TƏBİB regionlarda həkim çatışmazlığı ilə bağlı layihə hazırlayıb
Icma.az, Report.az saytına istinadən bildirir.
Regionlarda həkim çatışmazlığı ilə bağlı layihə hazırlanıb.
"Report" xəbər verir ki, bunu TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, Qərb bölgəsində pilot layihənin icrasına başlanılacaq:
"Burada cərrahi xidmətlərin daha da təkmilləşdirilməsi ilə bağlı gələn ilin yanvar ayından yeni layihə reallaşdırılacaq".
Direktor qeyd edib ki, sözügedən layihə ilə bağlı regionlardakı icra hakimiyyətləri ilə danışıqlar aparılıb:
"Həmin bölgəyə cəlb olunan həkimlərin və tibb işçilərinin sosial rifahının yaxşılaşdırılması ilə bağlı ciddi addımlar atılacaq. Məqsəd odur ki, regionda yaşayan vətəndaşımız tibbi xidməti yaşadığı əraziyə yaxın olan tibb müəssisəsində əldə etsin. Çox güman ki, gələn ilin ilk 6 ayında müsbət nəticələr əldə edəcəyik".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:104
Bu xəbər 18 Dekabr 2024 14:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















