Icma.az
close
up
RU
Regionlarda qiymətlərin süni şəkildə şişirdilməsinin şahidi oluruq Ekspert

Regionlarda qiymətlərin süni şəkildə şişirdilməsinin şahidi oluruq Ekspert

Hurriyyet saytından verilən məlumata görə, Icma.az xəbər verir.

"Azərbaycanda xüsusilə, ərzaq bazarında və gündəlik istehlak malları sektorunda qiymətlərlə bağlı manipulyasiya halları çoxdur. Əlbəttə, bununla mübarizə üçün müvafiq dövlət qurumları var. İqtisadiyyat Nazirliyi yanında antiinhisar və nəzarət departamentləri var. Hətta, qeyri-hökumət təşkilatları da var. Onlara dövlət tərəfindən layihələr həyata keçirilməsi üçün vəsaitlər ayrılır. Həmin qurumlar qiymətlərin bazarda xaotik hal almaması üçün nəzarət vəzifəsi yerinə yetirməlidir. Təəssüf ki, biz bu, işlərin yetərli səviyyədə olmasının şahidi olmuruq. Doğrudur, iri marketlər zincirləri arasında qiymət baxımından böyük fərq olmur. Bu fərq 1-2 və 5-10 qəpik arasında dəyişir".
Hurriyyet.Az bildirir ki, bu sözləri Demokrat.az-a açıqlamasında iqtisadçı-ekspert Razi Abbasbəyli deyib. 
"Böyük marketlər şəbəkəsinə aid olmayan yerlərdə, xüsusilə, regionlarda qiymətlərin süni şəkildə şişirdilməsinin şahidi oluruq. Sürətli bahalaşmaya görə vətəndaş məhsulun qiymətinin real olub- olmamasını ayırd edə bilmir. Bununla bağlı dövlət qurumları mütəmadi monitorinqlər keçirməlidir. Həm cəza tədbiri görülməli, həm də ictimai qınaq şəklində özünü göstərməlidir".
O bildirib ki, dövlət qurumları bu sahədə fəaliyyət göstərsələr də, gördüyü işlər qənaətbəxş səviyyədə deyil:
"Digər məsələ dünya iqtisadiyyatında qəbul edilmiş normadır. İnfilyasiyanın sürətləndiyi bir dövrdə, qiymətlərin bahalaşması şəraitində "katolizator" rolunu oynayan, qiymətləri daha da irəli atan mexanizmlər var. Bunlara parazit mexanizmlər deyilir. Azərbaycanda həmin mexanizmlər fəaliyyət göstərir. Parazit mexanizmlər çox qısa bir zaman ərzində qiymətin süni şəkildə artımı, xaotik vəziyyət, nəticə etibarı ilə real qiymət artımı şəklində özünü göstərir. Süni şəkildə artırılan qiymətlər özünü real bahalaşma  formasında rəsmiləşdirir. Bununla bağlı dünyada qazanılan təcrübə və mübarizə metodları var.  Kiçik mağazalardan iri istehsal müəssisələrinə qədər qiymətlərin tənzimlənməsi ilə bağlı ayrı-ayrı proqramlar qəbul edilib. Bu, proqramlar dünya ticarət təşkilatı, dünya bankı tərəfindən tövsiyə edilən proqramlardır. Proqramlar inkişaf etmiş ölkələrin təcrübəsində istifadə edilir. Azərbaycanda isə fəaliyyət ürəkçan deyil".
Əfsanə Kamal

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:158
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 05 Dekabr 2024 20:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see275

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see267

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see255

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see245

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see223

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see204

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see196

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see193

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see190

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see178

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see174

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see171

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see162

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see162

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see159

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see156

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see153

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see150

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see143

“iPhone”larda geri düyməsinin olmamasının səbəbi bu imiş

22 Yanvar 2026 06:18see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri