Icma.az
close
up
RU
Regionlarda velosiped idmanının inkişafını hədəfləyən layihə hazırlanıb

Regionlarda velosiped idmanının inkişafını hədəfləyən layihə hazırlanıb

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bakı, 5 iyul, AZƏRTAC

Azərbaycan Velosiped İdmanı Federasiyası (AzVİF) və Elm və Təhsil Nazirliyi arasında əməkdaşlıq çərçivəsində velosiped idmanının regionlarda inkişafını hədəfləyən mühüm layihəyə start verilir.

AZƏRTAC xəbər verir ki, əməkdaşlıq çərçivəsində həyata keçiriləcək pilot layihə ilkin mərhələdə ölkənin səkkiz rayonunu əhatə edəcək. 2025-ci ilin sentyabr ayından etibarən Qəbələ, Quba, Ağdaş, Ağstafa, Goranboy, Tovuz, Göygöl və Gədəbəy rayonlarında Elm və Təhsil Nazirliyinin balansında olan idman məktəblərində velosiped bölmələri yaradılacaq.

Layihənin təqdimatı məqsədilə Respublika Velotrekində təşkil olunan görüşdə AzVİF-in birinci vitse-prezidenti Sahib Ələkbərov deyib ki, təşəbbüs rayonlarda uşaqlar və yeniyetmələr üçün peşəkar velosiped məşqlərinin təşkili, perspektivli idmançıların erkən yaşlardan müəyyənləşdirilməsi və onların potensialının düzgün istiqamətləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Bölmələr müasir avadanlıqlarla və velosipedlərlə təmin ediləcək, orada çalışacaq məşqçilər üçün avqustda Bakıda xüsusi təlimlər təşkil olunacaq.

Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Məktəbdənkənar fəaliyyətin təşkili sektorunun müdiri Nilüfər Rəhimova və sektorun aparıcı mütəxəssisi Lalə Zeynalova layihənin əsas məqsədləri və gözləntiləri bildiriblər ki, təşəbbüs məktəblilərin fiziki və mənəvi inkişafına xidmət edəcək, onları daha aktiv və sağlam həyata istiqamətləndirəcək.

Görüşdə o da vurğulanıb ki, gələcəkdə layihənin miqyasının daha da genişləndirilməsi və digər bölgələri də əhatə etməsi nəzərdə tutulur. Bu yanaşma ölkədə velosiped idmanının dayanıqlı inkişafı baxımından vacib addımdır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:69
embedMənbə:https://azertag.az
archiveBu xəbər 07 İyul 2025 10:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see186

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see185

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see180

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see162

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see162

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see159

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see154

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see153

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see153

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see152

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see148

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see148

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see144

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see140

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see138

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see137

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see136

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see134

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see132

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri