı son bir il ilə bağlı qiymətləri necə dəyərləndirirsiniz? Bu müddət ərzində qiymətlərdə artım, yoxsa sabitlik müşahidə edilib?

- Son bir ildə qətiyyən sabitlikdən söhbət gedə bilməz. Qiymət artımı davamlıdır. Hətta Bakıya üz tutan sakinlərin sayı belə kəskin artmayan rayonlarda da əmlakların qiymətində artım var. Bu, təbii artımdır, eyni zamanda da manatın alıcılıq qabiliyyəti ilə bağlıdır, bundan başqa, daşınmaz əmlaka bütün dünyada olduğu kimi, o cümlədən Bakı və Abşeronda əmlaka olan marağın armasıdır. 

- Dediniz ki, daşınmaz əmlakın qiymətlərinin bahalaşmasında bir səbəb də ona olan marağın artmasıdır. Bəs bu marağın əsas səbəbi nədir?

- Daşınmaz əmlak bütün dövrlərdə yatırım və investiya üçün cəlbedici görünür. Vətəndaşlar həm də passiv qazanca üstünlük verdiklərinə görə daşınmaz əmlak əldə edirlər. Çünki banklarda depozit saxlanılması o qədər də gəlirli deyil və ya yeni biznesə başlamaq çox risklidir. Amma daşınmaz əmlaka yatırılan investisiya məbləği istənilən halda gəlir gətirir. Hər il daşınmaz əmlakın qiyməti artır. Üstəgəl də həmin əmlak qeyri-yaşayış obyekti, torpaq sahəsi kimi icarəyə və mənzil kimi kirayə verilirsə,  fəaliyyətdə olan daşınmaz əmlak vətəndaş üçün ikiqat qazanc mənbəyi hesab olunur. Çünki daşınmaz əmlak bazarı heç bir iqtisadi fəaliyyət göstərmədən gəlir gətirir. 


- Regionlarda ən çox tələb olunan daşınmaz əmlak növləri hansılardır?

- Regionlarda ən çox tələb olunan daşınmaz əmlak növü torpaqdır. Çünki vətəndaşlar bir çox halda torpaq sahəsi alaraq, həm özləri üçün, həm də yeni qurulan ailələr üçün fərdi yaşayış evləri tikməyə üstünlük verirlər. İkincisi qeyri-yaşayış sahələri olan hazır obyektlərdir ki, onlar da iqtisadi fəaliyyət üçün mühüm əhəmiyyət kəsb edir. Üçüncü yerdə mənzillər, dördüncü yerdə isə hazır fərdi yaşayış evləridir. Qısası, bölgələrdə hazırda ən aktual olan torpaq sahələri, qeyri-yaşayış sahələri və mənzillərdir. 

- Vüqar bəy, sahibkarlar və tikinti şirkətləri üçün region bazarları cəlbedici hesab olunurmu? 

- Sahibkarlar və tikinti şirkətləri üçün region bazarları o qədər də cəlbedici hesab olunmur. Lakin onlar üçün region bazarının getdikcə cəlbediciliyinin artmasını proqnozlaşdırmaq olar. Çünki ölkəmizdə urbanizasiya var. İnsalar iş yerləri üçün daha çox Bakıya axın edirlər. Bakıda infrastruktur, inkişaf və iqtisadi təmərküzləşmə baş verib. Tikinti işləri ilə də məşğul olan sahibkarları da Bakı və ətrafı daha çox maraqlandırır. Onlar regionlarda o qədər də aktiv deyil, amma Mənzil İnşaatı Dövlət Agentliyinin müəyyən layihələri var ki, onlar əsasında artıq regionlarda da sosial proyektlər həyata keçirilərək, yüksək mərtəbəli binalar tikilib vətəndaşlara təklif olunacaq. Belə olanda da sahibkarların regionlara marağı artacaq, həm infrastrukturun inkişafı, həm çoxmənzilli binaların sayının artması baş verəcək. Hazırda rayonlarda sovet dövrü və sovet dövrünün sonlarında inşa olunmuş binalar daha çoxluq təşkil edir. Yeni tikililər olsa da, say etibarıyla o qədər də çox deyil. Burda şəhər tipli rayon mərkəzlərini istisna etmək lazımdır. Yəni Sumqayıt, Gəncə, Naxçıvan istisnadır. 


Günay İlqarqızı

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:28
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 14 Oktyabr 2025 14:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Türkiyədə tarixi qərar: Türk soylular artıq vətəndaş kimi işləyə biləcək ŞƏRH

12 Oktyabr 2025 21:27see283

Ərdoğan təyyarəsini Misir üzərindən geri qaytarırdı...

13 Oktyabr 2025 21:05see251

Sebastian Lekörnünün yenicə formalaşdırılmış hökuməti parlamentdə senzura təhlükəsi ilə üz üzədir

13 Oktyabr 2025 02:05see209

Rusiya pensiyaların maaşlara həqiqi nisbətini açıqlayıb...

12 Oktyabr 2025 21:16see207

Gürcüstan DTX “İmedi“ televiziyası ətrafında təxribatla bağlı araşdırmalara başlayıb YENİLƏNİB

13 Oktyabr 2025 20:18see190

Tərkibində buz olan komet Günəş sisteminə daxil olur

13 Oktyabr 2025 09:32see164

Rusiyada Türkiyə təyyarəsi ilə mikroavtobus toqquşdu

12 Oktyabr 2025 19:48see163

Dünyadakı aviaşirkətlər sərnişinlər üçün qaydaları dəyişdirdi ekspertlər nədən qorxurlar?

13 Oktyabr 2025 12:50see140

“Ədalət yalnız qanunun tələbi deyil, müstəqilliyimizin də əsasını təşkil edir”

12 Oktyabr 2025 19:16see140

Günün qoroskopu: daxili alovunuz kənardan sakit görünsə də

13 Oktyabr 2025 00:03see139

Ukrayna yeni raketlərlə hansı əraziləri vuracaq?

13 Oktyabr 2025 00:17see136

Səhər yeməyində yeyənin zehni açılır: Alzheymer və demans riskini azaldır

13 Oktyabr 2025 08:09see135

20 dəqiqə belə kifayətdir Təbiətdə olmağın 4 FAYDASI

14 Oktyabr 2025 05:06see129

Kiyev və London İran “Şaxed”lərinə qarşı qüvvələrini birləşdirir...

12 Oktyabr 2025 19:34see129

Peskov: “Ukraynalılar bir növ “çirkli bomba” yarada bilər”...

12 Oktyabr 2025 19:54see128

Misirdə keçirilən Sülh Sammitinin əhəmiyyəti böyükdür

14 Oktyabr 2025 11:26see128

Şamaxı yolundakı qəzanın ANBAAAN GÖRÜNTÜLƏRİ

12 Oktyabr 2025 21:13see127

Ağrıları bir anda azaltmağın qorxulu üsulu açıqlandı

13 Oktyabr 2025 19:02see125

Tarixi maksimum: Qızılın qiyməti ən yüksək həddə çatdı

14 Oktyabr 2025 05:59see122

Siz, bürcünüzə görə hansı yadplanetlisiniz..?

14 Oktyabr 2025 00:26see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri